CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Lyon Marsel Türk Hava Yolları ilə 5 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 4 yer
    Fransa Turları > Lyon Marsel > Lyon Marsel Türk Hava Yolları ilə 5 gecə

    Lyon Marsel Turu 1229 € 2288 AZN 5 Gecə - 6 Gün

    13/11/2023 - 18/11/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 6ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    23 Yanvar 2023

    20 Mart 2023

    17 Aprel 2023

    15 May 2023

    28 İyun 2023

    28 Avqust 2023

    23 Oktyabr 2023

    13 Noyabr 2023


    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK 7703 Bakı - İstanbul             06:45 - 08:50

    PC 1141 İstanbul - Lyon             10:15 - 11:40

    PC 1126  Marsel - İstanbul         13:25 - 18:35

    TK 7702 İstanbul - Bakı               00:15 - 04:05 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - LYON 

    Səhər saat 06:45-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 7703 və Pegasus Hava Yollarının PC 1141 saylı müntəzəm səfəri ilə İstanbul üzərindən Lyon şəhərinə hərəkət edirik. Yerli saat ilə 11:40-da Lyona çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə panoramlı Lyon şəhər turu həyata keçirəcəyik. Lyon, Paris və Marsel şəhərindən sonra Fransanın üçüncü böyük şəhəridir. Mətbəx sənətinin paytaxt olaraq bilinən, mətbəx mədəniyyəti ilə ön plana çıxan, Saône və Rhone çaylarının içindən keçərək meydana gələn təbii gözəlliyi ilə də məşhurdur. Turumuz əsnasında UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi) olan qədim Lyon bölgəsi, şəhərin Romalılar tərəfindən inşa etdikləri Fourviere təpəsindəki Notre Dame Cathedral -ı, divar sənətinin zirvə nöqtəsi olan Fresque de Lyonnais binası, Gözəl sənətlər muzeyi, Bələdiyyə binası, Bartholdi bulağının yerləşdiyi Place de Terraux, Opera binası, Kiçik Şahzadə və St Exupery -nin heykəllərinin olduğu Place Bellecour meydanı və son olaraq ipək toxumaları ilə məşhur Croix-Rousse bölgəsi görüləcək yerlər arasındadır. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.  

     

    2-ci gün LYON

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Annecy və Cenevrə Turunda iştirak edə bilərlər. Fransanın Venesiyası olaraq bilinən Annecy, Avropanın ən təmiz gölü və eyni adı daşıyan göl sahilində, Fransanın Alp dağları ətəyində yerləşir. Gölə açılan kanalların və Sevgi Körpüsü də daxil olmaqla bir çox körpünün üzərində olması səbəbi ilə Venesiyaya çox bənzədilir. Turumuz əsnasında: Thiou və Sevgi körpüsü, Köhnə şəhər, Köhnə orta əsr həbsxanası olan Annecy Tarix Muzeyi görüləcək yerlər arasındadır. Daha sonra Cenevrə şəhərinə hərəkət edirik. Cenevrə, Alp ətəyində Leman gölünün sahilində yerləşən lüks həyatı hər sahəsində görə biləcəyiniz sakit və dünyanın ən etibarlı şəhərlərindən biridir. Turda görüləcək yerlər: göl üzərindəki dünyanın ən uzun bulaqlarından biri olan Jet d'Eau, St Pierre Kathedrali, Birləşmiş Millətlər Sarayı, Böyük Teatr, Konsert Salonu və Rath Muzeyinin yerləşdiyi, Nuev Meydanı, İngilis Bağçaları və Çiçək saatı, L'ile Qülləsini ziyarət edəcəyik. Şəhər turundan sonra Lyon şəhərinə qayıdırıq. Oteldə gecələyirik. 

     

