CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Argentina Braziliya Türk Hava Yolları ilə 8 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 6 yer
    Cənubi Amerika Turları > Argentina Braziliya > Argentina Braziliya Türk Hava Yolları ilə 8 gecə

    Argentina Braziliya Turu 3509 $ 6025 AZN 8 Gecə - 9 Gün

    20/06/2023 - 29/06/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 0ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    27 Yanvar 2023

    21 Aprel 2023

    20 İyun 2023

    13 Oktyabr 2023

    14 Noyabr 2023

    8 Dekabr 2023



    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK 337 Bakı - İstanbul                 02:35 - 04:45

    TK 15   İstanbul - Buenos Ayres 10:10 - 21:25

    TK 194  San Paulo - İstanbul        22:25 - 17:20

    TK 336 İstanbul - Bakı                  22:00 - 01:45 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - BUENOS AYRES

    Səhər saat 02:35 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 337 / TK 15 saylı müntəzəm səfəri ilə İstanbul şəhəri üzərindən Buenos Ayres şəhərinə hərəkət edirik. Yerli saatla 21:25 -də şəhərə çatırıq. Şəhərə çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan nəqliyyat vasitəsi ilə otelimizə transfer olunuruq. Oteldə gecələyirik.


    2-ci gün BUENOS AYRES

    Səhər yeməyindən sonra Buenos Ayres gəzintimizə başlayırıq. Cənubi Amerikanın ən böyük şəhərlərindən biri olmasına baxmayaraq özünüzü Avropa şəhərində gəzirmiş kimi hiss edəcəyiniz arxitekturası, bir-birindən ləzzətli yeməklərdən ibarət olan mətbəxi ilə və əlbəttə ürəyindən daşan tango ilə bənzərsiz şəhər Buenos Airesda ilk dayanacağımız "Cənubi Amerikanın Parisi" adlandırılan La Recoleta səmti olacaq. Şəhərin seçilmiş səmtlərindən biri olan bu yerdə Eva Peronun (Evita)  məzarının olduğu Recoleta Məzarlığını görəcəksiniz. Daha sonra Katedral və Colon Teatrı, La Boca səmti gəzintimizin digər əhəmiyyətli nöqtələrindən biri olacaq. Turdan sonra şəhəri istədiyiniz qədər gəzmək üçün sərbəst vaxtınız olacaq. Axşam arzu edən qonaqlarımız əlavə olaraq təşkil ediləcək şam yeməyi daxil Tango Gecəsində iştirak edə bilərlər. Şam yeməyi edəcəyimiz bu gəzintidə tam fərqli bir tango təcrübəsinə şahid olmaq üçün şəhərin ən yaxşı tango məkanlarının birində toplaşacağıq. Oteldə gecələyirik.

    Tura daxildir : Şam yeməyi daxil Tango Gecəsi

    Turun qiyməti : 1 nəfər üçün 120 USD 


    3-cü gün BUENOS AYRES

    Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq rəhbərimizin təşkil edəcəyi Tigre turuna qatıla bilərlər. Turda xüsusi nəqliyyat vasitəsi ilə Buenos Airesin şimalında yerləşən, yalnız Buenos Airesin deyil bütün Cənubi Amerika qitəsinin ən varlı səmtlərindən biri olan San İsidro -ya hərəkət edirik. Buradakı daş yollar, müstəmləkə dövr qalan evlər ilə əhatə olunmuş tarixi mərkəzi ziyarət edirik. Daha sonra nəqliyyat vasitəsi ilə Tigre -yə qayıdırıq. Burada əhaliyyə açıq olan bərə ilə Parana Deltasında təxminən 1 saat davam edən turda iştirak edirik. Turdan sonra xüsusi nəqliyyat vasitəsi ilə otelimizə hərəkət edirik. Daha sonra asudə vaxt. Oteldə gecələyirik. 

    Tura daxildir : San İsidro və Tirge Turu

    Turun qiyməti : 1 nəfər üçün 90 USD 


    4-cü gün BUENOS AYRES - IGUAZU

    Səhər yeməyindən sonra hava limanı transferinə qədər asudə vaxt. Rəhbərimizin təyin edəcəyi saatda xüsusi nəqliyyat vasitəsi ilə hava limanına transfer olunuruq. Yerli hava yollarına aid ekonom təyyarə ilə Iguazu -ya (Argentinaya) hərəkət edirik. Çatdıqdan sonra hava limanında yerli rəhbərimiz tərəfindən qarşılanır və Iguazu -nun Braziliya tərəfinə keçirik. UNESCO-nun miras siyahısında (UNESCO ümüdünya irsi) yer alan Iguazu Şəlalələri görüləcək. Arzu edən qonaqlarımız əlavə olaraq rəhbərimiz tərəfindən təşkil olunacaq Macaco safari turunda iştirak edə bilərlər. Macaco Safari turunda, həyəcan dolu bir macəra yaşayacaqsınız. Turumuzu tamamladıqdan sonra otelimizə transfer oluruq və otaqlarımıza yerləşirik.

    Tura daxildir : Macaco Safari Turu

    Turun qiyməti : 1 nəfər üçün 130 USD 


    5-ci gün IGUAZU

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Quş Parkı turu təşkil olunacaq. 160 quş növünün olduğu dünyaca məşhur tropik yağış meşələri içində bir-birindən gözəl tropik quşların fotoşəkillərini çəkə bilərsiniz. Asudə vaxt. Axşam arzu edən qonaqlarımız əlavə olaraq təşkil ediləcək şam yeməyi daxil Rafa Inn Showda iştirak edə bilərlər. Cənubi Amerika rəqslərinin nümayiş olunduğu bu showda şam edərək keyifli və unudulmaz dəqiqələr yaşaya bilərsiniz. Oteldə gecələyirik.

    Tura daxildir : Quş Parkı Turu - 1 nəfər üçün 80 USD

    Tura daxildir : Şam yeməyi daxil Rafa Inn Show - 1 nəfər üçün 115 USD


    6-cı gün IGUAZU - RIO DE JANEYRO

    Səhər yeməyindən sonra hava limanı transferinə qədər asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Şeytan Boğazı turu təşkil olunacaq. Dünyanın 7 təbii möcüzəsindən biri olan İguazu şəlalələrinin Argentina hissəsində yerləşən möhtəşəm mənzərəsi və suyun səsi ilə insanı heyrətləndirən Garganta del Diablo (Şeytan boğazına) 2 km. piyada hərəkət edərək çatmaq olar. Turdan sonra bələdçimizin təyin etdəcəyi saatda hava limanına transfer olunuruq. Rio de Janeiro-ya hərəkət edirik. Axşam arzu edən qonaqlarımız əlavə olaraq şam yeməyi daxil Samba Show turuda iştirak edə bilərlər. Yerli restoranların birində şam yeməyindən sonra dünyanın ən gözəl rəqslərin nümayiş olunduğu Platformada Samba Show-nu izləyəcəyik. Oteldə gecələyirik.

    Tura daxildir : Şeytan boğazı Turu - 1 nəfər üçün 120 USD

    Tura daxildir : Şam yeməyi daxil Sambo Show

    Turun qiyməti : 1 nəfər üçün 175 USD 


    7-ci gün RIO DE JANEYRO

    Səhər yeməyindən sonra həyata keçiriləcək panoramlı şəhər turumuzda müstəmləkə bölgəsini ziyarət edəcək, buradakı dar küçələri, meydanları və tarixi binaları arasında Candelaria, Praça XV, Travesso Marketi, Metropolitan Katedrali görüləcək. Turdan sonra asudə vaxt. Oteldə gecələyirik.


    8-ci gün RIO DE JANEYRO

    Səhər yeməyindən sonra alış-veriş, istirahət, dəniz və günəşdən faydalanmaq üçün asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq rəhbərimizin təşkil edəcəyi yarım günlük Corcovado + Sugar Loaf turunda iştirak edə bilərlər. Bu turumuz əsnasında Rionun simvoluna çevrilmiş təpədəki məşhur İsa Heykəlini görəcək və məşhur Monorail adlı relsli sistemə minərək təpəyə çıxacaq və Rionun o doyulmaz mənzərəsini görəcəksiniz. Guanabara Körfəzinin inanılmaz mənzərəsini gördükdən sonra Sugar Loaf təpəsinə funikulorla çıxıb, Rio De Janeiro-nun bənzərsiz mənzərəsinin dadını çıxara bilərsiniz. Oteldə gecələyirik. 

    Turun qiyməti : Corcovado Turu - 1 nəfər üçün 100 USD 

    Turun qiyməti : Sugar Loaf Turu - 1 nəfər üçün 110 USD 


    9-cu gün RIO DE JANEYRO - SAN PAULO

    Səhər yeməyindən sonra hava limanına transfer olunuruq. Yerli Hava Yollarının ilə Braziliyanın ən əhəmiyyətli şəhərlərindən biri olan Sao Pauloya hərəkət edirik. Şəhərə çatdıqdan sonra panoramlı şəhər turumuzda: Iburapuera Park, Yapon Məhəlləsi, Katedralı, Tarixi Şəhər Mərkəzi, Bələdiyyə Teatrı görüləcək. Daha sonra hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 194 saylı müntəzəm səfəri ilə saat 22:25 -də İstanbul şəhərinə hərəkət edirik. Yeni günü təyyarədə qarşılayırıq.


    10-cu gün SAN PAULO - İSTANBUL - BAKI

    Daha sonra Türk Hava Yollarının TK 336 saylı müntəzəm səfəri ilə saat 22:00 -da İstanbul şəhərinə çatırıq. Saat 01:45 -də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!

    Əlavə Turlar

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    MABU INTERLUDIUM HOTEL (IGUAZU)

    KENTON PALACE HOTEL (BUENOS AIRES)

    MERLIN COPACABANA HOTEL (RIO DE JANERIO)


    QİYMƏTƏ DAXİLDİR

    -     Türk Hava Yolları ilə  Bakı - İstanbul - Buenos Aires/ San Paulo - İstanbul - Bakı ekonom sinif aviabileti

    -     Aeroport yığımları və digər vergilər

    -     Hava limanı - otel - hava limanı transferləri

    -     Buenos Aires  - Igazu - Rio De Janeyro - San Paulo şəhərlər arası ekonom sinif aviabileti

    -    Qeyd olunan kateqoriyalı otellərdə Buenos Airesda 3 gecə, Igazuda 2 gecə, Rio De Janeyroda 3 gecə olmaqla ümumi 8 gecə gecələmək

    -     Səhər yeməyi

    -     Buenos Aires, Igazu, Rio De Janeyro, San Paulo panoramlı şəhər turları

    -     Iguazu Şəlalələrinin Braziliya tərəfindən Milli parkına giriş

    -     Xüsusi nəqliyyat vasitələri ilə proqramda göstərilən bütün transferlər

    -     Bütün tur boyunca türk dilli bələdçi xidməti

    -     Məcburi səyahət sığortası

          -     Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -     Viza rüsumu - 150 USD

    -     Viza rüsumu - 152 AZN

    -     Günorta və axşam yeməkləri

    -     Bəxşişlər (istəyə görə 5-10 EUR)

    -     Əlavə baqaj

     Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    ***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir. 

    ***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

    ***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    ***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə  bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Argentina Braziliya Türk Hava Yolları ilə 8 gecə

    Son 6 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 3509.00
    Valyuta: USD
    20/06/2023-29/06/2023
    4* OTEL
    Əlavə Yataq
    3509.00
    Bir Nəfər
    4509.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 749.00
    2 - 12 Yaş 3439.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel