TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
21 - 28 Oktyabr 2023
4 - 25 Noyabr 2023
30 Dekabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 341 Bakı - İstanbul 16:55 - 19:05
TK 1523 İstanbul - Düsseldorf 08:25 - 09:45
TK 1528 Düsseldorf - İstanbul 18:10 - 23:20
TK 332 İstanbul - Bakı 08:50 (+1) - 12:45
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - DÜSSELDORF - AMSTERDAM
Axşam saat 16:55 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 341 saylı müntəzəm səfəri ilə də İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1523 saylı müntəzəm səfəri ilə saat 08:25-də Düsseldorf şəhərinə hərəkət edirik. Yerli saat ilə 09:45-də Düsseldorf-a çatdıqdan sonra şəhər turunda iştirak edirik. 75 metr hündürlükdə fırlanan restoran Rheinturm, Almaniyanın ən əhəmiyyətli mütəfəkkirlərinin yetişdirildiyi Schloss Benrath, dəbdəbəli alış-veriş küçəsi Königsalllee və yamyaşıl əraziləri ilə diqqət çəkən Hofqarten görülməli yerlər arasındadır. Turdan sonra Amsterdam -a hərəkət edirik. Şəhər turunda: 178 müxtəlif millətin nümayəndələrinin yaşadığı bu füsunkar şəhərdə Dam Meydanı, Milli Abidə, Kral Sarayı, Gül bazarı, Red-light district və Mərkəzi stansiya görməli yerlər arasındadır. Turdan sonra arzu edən qonaqlarımız təşkil olunacaq əlavə Amsterdam kanalları turuda iştirak edə bilərlər. 100 km -dən çox və 165 kanalı olan Amsterdamın kanallarını seyr edərkən Amsterdama fərqli bir nöqtədən baxmaq imkanınız olacaqdır. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
2-ci gün AMSTERDAM
Səhər yeməyindən sonra arzu edən qonaqlarımız bələdçimizin təşkil edəcəyi əlavə Marken & Volendam Turu & Rotterdam & Delft & Haaqa turunda iştirak edə bilərlər. Turumuz başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
3-cü gün AMSTERDAM - BRÜSSEL
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Brüssel istiqamətində hərəkət edirik. Yolda arzu edən qonaqlarımız bələdçimizin təşkil edəcəyi əlavə Brügge turunda iştirak edə bilərlər. UNESCO-nun irs sihasısına daxil olan Bruges şokoladları, krujevaları, pivələri, ən əsası isə orta əsr memarlığı və qayıqla gəzinti edə biləcəyiniz kanalları ilə məşhurdur. Kanalların gözəlliyi turistik yerlərə görə Şimalın Venesiyası kimi tanınır. Bu gözəl şəhəri ziyarət etdikdən sonra Brüssel -ə hərəkət edirik. Brüssel şəhərinə çatdıqdan sonra həyata keçiriləcək panoramik şəhər turumuzda: Krallıq Sarayı, Çin və Yapon evləri, Brüssel katedralı, Şəhər meydanı, Birja binası, Atomium abidəsi və Manneken Pis heykəli görüləcək yerlər arasındadır. Şəhər turumuzdan sonra otelə transfer olunuruq, otaqlara yerləşirik və asudə vaxt. Oteldə gecələyirik.
4-cü gün BRÜSSEL - PARİS
Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Paris istiqamətində hərəkət edirik. Parisə çatdıqdan sonra panoramik şəhər turumuzda: Charles de Gaulle və Zəfər tağı, Champs Elysees, Louvre muzeyi və piramidası, Etoile meydanı, Böyük Saray və Petit Palais sərgi sarayları, Concorde meydanı və Obilisk daşı, Fransa parlamentinin binası, 3* Aleksandre körpüsü, Seine çayı, Napoleonun məzarı və Eiffel Qülləsi görüləcək yerlər arasındadır. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
5-ci gün PARİS
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız təşkil olunacaq əlavə Paris İnciləri və Seine çayı Turunda (Eifell Qülləsi, Seine çayında gəmi gəzintisi, Notre Dame, Sacre Coure Kilsəsi və Montmarte Rəssamlar Təpəsi) iştirak edə bilərlər. Axşam arzu edən qonaqlarımız əlavə təşkil olunacaq Paris By Night Turunda iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
6-cı gün PARİS
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız bələdçiniz tərəfindən əlavə təşkil olunacaq Disneyland Turunda iştirak edə bilərlər. Turumuz başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
7-ci gün PARİS - LÜKSEMBURQ
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Lüksemburq istiqamətində hərəkət edirik. Lüksemburq-a çatdıqdan sonra panoramlı Lüksemburq şəhər turunda: Notre Dame Katedrali, Dük Sarayı, Bələdiyyə Sarayı və Hərbi Meydanı yerlər görüləcəkdir. Turdan sonra arzu edən qonaqlarımız bələdçiniz tərəfindən əlavə təşkil olunacaq Remich & Schengen turunda iştirak edə bilərlər. Şəhər turundan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
8-ci gün LÜKSEMBURQ - KÖLN - DÜSSELDORF - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra Köln şəhərinə hərəkət edirikik. Köln şəhərinə çatdıqdan sonra həyata keçirəcəyimiz şəhər turunda: Gothic Katedral, Reyn çayı, Alış-veriş küçələri görməli yerlər arasındadır. Turdan sonra Düssüldorf Hava limanı istiqamətində hərəkət edəcəyik. Baqaj, bilet və gömrük proseduralarından sonra Türk Hava yollarının TK 1528 saylı müntəzəm səfəri ilə saat 18:10 -də İstanbula, oradan da Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə saat 08:50-də (+1) Bakıya hərəkət edirik. Saat 12:45 -də Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
(əlavə turlarda iştirak etmək məcburi deyildir, yalnız arzu edən qonaqlarımız könüllü olaraq iştirak edə bilərlər)
BRÜGGE TURU
Orta əsrlərdən bugünə qədər originallığını itirməyən bu nağıl şəhərini tanıdıqca vaxtın necə keçdiyini hiss etməyəcəksiniz. Brügge-yə məxsusi orta əsrlərə aid evlər və möhtəşəm ətraf mühit və nizam. Bundan başqa bu gözəl şəhərdə rahibələrin əl əməyi ilə hazırladıqları ləzzətli şokaladları dada bilər və yenə rahibələr tərəfindən hazırlanan dünyanın məhşur krujevalarından ala bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 50 EUR
PARİS BİRLƏŞDİRİLMİŞ TURU
Eiffel Qülləsi, Seine çayında gəmi turu, Notredame Katedralı, Montmartre&Sacrecoeur. Tarixi və şəhərsalma ilə məşhur aşiqlər şəhəri olan Parisin ən əhəmiyyətli binalarını bu turumuzda kəşf etmək imkanını əldə edəcəksiniz. Bu şəhərdə 1889-cu il tarixində təşkil olunan dünya sərgisi üçün tikilən Eiffel qülləsi ilk ziyarət edəcəyimiz binadır. Qüllənin ikinci mərtəbəsinə çıxıb bənzərsiz Paris mənzərəsini seyr etdikdən sonra, Liman bölgəsinə keçirik. Burada bir saatlıq Seine çay turunda iştirak edirik. Parisin bütün əhəmiyyətli binalarının şəkillərinin çəkmək imkanı əldə edəcəyiniz bu gəmi turundan sonra, Paris şəhərin tarixdə ilk dəfə qurulduğu Cite adasına hərəkət edirik. Viktor Hüqonun ölümsüz əsəri olan Notre Dame Parisin ilham qaynağı olan katedral qotik memarlıq üslubunun ən möhtəşəm nümunələrindən biridir. Napoleon daxil olmaqla bir çox Fransa kralının da tac taxma mərasiminə ev sahibliyi edən bina hal-hazırda da ibadətə açıqdır və ən çox ziyarət edilən yerlərdən biridir. Valehedici gül pəncərələrinin, heykəllərinin və tarixi hekayələrinin sizdə də xoş hiss yaradacağını düşünürük. Bizi təpəyə çıxaracaq qısa funikulyor səyahətimizdən sonra Paris şəhərindən görülən SacreCoeur (Müqəddəs Qəlb, Niyyət kilsəsi) ilk görəcəyimiz bina olacaqdır. Şəhərin mənzərəsinə baxan pilləkanlarda aşıqlar və küçə nümayişçiləri sizin diqqətinizi mütləq cəlb edəcəkdir. Sacrecoeur-dan sonra edəcəyimiz qısa gəzintidən sonra gedəcəyimiz Tetre meydanı bugün küçə rəssamlarının əsərlərinin və kafelərin rəngli görünüşlərlə nümayiş olunduğu yerdir. Bu füsünkar məkanların mövcud olduğu Kafelərdə gündəlik yorğunluğunuzdan azad ola bilər və ya alış-veriş bacarığınızdan istifadə edərək küçə rəssamlarına şəklinizi çəkdirə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Eifel Qülləsinə giriş + Seine Gəmi Turu Bileti + Funikulyor bileti
Turun qiyməti : 1 nəfər üçün 100 EUR
PARİS BY NIGHT TURU
Siz bu turumuzda Parisi fərqli bir tərəfdən tanımaq imkanını əldə edəcəksiniz. Champs Elysees, Concorde Meydanı, Opera, Louvre Muzeyi və daha bir çox məşhur bulvarları, binaları və meydanları işıqlar altında görəcəksiniz. Trocedaro meydanında və ya yaxın ətrafında Eiffel qülləsini seyr edib, şəkil çəkdikdən sonra unudulmaz xatirələr ilə turumuzu başa çatdırırıq.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 45 EUR
DISNEYLAND PARK TURU
Otelimizdən çıxaraq dünyanın ən gözəl xəyallar şəhəri istiqamətində hərəkət edirik. Main Street və 19-cu əsrin Amerika Qəsəbələri, serenad edən bərbərlər, Disney qəhrəmanlarının keçid mərasimi Frontierland-da qatara minərək mədən quyuları və artıq dağılmaq üzrə olan körpülərdən keçərək əyləncənin son həddinə çatacağıq. Sonra gəmilərimizə minərək əzəmətli qalanı əhatə edən Karib piratlarını izləyəcəyik. Arzu edən qonaqlarımız zaman maşını ilə səyahət edə bilər və ya ulduz müharibələrində şəxsən iştirak edərək kosmos gəmisinə minib aya qədər çata bilərlər və daha bir çox əyləncə. Təbii ki yuxarıda sadalananlarla yanaşı mükəmməl dizayn, unudulmaz şəkillər çəkə biləcəyiniz mənzərələr və onlarla alış-veriş butikləri.
Tura daxildir : Nəqliyyat xidməti + Giriş Biletləri + Bələdçi xidməti (gediş-gəliş transfer vaxtı, park daxilində bələdçi xidməti olmayacaqdır)
Turun qiyməti : 1 nəfər üçün 120 EUR (02-12 yaş üçün 95 EUR)
MARKEN & VOLENDAM - GRAND HOLLANDİYA TURU
MARKEN&VOLENDAM: Mütləq görməyinizi tövsiyə etdiyimiz bu turumuzda ilk dəfə 1955-ci ildə istifadəyə verilən, torpaq ilə Hollandaya birləşdirilən Marken adasına səyahətimizi başladırıq. Bu şirin adanın içində çıxacağımız gəzintidən sonra limanda asudə vaxtımız olacaqdır. Sonra limandan hərəkət edəcək gəmi ilə Şimal Dənizi-ni keçərək Volendam Qəsəbəsinə çatırıq. Bu tipik Hollandiya Qəsəbəsində çox ucuz, hədiyyə üçün nəzərdə tutulan əşyalar ilə birgə şimal dənizinin ləzzətli dəniz məhsullarını dadmaq imkanını əldə edə bilərsiniz. Volendam gəzintisindən sonra burada bizi gözləyən nəqliyyat vasitəsi ilə ləzzətli və məşhur Hollandiya Pendirlərinin necə hazırlandığını görmək, dadlarına baxmaq və alış-veriş üçün Volendam-dan hərəkət edirik.
GRAND HOLLAND: Hollandiya-nın ikinci böyük şəhəri olan Rotterdam istiqamətində hərəkət edirik. Panoramik şəhər turumuzda, Euromas qülləsi, Tarixi Liman bölgəsi, Hollandiya-Amerika binası, Erasmus körpüsü, William körpüsü və Kubik evlər görəcəyimiz yerlər arasında olacaqdır. Rotterdamdan sonra Hollandiya’nın ən tarixi şəhərlərindən olan keramika və dibçəkləri ilə məşhur olan Delft şəhərinə keçirik. Bu şəhərdə fasilədən sonra ölkənin gizli paytaxtı olan Lahey (Den Hague) şəhərində; Parlament binası, Kraliçanın sarayı və Lahey icraedici orqanını, məşhur Mestaq muzeyini ziyarət edirik. Geri dönərkən şimal dənizi sahilində yerləşən Schevinegen-də şəkil çəkmək üçün fasilə veririk.
Tura daxildir : Nəqliyyat xidməti (Marken-Volendam arası çatdırılma gəmi ilə) + Mestaq Muzeyi Giriş + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 100 EUR
AMSTERDAM KANALLARI TURU
"Şimalın Venesiyası" olaraq adlandırılan Amsterdamın kanallarında həyata keçiriləcək gəmi turunda Amsterdamı fərqli bir şəkildə görmə fürsəti əldə edəcəyik.
Tura daxildir : Nəqliyyat xidməti + Gəmi Bileti+ Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 20 EUR
REMICH & SCHENGEN TURU
Kiçik bir ölkə olan Lüksemburqun təbii gözəllikləri arasında yerləşən Remich və Schengen qəsəbələrini görmə fürsətimiz olacaqdır. İlk öncə Remich-ə gedəcəyik. Mossel çayının sahilində, Almaniyanın sərhəddində yerləşən bu sevimli qəsəbədə möhtəşəm mənzərədən zövq alacaqsınız. Arzu edən qonaqlarımız münasib qiymətlərə spitli içkilər ala bilər eyni zamanda çay kənarındakı kafelərdə yorğunluqlarını ata bilərlər. Remichdən sonra Schengen qəsəbəsini gəzəcəyik və buradakı abidənin önündə şəkil çəkdirdikdən sonra turumuzu başa vuracağıq.
Tura daxildir: Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti: 1 nəfər üçün 35 EUR
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Düsseldorf - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi lyuks avtobus ilə Amsterdam - Brüssel - Paris - Lüksemburq - Köln - Düsseldorf şəhərləri arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Amsterdamda 2 gecə, Brüsseldə 1 gecə, Parisdə 3 gecə, Lüksemburqda 1 gecə, olmaqla ümumi 7 gecə gecələmək
- Səhər yeməyi
- Amsterdam, Brüssel, Paris, Lüksemburq, Düsseldorf, Köln panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 30 EURO
- Məcburi səyahət sığortası
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
** Otellər mərkəzdən 20 - 25 km məsafə uzaqlıqda yerləşir.
** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz
qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün,
qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə
bilərlər. Fərqli təyyarələrdə gəlsələr
belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən
CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
3* OTELLƏR
- Əlavə Yataq
- 1159.00
- Bir Nəfər
- 1419.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1109.00