    3-cü gün LYON - MARSEL 

    Səhər yeməyindən sonra otaqları təhvil verib, bir digər dayanacağımız olan Marsel şəhərinə hərəkət edəcəyik. Yolüstü bütün qonaqların iştirakı ilə bələdçimiz tərəfindən əlavə olaraq təşkil olunacaq Avignon, Arles və Aix-en-Provence turu təşkil olunacaq. Tipik bir Orta Əsr qəsəbəsi olan Avignon, 70 il ərzində papalıq mərkəzi olaraq istifadə edilmişdir. Şəhərin istehkamları olan Palais del Papes (Papalıq Sarayı), Vatikana köçdükdən sonra yazlıq saray olaraq istifadə edilmişdir. Bundan başqa məşhur St Benezet körpüsüdə görüləcək yerlər arasındadır. Daha sonra Marsel şəhərinə hərəkət edirik. Şəhərə çatdıqdan sonra panoramlı şəhər turuna başlayırıq. Tur əsnasında: İoniyalıların Foça şəhərinə gəlib burada məskunlaşma qurduqları: Köhnə Liman (Vieux Port), La Canebiere bulvarı, St. Charles Garı, Panier bölgəsi, Notre Dame de la Garde Basilica, St. Marie Kathedral, St Jean Qalası, Cantini Bulağı və Longchamp Sarayı görüləcək yerlərdəndir. Tur başa çatdıqdan sonra otelimizə transfer oluruq və otaqlara yerləşirik. Oteldə gecələyirik.  


    4-cü gün MARSEL (CARCASSONNE & ARLES & AİX-EN-PROVENCE) 

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq orta əsr şəhərləri (Carcassonne & Arles & Aix-En-Provence) Turunda iştirak edə bilərlər. Orta əsr ruhunu əks etdirən və UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan Carcassonne 17-ci əsrdə tikilmiş, 3 km uzunluğunda iki cərgəli şəhər divarları və 52 qüllə ilə əhatə olunub. Bu divarlar və şəhər Cathar Cəngavərləri kimi tanınan Catharism mədəniyyətinin tərəfdaçları tərəfindən inşa edilmişdir. 12-14-cü əsrlər arasında tarix səhnəsində yer alan bu təriqət katoliklərin bu təriqəti məhv etmək siyasəti ilə kütləvi qətllər nəticəsində yoxa çıxmışdır. Görəcəyimiz yerlər arasında: 11-ci əsrə aid Chateau Comtal, Roma divarları, Daş Muzeyi və Müqəddəs Nazaire Bazilikası görüləcək. Daha sonra Van Gogh -un şəhəri olaraq tanınan Arles şəhəri istiqamətində hərəkət edirik. Rəssamın məşhur əsəri Cafe at Night, Place du Forum -da yerləşən kafeni görüb, Roma dövrüdən, Orta Əsr qapısına çevrilmiş Arles Arena -sını və amfiteatrını ziyarət edirik. Sonra isə "lavanda ətirli sənət şəhəri" olan Aix-en-Provence şəhərinə hərəkət edirik. Turumuza Rotonde bölgəsi və şəhərin Champs Elysees -si olaraq tanınan Cours Mirabeau Bulvarından başlayırıq. Sonra yolüstü təbii su qaynaqları ilə zənginliyini göstərən 200 ədəd bulaqlardan bəzilərini, astroloji saatını və fəsillərə görə dəyişən firlanan fiqurları olan zəng qülləsi, bələdiyyə sarayını və tarixi poçt binasını görəcəyik.

     

    5-ci gün MARSEL (CANNES & GRASSE & NICE) 

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq Cote d’Azur (Cannes, Grasse, Nice) Turunda iştirak edə bilərlər. İlk dayanacağımız dünya tərəfindən məşhur film festivalına ev sahibliyi edən Kann (Cannes) şəhəri olacaq. İlk görəcəyimiz yer məşhurların qapısında poza verdiyi Festivallar Sarayı olacaq. Daha sonra Kann (Cannes) -nın ən bahalı mağazalarının yerləşdiyi La Croisette bulvarı, Çiçək bazarı, Köhnə liman və Köhnə şəhər görüləcək yerlər arasındır. Daha sonra parfüm fabriki olan Grasse -a hərəkət edirik və parfüm fabrikində gəzirik. Qədim adı Nicaea olan və Cote d'Azur -un mərkəzi olan Nis (Nice) şəhərinə çatırıq. Promenade des Anglais Bulvarı, Hotel Negresco, Massena Meydanı, Çiçək Meydanı və Ədliyyə sarayı turumuzda görəcəyimiz yerlərdən bəziləridir. Turdan sonra Marsel şəhərinə qayıdırıq. Oteldə gecələyirik. 

     

    6-cı gün MARSEL - İSTANBUL - BAKI 

    Səhər yeməyindən sonra otaqları təhvil veririk. Bələdçimizin təyin etdiyi saatda Marsel hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra saat PC 1126 Pegasus Hava Yollarının 13:25-də İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra 00:15-də saat Türk Hava Yollarının TK 7702 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 04:05-də (+1) Bakıya çatırıq və Turumuz  başa çatır.

