TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
01 - 18 - 25 May 2023
28 İyun 2023
06 - 20 İyul 2023
03 - 10 Avqust 2023
05 - 29 Oktyabr 2023
09 - 23 Noyabr 2023
07 - 21 Dekabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 337 Bakı - İstanbul 02:35 - 04:45
TK 1823 İstanbul - Paris 10:40 - 12:25
TK 1828 Paris - İstanbul 18:55 - 23:59
TK 332 İstanbul - Bakı 07:15 - 10:55 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - PARİS
Səhər saat 02:35-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 337 saylı müntəzəm səfəri ilə İstanbula, oradan da Türk Hava Yollarının TK 1823 saylı müntəzəm səfəri ilə saat 10:40 -da Paris şəhərinə hərəkət edirik. Yerli vaxtla saat 12:25-də Paris şəhərinə çatdıqdan sonra panoramik şəhər turumuzda; Louvre, Notre Dame Kilsəsi, Opera Binası, Concorde, Vendome ve Trocadero Meydanları, Madeleine Kilsəsi, Chams Elysees, Chaillot Sarayı, Eyfel Qülləsi, Hərbi Akademiya, Napoleon Mavzoleyi ve Fransa Milli Məclisi- ni görəcəyik. Şəhər turundan sonra otelimizə transfer olunuruq və oteldə gecələyirik.
2-ci gün PARİS
Səhər yeməyindən sonra alış-veriş və ətrafı gəzmək üçün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Eyfel Qülləsi, Siena Çayı və Rəssamlar Təpəsi turunda iştirak edə bilərlər. Turdan sonra otelə transfer olunuruq və oteldə gecələyirik.
3-cü gün PARİS
Səhər yeməyindən sonra asudə vaxt və alış-veriş etmək imkanı. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Disneyland turunda və ya bələdçimizin tövsiyə edəcəyi digər turlarda iştirak edə bilərlər. Turdan sonra otelə transfer olunuruq və oteldə gecələyirik.
4-cü gün PARİS - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqların təhvil verilməsi. Bələdçimizin təyin edəcəyi saatda Paris Hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport prosedurlarından sonra Türk Hava Yollarının TK 1828 saylı müntəzəm səfəri ilə saat 18:55-də İstanbul şəhərinə hərəkət edirik, oradan da Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə saat 07:15-də Bakıya hərəkət edirik. Saat 10:55-də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
(əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.)
EYFEL QÜLLƏSİ & SİENA ÇAYI & RƏSSAMLAR TƏPƏSİ TURU
Paris şəhərinin möhtəşəm mənzərəsini seyr etmək fürsətini əldə edəcəyiniz, Paris olduğu qədər Fransanın da nişnəsi olan Eyfel Qülləsinə çıxacağıq. Burada asudə vaxtınızı qəhvənizi içərək və ya teleskop ilə Parisi seyr edərək dəyərləndirə bilərsiniz. Daha sonra gəmi ilə Siena çayında 1 saat 15 dəqiqəlik gəmi turunda iştirak edirik. Parisin ən möhtəşəm binalarını yaxından görərək foto aparatınız ilə onların şəkillərini çəkə biləcək, Siena çayının ən gözəl körpülərinin altından keçərək unudulmaz vaxt keçirəcəksiniz. Gəmi turunda; Amerikan Kilsəsi, Milli Məclis, Xarici İşlər Nazirliyi, Orsay Muzeyi, Cite adası, Notre Dame Katedralı, Ali Məhkəmə Binası, Conciergerie Həpisxanası, Belədiyə Binası, Nyu Yorkdakı Azadlıq Heykəlinin simvolik heykəlini görəcəyik. Daha sonra şəhərin şimalında yerləşən, Moulin Rouge-un da yerləşdiyi Pigalle məhəlləsindən keçib günümüzə qədər “Bohemian” tipli həyat tərzinin yaşanıldığı “Rəssamlar Təpəsi” adı ilə tanınan Montmartre Təpəsinə gedirik. Burada Sacre-Coeur Kilsəsini gəzdikdən sonra Rəssamlar Təpəsini gəzməyə başlayırıq. Məşhur müğənni Dalidanın evini, Montmarte üzüm bağlarını, St. Denis heykəlini və parkını gəzdikdən sonra meydanda alış-veriş və yemək üçün fasilə veririk. Fasilə vaxtı rəssamlarla danışaraq portretinizi çəkdirərək evinizə özünüzlə unudulmaz xatirə apara bilərsiniz.
**Eyfel Qülləsi təmir və ya bərpa işlərindən ötrü və ya hava şəraiti əlverişli olmamasına görə bağlı olarsa zirvə yerinə 2-ci mərtəbəyə çıxılacaq.
Tura daxildir : Nəqliyyat xidməti + Eyfel Qülləsinə giriş bileti + Gəmi üçün bilet + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 130 EUR (02-12 yaş üçün 75 EUR)
DİSNEYLAND PARK
Otelimizdən çıxaraq dünyanın ən gözəl xəyallar şəhəri istiqamətində hərəkət edirik. Main Street və 19-cu əsrin Amerika Qəsəbələri, serenad edən bərbərlər, Disney qəhrəmanlarının keçid mərasimi…Frontierland-da qatara minərək mədən quyuları və artıq dağılmaq üzrə olan körpülərdən keçərək əyləncənin son həddinə çatacağıq... Sonra gəmilərimizə minərək əzəmətli qalanı əhatə edən Karib piratlarını izləyəcəyik. Arzu edən qonaqlarımız zaman maşını ilə səyahət edə bilər və ya ulduz müharibələrində şəxsən iştirak edərək kosmos gəmisinə minib aya qədər çata bilərlər… və daha bir çox əyləncə…Təbii ki yuxarıda sadalananlarla yanaşı mükəmməl dizayn, unudulmaz şəkillər çəkə biləcəyiniz mənzərələr və onlarla alış-veriş butikləri…
Tura daxildir : Nəqliyyat xidməti + Giriş bileti + Bələdçi xidməti (gediş-dönüş transfer əsnasında, parkın daxilində deyil)
Turun qiyməti : 1 nəfər üçün 130 EUR (02-12 yaş üçün 100 EUR)
PARİS BY NIGHT TURU & LİDO ŞOU
Axşam otelimizdən çıxaraq, həyata keçiriləcək bu turda Parisin şeir və musiqilərə mövzu olmuş əhəmiyyətli küçə və meydanlarını işıqlar altında görəcəyiniz: Opera Binası, Concorde Meydanı, Eyfel mənzərəli Trocedaro meydanını və son olaraq dünyanın ən gözəl meydanı olan Champs Elysees görüləcək. Gecəmiz ən məşhur qəbilələrindən biri olan Lido-nun möhtəşəm şousunu izləyərək sampan dada bilərsiniz.
**ŞOU saat 23:30-da başlayır.
Tura daxildir : Nəqliyyat xidməti + Giriş Biletləri + Bələdçi xidməti (gediş-dönüş transfer zamanı)
LUVR MUZEYİ
Dünyanın ən önəmli incəsənət kolleksiyalarının toplandığı və orta əsrlərə qədər uzanan Luvr Muzeyini ziyarət edirik. Helenistik dövrdən “Milo Venus”, Michel Angela-dan “Ölən Qul” və təbii ki Leonardo Da Vinci-dən “Mona Liza” kimi məşhur incəsənət əsərlərini görmək imkanı qazanırıq. Carrousel du Louvre-də yemək fasiləsindən sonra turumuz başa çatır.
Tura daxildir : Nəqliyyat xidməti + Muzeyə giriş bileti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 95 EUR (02-12 yaş üçün 60 EUR)
***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Paris - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı otellərdə Parisdə 3 gecə gecələmək
- Kontinenal səhər yeməyi
- Panoramik Paris şəhər turu
- Türkdilli bələdçi xidməti
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 30 EURO
- Səyahət sığortası
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Fransa Turizm Nazirliyinin təlimatlarına görə Fransadakı 2* və 3* otellərdə kondisioner olma məcburiyyəti yoxdur. Buna görə çox az ehtimal da olsa otellərdə kondisioner olmama ehtimalı var.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz
qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün,
qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə
bilərlər. Fərqli təyyarələrdə gəlsələr
belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən
CASABLANCA TRAVEL
-a bildirilməlidir.
**Türkiyəyə
üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki
təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə
daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi
15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri
hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD :
Alternativ Tarix və Qiymətlər
Paris THY Hava Yolları ilə 3 gecə
Son 2 yer3* OTEL
- Əlavə Yataq
- 1129.00
- Bir Nəfər
- 1369.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1069.00
Paris THY Hava Yolları ilə 3 gecə
Son 2 yer4* OTEL
- Əlavə Yataq
- 1479.00
- Bir Nəfər
- 1819.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1419.00