TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
2 Mart 2024
6 - 8 Aprel 2024
15 - 17 - 24 - 30 İyun 2024
1 - 8 - 15 - 22 - 29 İyul 2024
5 - 17 - 24 - 26 Avqust 2024
21 Sentyabr 2024
26 Oktyabr 2024
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 7703 Bakı - İstanbul 05:35 - 07:40
TK 7712 İstanbul - Köln 13:05 - 14:30
TK 7713 Köln - İstanbul 15:55 - 21:05
TK 7702 İstanbul - Bakı 00:15 - 03:55 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - KÖLN - LÜKSEMBURQ
Axşam saat 05:35-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 7703 saylı müntəzəm səfəri ilə də İstanbul (Sabiha Gökcen hava limanı), oradan da Türk Hava Yollarının TK 7712 saylı müntəzəm səfəri ilə saat 13:05 -də Köln şəhərinə hərəkət edirik. Yerli saat ilə 14:30-da Köln-ə çatdıqdan sonra panoramlı şəhər turumuz başlayacaq. Turdan sonra Lüksemburq şəhərinə hərəkət edirik. Panoramlı Lüksemburq şəhər turunda: Notre Dame Katedrali, Hersoqlar Sarayı, Hökümət binası və Konstitusiya Meydanı görmək imkanımız olacaqdır. Daha sonra Remich və Schenge turu təşkil olunacaq. Moselle çayının sahilində 3 ölkənin (Lüksemburq, Almaniya, Fransa) tam ortasında yerləşən Şengen qəsəbəsini ziyarət edirik. Burada AI ölkələrinin arasında "Azad Hərəkət Müqaviləsi" (Şengen Müqaviləsi) burada imzalanıb. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
2-cü gün LÜKSEMBURQ - PARİS
Səhər yeməyindən sonra Paris-ə hərəkət edirik. Turda: Eyfel qülləsi, Champs-Elysées, Louvre Muzeyi, Orsay Muzeyi, Zəfər tağı, Etoile Meydanı, Napoleonun məzarı, Parlament binası, III Aleksandr körpüsü, 1990-cı il sənaye yarmarkası məqsədi ilə tikilmiş Böyük Saray və Kiçik Saray, 1789-cu il Fransız inqilabına mövzu olan Concorde Gilyotin Meydanı görəcəyimiz yerlər arasındadır. Arzu edən qonaqlar əlavə axşam təşkil olunacaq Paris gecəsi turunda iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
3-cü gün PARİS
Səhər yeməyindən sonra asudə vaxt. Tam günlük turumuzda Parisin ən əhəmiyyətli əsərlərini tanıma fürsətini əldə edəcəyik. Eyfel qülləsinə çıxıb Parisin nəfis mənzərsini seyr edəcəyik. Daha sonra 1 saatlıq Seine Çay Turunda iştirak edəcəyik. Birbirindən möhtəşəm tarixi tikililəri çaydan görmə fürsəti əldə edəcəyik və Parisin ən romantik körpülərinin altından keçəcəyik. Parisin ən möhtəşəm binalarını yaxından görəcək, Sena çayının və körpülərinin altından keçərək unudulmaz anlar yaşayacaqsınız. Daha sonra günümüzədək bohem həyatın davam etdiyi Rəssamlar Təpəsi kimi tanınan Montmartre təpəsinə funikulyor ilə çıxacayıq. Sacre Coeur (Müqəddəs Qəlb) bazilikası gördükdən sonra Tertre meydanında asudə vaxtdan sonra romanlara, mahnılara və filmlərə mövzu olan məşhur Notr-Dam kilsəsini ziyarət edəcəyik. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
4-cü gün PARİS
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız bələdçiniz tərəfindən əlavə təşkil olunacaq Disneyland Turunda iştirak edə bilərlər. Turumuz başa çatdıqdan sonra otelə geri dönürük və oteldə gecələyirik.
5-ci gün PARIS - REIMS - BRÜSSEL
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Brüssel şəhərinə hərəkət edirik. Yolüstü Reims şəhər turu həyata keçiriləcək. Tarixi Roma İmperiyası dövrünə uzanan və Atilla Xanın türk basqınlarına səhnə olan Reims şəhəri, Hökümət binası, Kral Sarayı və Qədim Roma Mars Qapısı kimi bir çox şah əsərlərə ev sahibliyi edir. Daha sonra Brüsselə hərəkət edirik. Turda: Kral Sarayı, Çin və Yapon evləri, Birja Binası, Atomium, Heysel stadionu və Mannequin Pis heykəli görüləcək. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
6-cı gün BRÜSSEL - BRUGGE - AMSTERDAM
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Hollandiyanın paytaxtı Amsterdam şəhərinə hərəkət edirik. Bütün qonaqların iştirakı ilə yolüstü Brugge turunda: kanalları, qədim körpüləri, UNESCO tərəfindən qorunan binaları və şokoladları ilə məşhur olan Brugges şəhərini ziyarət edəcəyik. Amsterdam-a çatdıqdan sonra panoramlı şəhər turumuz başlayacaq. Şəhər turunda: Dam Meydanı, Krallıq Sarayı, Milli abidə və Mərkəzi stansiya görəcəyimiz yerlər arasındadır. Arzu edən qonaqlarımız asudə vaxtlarında Gül bazarı və Qırmızı işıq (Red-light district) ziyarət edə bilərlər. Daha sonra Muzey meydanında fotoşəkil çəkdirmək üçün qısa fasilə veriləcək. Turdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
7-ci gün AMSTERDAM
8-ci gün AMSTERDAM - KÖLN - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqları təhvil veririk. Daha sonra bələdçimiz tərəfindən müəyyənləşdiriləcək saatda Köln Hava limanı istiqamətində hərəkət edəcəyik. Baqaj, bilet və gömrük proseduralarından sonra Türk Hava yollarının TK 7713 saylı müntəzəm səfəri ilə saat 15:55-də İstanbula, oradan da Türk Hava Yollarının TK 7702 saylı müntəzəm səfəri ilə saat 00:15-də Bakıya hərəkət edirik. Saat 03:55-də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
(əlavə turlarda iştirak etmək məcburi deyildir, yalnız arzu edən qonaqlarımız könüllü olaraq iştirak edə bilərlər)
BRÜGGE TURU
Bu turumuzun ən gözəl xatirələrini yaşayacağınız və ‘’Ölməzdən əvvəl görüləcək 100 yer” adlı kitabda qeyd olunan möhtəşəm orta əsrlər nağılının içərisində olmağa hazırsınızmı? 2002-ci ildə Avropanın mədəniyyət paytaxtı seçilən Brügge; Eyni zamanda “şimalın Venesiyası” da adlandırılmaqdadır. Orta əsrlərdən bugünə qədər originallığını itirməyən bu nağıl şəhərini tanıdıqca vaxtın necə keçdiyini hiss etməyəcəksiniz. Qu quşları ilə dolu olan kanallar, manastırlar, Brügge-yə məxsusi orta əsrlərə aid evlər və möhtəşəm ətraf mühit və nizam. Bundan başqa bu gözəl şəhərdə rahibələrin əl əməyi ilə hazırladıqları ləzzətli şokaladları dada bilər və yenə rahibələr tərəfindən hazırlanan dünyanın məhşur krujevalarından ala bilər, Markt meydanındakı kafelərdə xoş vaxt keçirə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
PARİS BİRLƏŞDİRİLMİŞ TURU
Eiffel Qülləsi, Seine çayında gəmi turu, Montmartre & Sacre coeur və Notredame Katedralı. Tarixi və şəhərsalma ilə məşhur aşiqlər şəhəri olan Parisin ən əhəmiyyətli binalarını bu turumuzda kəşf etmək imkanını əldə edəcəksiniz. Bu şəhərdə 1889-cu il tarixində təşkil olunan dünya sərgisi üçün tikilən Eiffel qülləsi ilk ziyarət edəcəyimiz binadır. Qüllənin ikinci mərtəbəsinə çıxıb bənzərsiz Paris mənzərəsini seyr etdikdən sonra, Liman bölgəsinə keçirik. Burada bir saatlıq Seine çay turunda iştirak edirik. Parisin bütün əhəmiyyətli binalarının şəkillərinin çəkmək imkanı əldə edəcəyiniz. Sonda Paris şəhərinin ən yüksək təpəsi olan Montmartre-ya (130mt) keçirik. Hal-hazırda tüfeyli həyatın yaşandığı bu bölgədə bir vaxtlar Pablo Picasso, Henry Toulouse Lautrec, Dalida, Vincent Van Gogh və Jean Marais kimi məşhur sənətçilər bu yerlərdə əhəmiyyətli izlər qoyublar. Bizi təpəyə çıxaracaq qısa funikulyor səyahətimizdən sonra Paris şəhərindən görülən SacreCoeur (Müqəddəs Qəlb, Niyyət kilsəsi) ilk görəcəyimiz bina olacaqdır. Şəhərin mənzərəsinə baxan pilləkanlarda aşıqlar və küçə nümayişçiləri sizin diqqətinizi mütləq cəlb edəcəkdir. Sacrecoeur-dan sonra edəcəyimiz qısa gəzintidən sonra gedəcəyimiz Tetre meydanı bugün küçə rəssamlarının əsərlərinin və kafelərin rəngli görünüşlərlə nümayiş olunduğu yerdir. Daha sonra Notre Dame katedralını ziyarət edəcəyik. Bu füsünkar məkanların mövcud olduğu Kafelərdə gündəlik yorğunluğunuzdan azad ola bilər və ya alış-veriş bacarığınızdan istifadə edərək küçə rəssamlarına şəklinizi çəkdirə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Eifel Qülləsinə giriş + Seine Gəmi Turu Bilet + Funikulyor bileti
Turun qiyməti : 1 nəfər üçün 120 EUR
PARİS BY NIGHT TURU
Siz bu turumuzda Parisi fərqli bir tərəfdən tanımaq imkanını əldə edəcəksiniz. Champs Elysees, Concorde Meydanı, Opera, Louvre Muzeyi və daha bir çox məşhur bulvarları, binaları və meydanları işıqlar altında görəcəksiniz. Trocedaro meydanında və ya yaxın ətrafında Eiffel qülləsini seyr edib, şəkil çəkdikdən sonra unudulmaz xatirələr ilə turumuzu başa çatdırırıq.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 45 EUR
DISNEYLAND PARK TURU
Otelimizdən çıxaraq dünyanın ən gözəl xəyallar şəhəri istiqamətində hərəkət edirik. Main Street və 19-cu əsrin Amerika Qəsəbələri, serenad edən bərbərlər, Disney qəhrəmanlarının keçid mərasimi Frontierland-da qatara minərək mədən quyuları və artıq dağılmaq üzrə olan körpülərdən keçərək əyləncənin son həddinə çatacağıq. Sonra gəmilərimizə minərək əzəmətli qalanı əhatə edən Karib piratlarını izləyəcəyik. Arzu edən qonaqlarımız zaman maşını ilə səyahət edə bilər və ya ulduz müharibələrində şəxsən iştirak edərək kosmos gəmisinə minib aya qədər çata bilərlər və daha bir çox əyləncə. Təbii ki yuxarıda sadalananlarla yanaşı mükəmməl dizayn, unudulmaz şəkillər çəkə biləcəyiniz mənzərələr və onlarla alış-veriş butikləri.
Tura daxildir : Nəqliyyat xidməti + Giriş Biletləri + Bələdçi xidməti (gediş-gəliş transfer vaxtı, park daxilində bələdçi xidməti olmayacaqdır)
***Disneyland biletləri dinamik qiymət sistemi ilə müəyyən edilir. Bu səbəbdən park biletinin qiymətləri bələdçiniz tərəfindən sizə bildiriləcəkdir.
Turun qiyməti : 1 nəfər üçün 200 EUR
MARKEN & VOLENDAM TURU
Mütləq görməyinizi tövsiyə etdiyimiz bu turumuzda ilk dəfə 1955-ci ildə istifadəyə verilən əsas quru xətt ilə Marken adasına səyahətimizi başladırıq. Bu şirin adanın içində çıxacağımız gəzintidən sonra limanda asudə vaxtımız olacaqdır. Sonra limandan hərəkət edəcək gəmi ilə Şimal Dənizi-ni keçərək Volendam Qəsəbəsinə çatırıq. Bu tipik Hollandiya Qəsəbəsində çox ucuz, hədiyyə üçün nəzərdə tutulan əşyalar ilə birgə şimal dənizinin ləzzətli dəniz məhsullarını dadmaq imkanını əldə edə bilərsiniz. Volendam gəzintisindən sonra burada bizi gözləyən nəqliyyat vasitəsi ilə ləzzətli və məşhur Hollandiya Pendirlərinin necə hazırlandığını görmək, dadlarına baxmaq və alış-veriş üçün Volendam-dan hərəkət edirik.
Tura daxildir : Nəqliyyat xidməti (nəqliyyat və gəmi ilə) + Bələdçilik xidməti
GRAND HOLLANDİYA TURU
Hollandiya-nın ikinci böyük şəhəri olan Rotterdam istiqamətində hərəkət edirik. Panoramik şəhər turumuzda, Euromas qülləsi, Tarixi Liman bölgəsi, Hollandiya-Amerika binası, Erasmus körpüsü, William körpüsü və Kubik evlər görəcəyimiz yerlər arasında olacaqdır. Rotterdam-dan sonra Hollandiya’nın tarixi şəhərlərindən olan keramika və dibçək qabları ilə məşhur olan Delft şəhərinə keçirik. Bu şəhərdə fasilədən sonra ölkənin gizli paytaxtı olan Lahey (Den Hague) şəhərində; Parlament binası, Kraliçanın sarayı və Lahey icraedici orqanını, məşhur Mestaq muzeyini ziyarət edirik. Geri dönərkən şimal dənizi sahilində yerləşən Schevinegen-də şəkil çəkmək üçün fasilə veririk.
Önəmli qeyd: Tıxac və vaxta görə Rotterdam və ya Delft tur proqramından çıxarıla bilər.
Tura daxildir : Nəqliyyat xidməti + Mestaq Muzey Girişi + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 100 EUR
REMICH & SCHENGEN TURU
Kiçik bir ölkə olan Lüksemburqun təbii gözəllikləri arasında yerləşən Remich qəsəbələrini görmə fürsətimiz olacaqdır. İlk öncə Remich-ə gedəcəyik. Mossel çayının sahilində, Almaniyanın sərhəddində yerləşən bu sevimli qəsəbədə möhtəşəm mənzərədən zövq alacaqsınız.
Tura daxildir: Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti: 1 nəfər üçün 45 EUR
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Köln - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi lyuks avtobus ilə şəhərləri arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Lüksemburqda 1 gecə, Parisdə 3 gecə, Brüsseldə 1 gecə, Amsterdamda 2 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Səhər yeməyi
- Panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 30 EURO
- Səyahət sığortası
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər..
** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
3* - 4* OTELLƏR
- Əlavə Yataq
- 1329.00
- Bir Nəfər
- 1589.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1319.00