    Əlavə Turlar


    ANNECY & CENEVRE TURU 

    Fransanın Venesiyası olaraq bilinən Annecy, Avropanın ən təmiz gölü və eyni adı daşıyan göl sahilində, Fransanın Alp dağları ətəyində yerləşir. Gölə açılan kanalların və Sevgi Körpüsü də daxil olmaqla bir çox körpünün üzərində olması səbəbi ilə Venesiyaya çox bənzədilir. Turumuz əsnasında: Thiou və Sevgi körpüsü, Köhnə şəhər, Köhnə orta əsr həbsxanası olan Annecy Tarix Muzeyi görüləcək yerlər arasındadır. Daha sonra Cenevrə şəhərinə hərəkət edirik. Cenevrə, Alp ətəyində Leman gölünün sahilində yerləşən lüks həyatı hər sahəsində görə biləcəyiniz sakit və dünyanın ən etibarlı şəhərlərindən biridir. Turda görüləcək yerlər: göl üzərindəki dünyanın ən uzun bulaqlarından biri olan Jet d'Eau, St Pierre Kathedrali, Birləşmiş Millətlər Sarayı, Böyük Teatr, Konsert Salonu və Rath Muzeyinin yerləşdiyi, Nuev Meydanı, İngilis Bağçaları və Çiçək saatı, L'ile Qülləsini ziyarət edəcəyik.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti 

    Turun qiyməti : 1 nəfər üçün 75 EUR (02-12 yaş üçün 45 EUR) 

     

    ORTA ƏSR ŞƏHƏRLƏRİ (AVIGNON & ARLES & AIX-EN-PROVENCE) TURU 

    Tipik bir Orta Əsr qəsəbəsi olan Avignon, 70 il ərzində papalıq mərkəzi olaraq istifadə edilmişdir. Şəhərin istehkamları olan Palais del Papes (Papalıq Sarayı), Vatikana köçdükdən sonra yazlıq saray olaraq istifadə edilmişdir. Bundan başqa məşhur St Benezet körpüsüdə görüləcək yerlər arasındadır. Daha sonra Van Gogh -un şəhəri olaraq tanınan Arles şəhəri istiqamətində hərəkət edirik. Rəssamın məşhur əsəri Cafe at Night, Place du Forum -da yerləşən kafeni görüb, Roma dövrüdən, Orta Əsr qapısına çevrilmiş Arles Arena -sını və amfiteatrını ziyarət edirik. Sonra isə "lavanda ətirli sənət şəhəri" olan Aix-en-Provence şəhərinə hərəkət edirik. Turumuza Rotonde bölgəsi və şəhərin Champs Elysees -si olaraq tanınan Cours Mirabeau Bulvarından başlayırıq. Sonra yolüstü təbii su qaynaqları ilə zəngin olan 200 ədəd bulaqlardan bəzilərini, astroloji saatını və fəsillərə görə dəyişən firlanan fiqurları olan zəng qülləsi, bələdiyyə sarayını və tarixi poçt binasını görəcəyik. Daha sonra Marsel şəhərinə hərəkət edirik. Şəhərə çatdıqdan sonra panoramlı şəhər turuna başlayırıq. Tur əsnasında, İoniyalılar Foça şəhərinə gəlib burada məskunlaşma qurduqları: Köhnə Liman (Vieux Port), La Canebiere bulvarı, St. Charles Garı, Panier bölgəsi, Notre Dame de la Garde Basilica, St. Marie Kathedral, St Jean Qalası, Cantini Bulağı və Longchamp Sarayı görüləcək yerlərdəndir.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti 

    Turun qiyməti : 1 nəfər üçün 100 EUR (02-12 yaş üçün 65 EUR) 

     

    COTE D'AZUR (CANNES-GRASSE-NICE) TURU 

    İlk dayanacağımız dünya tərəfindən məşhur film festivalına ev sahibliyi edən Kann (Cannes) şəhəri olacaq. İlk görəcəyimiz yer məşhurların qapısında poza verdiyi Festivallar Sarayı olacaq. Daha sonra Kann (Cannes) -nın ən bahalı mağazalarının yerləşdiyi La Croisette bulvarı, Çiçək bazarı, Köhnə liman və Köhnə şəhər görüləcək yerlər arasındır. Daha sonra parfüm fabriki olan Grasse -a hərəkət edirik və parfüm fabrikində gəzirik. Qədim adı Nicaea olan və Cote d'Azur -un mərkəzi olan Nis (Nice) şəhərinə çatırıq. Promenade des Anglais Bulvarı, Hotel Negresco, Massena Meydanı, Çiçək Meydanı və Ədliyyə sarayı turumuzda görəcəyimiz yerlərdən bəziləridir.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti 

    Turun qiyməti : 1 nəfər üçün 100 EUR (02-12 yaş üçün 60 EUR)

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    B&B LYON HOTEL (LYON)

    B&B MARSEILLE HOTEL (MARSEL)  

    QİYMƏTƏ DAXİLDİR

    -     Türk Hava Yolları ilə Bakı - İstanbul - Lyon / Marsel - İstanbul - Bakı ekonom sinif aviabileti

    -     Aeroport yığımları və digər vergilər

    -     Hava limanı - otel - hava limanı transferləri

    -     Xüsusi avtobus ilə Lyon - Marsel şəhərlər arası nəqliyyat xidməti

    -     Qeyd olunan kateqoriyalı otellərdə Lyonda 2 gecə, Marseldə 2 gecə olmaqla ümumi 4 gecə gecələmək

    -     Səhər yeməyi

    -     Lyon, Marsel panoramlı şəhər turları

    -     Avignon turu

    -     Bütün tur boyunca türk dilli bələdçi xidməti

          -     Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -     Viza rüsumu - 35 EURO 

    -     Viza mərkəzinin xidmət haqqı - 30 EURO  

    -     Məcburi səyahət sığortası

     

    Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    ***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir. 

    ***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

    ***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    ***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə  bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Lyon Marsel Türk Hava Yolları ilə 5 gecə

    Son 4 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1229.00
    Valyuta: EUR
    13/11/2023-18/11/2023
    3* OTEL
    Əlavə Yataq
    1229.00
    Bir Nəfər
    1549.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 329.00
    2 - 12 Yaş 1219.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Tamerlan Məmmədov 2016-09-23 11:52:14
    Paris turumuz çox gözəl və maraqlı keçdi. Təşkilatçı Casablanca Travel-ə və rəhbərimizə sonsuz təşəkkürlər. Travel Anytime
    Aqşin Süleymanov 2016-09-23 09:22:32
    Paris şəhəri möhtəşəmdir. Bu möhtəşəmliyi daha da möhtəşəm edən Casablanca Travel və onun sözün həqiqi mənasında peşəkar bələdçisi Hakan bəydir. Təşəkkürlər.
    İlqar Nəbiyev 2016-01-12 17:49:34
    Paris turumuz başdan sona qədər çox gözəl və planlı şəkildə həyata keçdi.Rəhbərimiz Turqay bəy sayəsində Paris haqqında zəngiz məlumata malik olduq. Bu xoş və unudulmaz səyahəti bizə yaşatdığınız üçün Casabalanca Travelə və rəhbərimizə sonsuz təşəkkürlər.
    Natiq Salmanov 2016-01-12 17:20:22
    Həyat yoldaşımla 4 günlük Paris turunda iştirak etdik. Rəhbərimiz Zafər bəyin gülərüzlüyünə, səmimiyyətinə və bilgisinə görə bir daha təşəkkür və Casablanca ilə səyahət etməyə davam.
    Faiq Əsədov 2015-10-14 10:20:14
    17-20 iyul tarixlərində Paris turunda iştirak etdik. Tək bir kəlimə ilə ifadə etmək olarsa: möhtəşəm idi. Paris başdan sona qədər bir tarixdir. Küçələrində piyada gəzmək insana xüsusi zövq verir. Tarixi, mədədniyyəti və müasirliyi bir arada yaşamaq insanda dərin təəssüratlar meydana gətirir. Düşünürəm ki, Paris turu ancaq bu qədər gözəl ola bilərdi. Zəhmət çəkən hər kəsə, xüsusilə də rəhbərimiz Mehmet Cavalar bəyə sonsuz təşəkkürlər.
    Samirə Nəsrullayeva 2015-10-14 10:13:36
    Casablanca Travel sayəsində başa düşdüm ki, 2 uşaqla bərabər də turda iştirak etmək olar. Parisə endiyimiz andan etibarən geri dönənə qədər hər şey çox gözəl idi. Xüsusilə bələdçimiz Turgay bəyə buradan bir daha təşəkkür etmək istəyirəm. 5 və 9 yaşlarındakı uşaqlarım Turgay bəy sayəsində Louvre Muzeyinə heyran oldular. Evə qayıtdıqdan sonra Disneyland-dan daha çox Louvre muzeyi haqında danışırdılar. Bir valideyn kimi bu məni çox sevindirdi. Təşəkkürlər Casablanca Travel!

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel