TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
15 Noyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 335 Bakı - İstanbul 21:50 - 00:05TK 1981 İstanbul - London 08:20 - 09:40
TK 1998 London- İstanbul 16:45 - 23:45
TK 338 İstanbul - Bakı 02:10 - 06:00 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - LONDON
2-ci gün LONDON (OXFORD & WINDSOR & BICESTER OUTLET - ROYAL BANQUET)
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Oksford & Windsor & Bichester Outlet Turuda və ya yarım günlük Oksford turunda iştirak edə bilərlər (iştirakçı sayına görə turun yarım günlük və ya tam günlük keçiriləcəyi bələdçimiz tərəfindən bildiriləcək). Bu turumuzda dünyanın ən nüfuzlu universitetlərinin yerləşdiyi özünüzü Harri Potter film səhnəsində hiss edəcəyiniz Oksford şəhərini ziyarət etdikdən sonra, məşhur markaların outletlərini tapa biləcəyiniz Bichester Outlet-inə səfər edəcəyik. Daha sonra Vindzor sarayını gəzəcəyik. Tur başa çatdıqdan sonra otelimizə transfer oluruq. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Royal Banquet & Show Turunda iştirak edə bilərlər. Oteldə gecələyirik.
3-cü gün LONDON (LONDON EYE & MADAME TUSSAUD & THAMES CRUISE)
4-cü gün LONDON - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra ən gec saat 10:00 -da otaqları boşaldıb təhvil veririk və asudə vaxt. Bələdçimizin təyin etdiyi vaxtda Gatwick hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra saat 16:45-də Türk Hava Yollarının TK 1998 və TK 338 saylı müntəzəm səfəri ilə İstanbula hərəkət edirik. Saat 06:00-da (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
LONDON EYE & MADAME TUSSAUDS & THAMES ÇAY TURU
Temza çayı sahilində nəhəng fırlanan əyləncə çarxına minərək London şəhərinin möhtəşəm mənzərəsini seyr edəcəyik. Bir çox məşhurların heykəlinin olduğu Madam Tüsso Muzeyinigəzəcəyik. Daha sonra Temza çayı üzərində gəmi ilə qədim London şəhərini görmə imkanı əldə edəcəyik.
Tura daxildir : Nəqliyyat xidməti (metro ilə) + Giriş bileti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 110 GBP (02-12 yaş üçün 90 GBP)
OKSFORD & WINDSOR & BICHESTER OUTLET TURU
Bu turumuzda dünyanın ən nüfuzlu universitetlərin yerləşdiyi özünüzü Harri Potter film səhnəsində hiss edəcəksiniz. Oksford şəhərinə gəlib, orta əsrlərdən qalan binalar arasında gəzərək, Trinity College Binası, Sheldonian Theater, Bodleian Kitabxanası, Redcliff Camara və Oksfordun ən köhnə pubı The Bear -i görmə imkanı əldə edəcəyik.
Qeyd: Stirling Qalasına giriş qiymətə daxil deyil.
Tura daxildir : Nəqliyyat xidməti (qatar ilə) + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 85 GBP (02-12 yaş üçün 65 GBP)
ROYAL BANQUET & SHOW
King Henry sizi axşam yeməyinə dəvət edir... 4 növ yemək (şorba, soyuq qəlyanaltı, ana yemək və şirniyyat) böyüklər üçün limitsiz pivə, şərab və ya spirtsiz içki olaraq kola veriləcək. Mahnı, rəqs və akrobatik şouları izləyərək unudulmaz bir axşam yeməyi yeyəcəksiniz. Arzu edən qonaqlar rəhbərimiz köməkliyi ilə kostyum kirayə edə bilər.
Qeyd: Bazar ertəsi və Çərşənbə axşamı günləri bağlı olur.
Tura daxildir : 4 növ axşam yeməyi + Limitsiz (şərab & kola & pivə) + Nəqliyyat xidməti (metro ilə) + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 65 GBP (02-12 yaş üçün 55 GBP)
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - London - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı oteldə Londonda 3 gecə gecələmək
- Açıq bufet tipli səhər yeməyi
- Panoramlı London şəhər turu
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Məcburi səyahət sığortası
- Viza dəstəyi
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu (6 aylıq viza üçün) - 134 USD
- Skan üçün xidmət haqqı - 28.32 GBP
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən heç bir ləğv edilmə və ya dəyişiklik edilə bilməz. Buna görə alqı-satqı müqavilənizi diqqətlə oxuyun.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
*** Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
***Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
London Turu Türk Hava Yolları ilə 3 gecə
Son 4 yer4* OTEL
- Əlavə Yataq
- 1329.00
- Bir Nəfər
- 1559.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş 299.00
2 - 12 Yaş 1269.00