CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Benilüks & Paris Turu Türk Hava Yolları ilə 7 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 2 yer
    Benilüks Turları > Benilüks & Paris > Benilüks & Paris Turu Türk Hava Yolları ilə 7 gecə

    Benilüks & Paris Turu 1249 € 2325 AZN 7 Gecə - 8 Gün

    23/09/2023 - 30/09/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 22ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    11 Fevral 2023

    11 Mart 2023

    20 - 21 - 29 Aprel 2023

    13 - 27 - 29 May 2023

    3 - 5 İyun 2023

    3 - 8 - 10 - 17 - 22 - 24 - 31 İyul 2023

    6 - 7 - 12 - 14 - 26 Avqust 2023

    23 Sentyabr 2023

    21 Oktyabr 2023

    27 Noyabr 2023

    4 Dekabr 2023



    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK  335   Bakı - İstanbul               21:50 - 00:05

    TK  1523 İstanbul - Düsseldorf     08:25 - 09:25

    TK  1528 Düsseldorf - İstanbul     18:10 - 23:20

    TK  338   İstanbul - Bakı                02:10 - 06:00 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - DÜSSELDORF - AMSTERDAM

    Axşam saat 21:50-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 335 saylı müntəzəm səfəri ilə də İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1523 saylı müntəzəm səfəri ilə saat 08:25 -də Düsseldorf şəhərinə hərəkət edirik. Yerli saat ilə 09:25-də Düsseldorf şəhərinə çatırıq. Düsseldorf şəhər turunda 75 metr hündürlükdə fırlanan restoran Rheinturm, Almaniyanın ən əhəmiyyətli mütəfəkkirlərinin yetişdirildiyi Schloss Benrath, dəbdəbəli alış-veriş küçəsi Königsalllee və yaşıllıqları ilə diqqət çəkən Hofqarten görüləcək yerlər arasındadır. Turdan sonra Amsterdam-a hərəkət edirik. Amsterdam-a çatdıqdan sonra panoramlı şəhər turumuz başlayacaq. Şəhər turunda: Dam Meydanı, Milli Abidə, Kral Sarayı, Gül bazarı, Red Light District və Mərkəzi stansiya görəcəyimiz yerlər arasındadır. Daha sonra Amsterdam kanal turu həyata keçirəcəyik. Tur başa çatdıqdan sonra asudə vaxt və otelə transfer olunuruq. Oteldə gecələyirik.

     

    2-cü gün AMSTERDAM

    Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimizin təşkil edəcəyi əlavə Marken&Volendam&Rotterdam&Delft&Haaqa Turuda iştirak edə bilərlər. Marken & Volendam turunda: qədim balıqçı şəhəri Volendamdakı tarixi evləri, limanları gəzirik və sonra kiçik ada olan Marken adasını ziyarət edəcəyik. Ləzzətli dəniz məhsullarını, pendirləri dadıb aşağı qiymətə suvenirlər ala biləcəyiniz bu şəhərcikdə yaxşı vaxt keçirdikdən sonra Hollandiyanın ikinci böyük şəhəri olan Rotterdama doğru hərəkət edirik. Avropanın ən böyük limanı olan Rotterdamda Euromas Tower, Old Port ərazisi, Erasmus və William körpüsü və Cubic evlər görülməli yerlər arasındadır. Turdan sonra Delftə hərəkət edirik. Kanalları, əsasən qorunub saxlanmış köhnə tikililəri və mavi rəngə boyanmış çiniləri ilə məşhur olan bu şəhərdəki turumuzdan sonra Haaqa şəhəri (Den Haag) istiqamətində hərəkət edirik. Haaqa turunda: Parlament binası, Ali Məhkəmə və Assambleya binası görüləcək yerlər arasındadır. Tur başa çatdıqdan sonra asudə vaxt və otelə transfer olunuruq. Oteldə gecələyirik.

     

    3-cü gün AMSTERDAM - BRÜSSEL

    Səhər yeməyindən sonra otaqları təhvil veririk. Daha sonra Brugge-ə hərəkət edirik. UNESCO qorumasında olan Brugge şokoladları, krujevaları, pivələri, ən əsası isə orta əsr memarlığı və qayıqla gəzinti edə biləcəyiniz kanalları ilə məşhurdur. Brugge turumuzun başa çatmağından sonra Brussel istiqamətində hərəkət edirik və həyata keçiriləcək panoramik şəhər turumuzda; Krallıq Sarayı, Ədliyyə Sarayı, Bruksel Katedralı, Grand Place Meydanı, Manneken Piss Heykəli və digər əhəmiyyətli məkanları gəzirik. Tur başa çatdıqdan sonra asudə vaxt və otelə transfer olunuruq. Oteldə gecələyirik.


    4-cü gün BRÜSSEL - PARIS

    Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Paris istiqamətində hərəkət edirik. Parisə çatdıqdan sonra panoramik şəhər turumuzda; Charles de Gaulle, Zəfər Takı, Champs Elysees, Eiffel Qülləsi, Napoleon-un Məzarı, Fransa Parlamentinin binası, 3* Alexsandre Körpüsü, Sena çayı, Luvr muzeyi və piramida, Etoile Meydanı, Grand Palais və Petit Palais sərgi sarayları, Obilisk Daşı və Concorde Meydanı da görüləcək yerlər arasındadır. Tur başa çatdıqdan sonra asudə vaxt və otelə transfer olunuruq. Oteldə gecələyirik.

     

    5-ci gün PARIS

    Səhər yeməyindən sonra asudə vaxt. Qonaqlarımızın istəyindən asılı olaraq təşkil olunacaq əlavə Paris İnciləri (Eifell Qülləsi, Siene Çayında gəzinti, Notre Dame, Sacre Coure Kilsəsi və Montmartre Rəssamlar Təpəsi) Turunda iştirak etmək imkanı. Parisin ən əhəmiyyətli əsərlərini tanıma fürsətini əldə edəcəyimiz tam günlük turumuzda Eyfel qülləsinin tarixini, tikinti prosesini, maraqlı hekayələrini bələdçidən dinlədikdən sonra, qülləyə çıxıb Parisin nəfis mənzərsini seyr edəcəksiniz. Daha sonra dünyanın ilk free shop xüsusiyyətinə sahib olan Benlux Duty Mağazasına gedirik. Sonra Parisin ən qədim yerlərindən olan Île de la Cite adasında yerləşən,Victor Hugonun dünyaca məşhur romanı "Notre Dame Kamburu" əsərinə ilham qaynağı olan, Avropanın ən vacib qotik memarlıq abidələrinin başında gələn Notre Dame Katedralinı ziyarət edəcəyik. Daha sonra Fransız rəssamlarının, musiqiçilərinin məskən tutduğu Parisin ən romantik kafelərinin yerləşdiyi Rəssamlar Təpəsi və yenə şəhərin yüksək yerində yerləşən möhtəşəm arxitekturası ilə məşhurlaşan Sacre Coeur (Müqəddəs Qəlb) bazilikası görəcəyimiz yerlər arasındadır. Daha sonra arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Paris By Night Turunda iştirak edə bilərlər. Turumuz başa çatdıqdan sonra  otelə geri dönüş və oteldə gecələmək. 


    6-cı gün PARIS 

    Səhər yeməyindən sonra asudə vaxt və alış-veriş etmək imkanı. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Disneyland turunda iştirak edə bilərlər. Turdan sonra otelə transfer olunuruq və oteldə gecələyirik.


    7-ci gün PARİS - LÜKSEMBURQ

    Səhər yeməyindən sonra otaqları təhvil veririk və Lüksemburq-a hərəkət edirik. Panoramlı Lüksemburq şəhər turunda: Notr-Dam Katedrali, Town Hall və Konstitusiya Meydanı, Hersoqların sarayını görmək imkanımız olacaqdır. Turdan sonra Remich və Schenge turu təşkil olunacaq. Moselle çayının sahilində 3 ölkənin (Lüksemburq, Almaniya, Fransa) tam ortasında yerləşən Şengen qəsəbəsini ziyarət edirik. Burada AI ölkələrinin arasında "Azad Hərəkət Müqaviləsi" (Şengen Müqaviləsi) burada imzalanıb. Lüksemburqun aşağı vergi siyasəti və sərhəddə yerləşməsi səbəbindən kiçik mağazalardan kofe, spirtli içkilər və siqaretləri rüsumsuz mağazalardan çox daha aşağı qiymətə ala bilərsiniz. Turdan sonra otelimizə transfer və asudə vaxt. Oteldə gecələmə.

     

    8-ci gün LÜKSEMBURQ - KÖLN - DÜSSELDORF - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra Köln şəhərinə hərəkət edirik. Köln şəhər turunda: Qotika kilsəsi, Reyn çayı və alış-veriş küçələri görüləcək yerlər arasındadır. Daha sonra bələdçimiz tərəfindən müəyyənləşdiriləcək saatda Düsseldorf Hava limanı istiqamətində hərəkət edəcəyik. Baqaj, bilet və gömrük proseduralarından sonra Türk Hava yollarının TK 1528 saylı müntəzəm səfəri ilə saat 18:10-da İstanbula, oradan da Türk Hava Yollarının TK 338 saylı müntəzəm səfəri ilə saat 02:10-də Bakıya hərəkət edirik. Saat 06:00-da (+1)  Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!

    Əlavə Turlar



    (əlavə turlarda iştirak etmək məcburi deyildir, yalnız arzu edən qonaqlarımız könüllü olaraq iştirak edə bilərlər)

      

    BRÜGGE TURU

    Bu turumuzun ən gözəl xatirələrini yaşayacağınız və ‘’Ölməzdən əvvəl görüləcək 100 yer” adlı kitabda qeyd olunan möhtəşəm orta əsrlər nağılının içərisində olmağa hazırsınızmı? 2002-ci ildə Avropanın mədəniyyət paytaxtı seçilən Brügge; Eyni zamanda “şimalın Venesiyası” da adlandırılmaqdadır. Orta əsrlərdən bugünə qədər originallığını itirməyən bu nağıl şəhərini tanıdıqca vaxtın necə keçdiyini hiss etməyəcəksiniz. Qu quşları ilə dolu olan kanallar, manastırlar, Brügge-yə məxsusi orta əsrlərə aid evlər və möhtəşəm ətraf mühit və nizam. Bundan başqa bu gözəl şəhərdə rahibələrin əl əməyi ilə hazırladıqları ləzzətli şokaladları dada bilər və yenə rahibələr tərəfindən hazırlanan dünyanın məhşur krujevalarından ala bilər, Markt meydanındakı kafelərdə xoş vaxt keçirə bilərsiniz. 

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR (02-12 yaş üçün 20 EUR) 

     

    PARİS BİRLƏŞDİRİLMİŞ TURU

    Eiffel Qülləsi, Seine çayında gəmi turu, Notredame Katedralı, Luksemburq Bağçaları, Montmartre&Sacrecoeur. Tarixi və şəhərsalma ilə məşhur aşiqlər şəhəri olan Parisin ən əhəmiyyətli binalarını bu turumuzda kəşf etmək imkanını əldə edəcəksiniz. Bu şəhərdə 1889-cu il tarixində təşkil olunan dünya sərgisi üçün tikilən Eiffel qülləsi ilk ziyarət edəcəyimiz binadır. Qüllənin ikinci mərtəbəsinə çıxıb bənzərsiz Paris mənzərəsini seyr etdikdən sonra, Liman bölgəsinə keçirik. Burada  bir saatlıq Seine çay turunda iştirak edirik. Parisin bütün əhəmiyyətli binalarının şəkillərinin çəkmək imkanı əldə edəcəyiniz bu gəmi turundan sonra, Paris şəhərin tarixdə ilk dəfə qurulduğu Cite adasına hərəkət edirik. Viktor Hüqonun ölümsüz əsəri olan Notre Dame Parisin ilham qaynağı olan katedral qotik memarlıq üslubunun ən möhtəşəm nümunələrindən biridir. Napoleon daxil olmaqla bir çox Fransa kralının da tac taxma mərasiminə ev sahibliyi edən bina hal-hazırda da ibadətə açıqdır və ən çox ziyarət edilən yerlərdən biridir. Valehedici gül pəncərələrinin, heykəllərinin və tarixi hekayələrinin sizdə də xoş hiss yaradacağını düşünürük. Notre Dame gəzintisindən sonra Fransa senatının da yerləşdiyi Lumsemburq bağçalarına gedirik. 1612-ci ildə Médicis ailəsindən olan Marie de Médicis-nin hökmdarlığı vaxtında inşa edilən bağça Parislilərin, tələbələrin, gəzintiyə çıxanların üstünlük verdikləri görüş məkanı olmaqla birgə bütün dünyadan ziyarətçilərin də diqqətini özündə cəmləyir. Ardınca dünyanın ilk free shop xüsusiyyətinə sahib olan Benlux Duty Mağazasına gedirik. Sonda Paris şəhərinin ən yüksək təpəsi olan Montmartre-ya (130mt) keçirik. Hal-hazırda tüfeyli həyatın yaşandığı bu bölgədə  bir vaxtlar Pablo Picasso, Henry Toulouse Lautrec, Dalida, Vincent Van Gogh və Jean Marais kimi məşhur sənətçilər bu yerlərdə əhəmiyyətli izlər qoyublar. Bizi təpəyə çıxaracaq qısa funikulyor səyahətimizdən sonra Paris şəhərindən görülən SacreCoeur (Müqəddəs Qəlb, Niyyət kilsəsi) ilk görəcəyimiz bina olacaqdır. Şəhərin mənzərəsinə baxan pilləkanlarda aşıqlar və küçə nümayişçiləri sizin diqqətinizi mütləq cəlb edəcəkdir. Sacrecoeur-dan sonra edəcəyimiz qısa gəzintidən sonra gedəcəyimiz Tetre meydanı bugün küçə rəssamlarının əsərlərinin və kafelərin rəngli görünüşlərlə nümayiş olunduğu yerdir. Bu füsünkar məkanların mövcud olduğu Kafelərdə gündəlik yorğunluğunuzdan azad ola bilər və ya alış-veriş bacarığınızdan istifadə edərək küçə rəssamlarına şəklinizi çəkdirə bilərsiniz. 

    Tura daxildir : Nəqliyyat  xidməti + Bələdçi xidməti + Eifel Qülləsinə giriş + Seine Gəmi Turu Bileti + Funikulyor bileti 

    Turun qiyməti : 1 nəfər üçün 65 EUR (02-12 yaş üçün 35 EUR) 

     

    PARİS BY NIGHT TURU

    Siz bu turumuzda Parisi fərqli bir tərəfdən tanımaq imkanını əldə edəcəksiniz. Champs Elysees, Concorde Meydanı, Opera, Louvre Muzeyi və daha bir çox məşhur bulvarları, binaları və meydanları işıqlar altında görəcəksiniz. Trocedaro meydanında və ya yaxın ətrafında Eiffel qülləsini seyr edib, şəkil çəkdikdən sonra  unudulmaz xatirələr ilə turumuzu başa çatdırırıq. 

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 25 EUR (02-12 yaş üçün 12 EUR) 

     

    DISNEYLAND PARK TURU

    Otelimizdən çıxaraq dünyanın ən gözəl xəyallar şəhəri istiqamətində hərəkət edirik. Main Street və 19-cu əsrin Amerika Qəsəbələri, serenad edən bərbərlər, Disney qəhrəmanlarının keçid mərasimi Frontierland-da qatara minərək mədən quyuları və artıq dağılmaq üzrə olan körpülərdən keçərək əyləncənin son həddinə çatacağıq. Sonra gəmilərimizə minərək əzəmətli qalanı əhatə edən Karib piratlarını izləyəcəyik.  Arzu edən qonaqlarımız zaman maşını ilə səyahət edə bilər  və ya ulduz müharibələrində şəxsən iştirak edərək  kosmos gəmisinə minib aya qədər çata bilərlər və daha bir çox əyləncə. Təbii ki yuxarıda sadalananlarla yanaşı mükəmməl dizayn, unudulmaz şəkillər çəkə biləcəyiniz mənzərələr və onlarla alış-veriş butikləri.

    Tura daxildir : Nəqliyyat xidməti + Giriş Biletləri + Bələdçi xidməti  (gediş-gəliş transfer vaxtı, park daxilində bələdçi xidməti olmayacaqdır)

    Turun qiyməti : 1 nəfər üçün 120 EUR (02-12 yaş üçün 105 EUR) 

     

    SEINE ÇAY TURU

    Paris şəhərinin sehirli gözəlliyini, həmçinin Seine çayında təşkil olunacaq gəzintiylə yanaşı görmə fürsəti əldə edirik. Liman bölgəsindən hərəkət edərək təxminən 1 saatlıq tur boyunca, Paris şəhərinin mühüm binalarını gəmidən şəklini çəkə bilərsiniz.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Seine cay turu bileti

    Turun qiyməti : 1 nəfər üçün 20 EUR (02-12 yaş üçün 10 EUR) 

     

    MARKEN & VOLENDAM TURU

    Mütləq görməyinizi tövsiyə etdiyimiz bu turumuzda ilk dəfə 1955-ci ildə istifadəyə verilən əsas quru xətt ilə Marken adasına səyahətimizi başladırıq. Bu şirin adanın içində çıxacağımız gəzintidən sonra limanda asudə vaxtımız olacaqdır. Sonra limandan hərəkət edəcək gəmi ilə Şimal Dənizi-ni keçərək Volendam Qəsəbəsinə çatırıq. Bu tipik Hollandiya Qəsəbəsində çox ucuz, hədiyyə üçün nəzərdə tutulan əşyalar ilə birgə şimal dənizinin ləzzətli dəniz məhsullarını dadmaq imkanını əldə edə bilərsiniz. Volendam gəzintisindən sonra burada bizi gözləyən nəqliyyat vasitəsi ilə ləzzətli və məşhur Hollandiya Pendirlərinin necə hazırlandığını görmək, dadlarına baxmaq və alış-veriş üçün Volendam-dan hərəkət edirik.  

    Tura daxildir : Nəqliyyat xidməti (nəqliyyat və gəmi ilə) + Bələdçilik xidməti

    Turun qiyməti : 1 nəfər üçün 45 EUR (02-12 yaş üçün 25 EUR) 

     

    GRAND HOLLANDİYA TURU

    Hollandiya-nın ikinci böyük şəhəri olan Rotterdam istiqamətində hərəkət edirik. Panoramik şəhər turumuzda, Euromas qülləsi, Tarixi Liman bölgəsi, Hollandiya-Amerika binası, Erasmus körpüsü, William körpüsü və Kubik evlər görəcəyimiz yerlər arasında olacaqdır. Rotterdam-dan sonra Hollandiya’nın tarixi şəhərlərindən olan keramika və dibçək qabları ilə məşhur olan  Delft şəhərinə keçirik. Bu şəhərdə fasilədən sonra ölkənin gizli paytaxtı olan Lahey (Den Hague) şəhərində; Parlament binası, Kraliçanın sarayı və Lahey icraedici orqanını, məşhur Mestaq muzeyini ziyarət edirik. Geri dönərkən şimal dənizi sahilində yerləşən Schevinegen-də şəkil çəkmək üçün fasilə veririk.  

    Önəmli qeyd: Tıxac və vaxta görə Rotterdam və ya Delft tur proqramından çıxarıla bilər.

    Tura daxildir : Nəqliyyat xidməti + Mestaq Muzey Girişi + Bələdçilik xidməti

    Turun qiyməti : 1 nəfər üçün 75 EUR (02-12 yaş üçün 35 EUR) 

     

    AMSTERDAM GƏMİ TURU

    "Şimalın Venesiyası" olaraq adlandırılan Amsterdamın kanallarında həyata keçiriləcək gəmi turunda Amsterdamı fərqli bir şəkildə görmə fürsəti əldə edəcəyik.  

    Tura daxildir : Nəqliyyat xidməti + Gəmi Bileti+ Bələdçilik xidməti

    Turun qiyməti : 1 nəfər üçün 20 EUR (02-12 yaş üçün 15 EUR)  


    REMICH & SCHENGEN TURU 

    Kiçik bir ölkə olan Lüksemburqun təbii gözəllikləri arasında yerləşən Remich və Schengen qəsəbələrini görmə fürsətimiz olacaqdır. İlk öncə Remich-ə gedəcəyik. Mossel çayının sahilində, Almaniyanın sərhəddində yerləşən bu sevimli qəsəbədə möhtəşəm mənzərədən zövq alacaqsınız. Arzu edən qonaqlarımız münasib qiymətlərə spitli içkilər ala bilər eyni zamanda çay kənarındakı kafelərdə yorğunluqlarını ata bilərlər. Remichdən sonra Schengen qəsəbəsini gəzəcəyik və buradakı abidənin önündə şəkil çəkdirdikdən sonra turumuzu başa vuracağıq.

    Tura daxildir: Nəqliyyat xidməti + Bələdçilik xidməti

    Turun qiyməti: 1 nəfər üçün 20 EUR (02-12 yaş üçün 10 EUR)


    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    HOTEL (AMSTERDAM)

    HOTEL (LÜKSEMBURQ)

    HOTEL (BRÜSSEL)

    HOTEL (PARİS)


    QİYMƏTƏ DAXİLDİR

    -    Türk Hava Yolları ilə Bakı - İstanbul - Düsseldorf - İstanbul - Bakı ekonom sinif aviabileti

    -    Aeroport yığımları və digər vergilər

    -    Hava limanı - otel - hava limanı transferləri

    -    Xüsusi lyuks avtobus ilə şəhərləri arası nəqliyyat xidməti

    -    Qeyd olunan kateqoriyalı otellərdə Amsterdamda 2 gecə, Lüksemburqda 1 gecə, Brüsseldə 1 gecə, Parisdə 3 gecə olmaqla ümumi 7 gecə gecələmək

    -    Səhər yeməyi

    -    Əlavə turlar

    -    Panoramlı şəhər turları

    -    Bütün tur boyunca türk dilli bələdçi xidməti

          -    Viza dəstəyi


    QİYMƏTƏ DAXİL DEYİL

    -    Viza rüsumu - 35 EURO 

    -    Viza mərkəzinin xidmət haqqı - 30 EURO

    -    Səyahət sığortası

     

    Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    ** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.. 

    ** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    **Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər.

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    **Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    **Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    **Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

    **Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    **Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    **Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    **Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    **Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    **Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    **Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    **CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    **Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.


    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Benilüks & Paris Turu Türk Hava Yolları ilə 7 gecə

    Son 2 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1249.00
    Valyuta: EUR
    23/09/2023-30/09/2023
    3* OTELLƏR
    Əlavə Yataq
    1249.00
    Bir Nəfər
    1489.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 289.00
    2 - 12 Yaş 1179.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Kazımova Zenfira 2019-10-02 08:40:39
    15-23 2019 il sentyabr tarixində Benlüks-Paris turunda iştirak etdim. Hisslərimi ifadə edə bilmədiyim üçün sadəcə muükəmməl bir tur idi deyirəm. Casablanca.az ın əməkdaşlarının diqqət və qayğısı üçün də xüsusi təşəkürümü bildirirəm.
    Zenfira Kazımova 2019-10-02 08:32:15
    15-23 sentyabr 2019 il tarixləri arasında Benlüks-Paris turuna qatıldım. Çoox amma çoox məmnun qaldlm. Hər şey çox mükəmməl idi. Casablanca.az şirkətinin mənim üçün göstərdiyi viza dəstəyinə, çox səviyyəli və maraqlı tur təşkil etdiyinə görə çoox təşəkkür edirəm. Şirkətin əməkdaşlarının bütün tur boyu mənimlə xüsusu maraqlandığına və qayğı və diqqət göstərməyinə görə də xüsusi təşəkkürümü bildirirəm!!
    Tural abdulla 2019-08-27 18:54:58
    15.08.2019-22.08.2019 Tarixlerinde paris&beniluks turunda istirak etdik.turdan cox memnun qaldiq.hersey yuksek seviyyede oldu Casablanca turuna cox tewekkurler bele gozel tur tewkil etdikleri ucun...
    Lala Mammadova 2019-07-09 16:53:50
    Benilüks Paris Turuna qatıldıq və çox razı qaldıq.
    Narmin 2019-01-19 15:25:54
    Все было организовано очень четко, упорно и пунктуально . Можете доверять на сто процентов. Вдохновляет. ✨✨
    Gullu Huseynova 2018-11-29 14:21:10
    İştirak etdiyimiz turda rəhbərdən və təşkilatçılıqdan razı qaldım. Təşəkkürlər Casablanca Travel.
    Ulker Namazova 2018-11-29 14:17:35
    Qatıldığım turda Amsterdam, Brüssel, Paris, Lüksemburq şəhərlərində oldum. Əlavə turlarda da iştirak edərək şəhərlər barədə dolğun məlumat əldə etdim.
    Azar Piriyev 2018-11-29 14:13:32
    18.11.2018-25.11.2018 tarixində həyat yoldaşım ilə birlikdə qatildığım turdan cox məmnun qaldım.
    Zahid Aslanov 2018-11-29 14:11:29
    Casablanca Travelden aldığımız Beniluks Paris turunda istirak etdik, yoldasim ilə birlikdə və turdan cox razi qaldim. Təşəkkürlər!
    Nərgiz Məmmədova 2018-09-17 18:21:57
    19-26 avqust 2018 tarixində rəfiqəmlə Paris-Benilüks turunda iştirak etdik. Bu tur öz əsrarəngizliyi ilə bizi valeh etdi. Tur Paris şəhəri ilə başladı. Esmiraldanı xatırladan möhtəşəm Notrdam de Pari, Monmartrda Sakre Kör məbədi, rəssamlar təpəsi, Zəfər tağı, Konkord meydanındakı Lüksor sütunu, Şanse Lize, Tuleri park, Luvr sarayı ziyarət olundu. Eyfel qülləsini həm gündüz, həm də axşam işıq şousunda seyr etdik. Belçikanın tarixi Brüqqe şəhəri və paytaxt Brüssel, Niderlandın ecazkar Amsterdam, Delft, Qaaqa, Rotterdam şəhərləri öz qədmiliyi və gözəlliyi ilə bizi nağıllar aləminə qərq etdi. Niderlandın Marken və Volendam kəndlərində məşhur Holland pendirinin və məşhur Holland milli taxta ayaqqabılarının istehsalını öz gözlərimizlə gördük və çox ləzzətli dəniz məhsullarından yedik. Tarixi Şengen sazişinin imzalandığı Lüksemburqun Şengen qəsəbəsini görmək də çox maraqlı idi. Bizə unudulmaz anlar yaşatdıqları üçün Kasablanka travelə və bizi müşaiyət edən gidimiz Tolqa Təmələ öz dərin təşəkkürümüzü bildirmək istərdim.
    Samedov Naiq 2017-09-28 14:37:55
    Men Samedov Naiq Casablanca tur xətti ilə 18 sentyabr ayi Həyat yoldasımla Avropa turuna qatildim, çox gözəl maraqli tur idi. Bütün xidmətlər çox gözəl təşkil edilmisdir.
    Pərvanə Mehtiyeva 2016-09-23 09:32:52
    Benilüks Paris turuna xalam ilə bərabər qatıldıq. Turda iştirak edənlərin çoxunun ailə və qadın olması bizi yaxşı mənada təəccübləndirdi. Tur fiziki olaraq yorucu olsa da mənəvi olaraq çox həzz aldıq. Burdan Casablanca Travel-ə təşəkkürlərimi çatdırıram. Var olun.
    Flora Əliyeva 2016-09-23 09:28:55
    11-18 iyun 2016 tarixlərində Benilüks Paris turunda iştirak etdik. Bu turun meydana gəlməsində zəhmət olan hər kəsə; Casablanca Travelin rəhbərliyinə, gülərüzlü personalına, bələdçimizə dərin təşəkkürlərimi bildirmək istəyirəm. Bu turda iştirak edəcək insanların turun daha da unudulmaz keçməsi üçün əlavə turlarda iştirak etmələrini tövsiyyə edirəm. Növbəti turlarda görüşmək ümüdi ilə...
    Nigar Hasanova 2015-12-08 17:14:38
    20-27 sentyabr iştirak etdiyimiz Benelüks -Paris turu üçün Casablanca Travelin əməkdaşlarına ailəm adınnan təşəkkürümü bildirirəm. Sizin turlarda iştirak etməkdən çox məmnun qaldıq və hər kəsə məsləhət görürük.
    Natalya Shahin 2015-12-08 17:07:54
    6-13 sentyabrya ucastvovali v qruppovom ture Beneluks-Paris s mujem. Ot poyezdki odni xoroshie vpecetleniya. Oqromnoe spasibo qidu i tur.aqenstvu Casablanca Travel. Xocu tolko skazat, cto oni znayut i lyubyat svoe delo. Udaci
    Vüqar Hüseynov 2015-12-08 16:58:03
    Bal ayı üçün seçdiyimiz 2-9 noyabr Benelüks -Paris turumuz rəhbərimiz Tolqa Temel və Casablanca Travel sayəsində möhtəşəm keçdi.
    Fidan Şabanova 2015-11-28 16:03:46
    20 -27 sentyabr tarixlərində rəhbərimiz Tolqa Çetin səyasində çox maraqlı bir tur keçirdik.Tarixi biliyi çox mükəmməl idi. Rəhbərimiz gözəl səyahət keçirməyimiz üçün əlindən gələn köməkliyi göstərdi və bizə rəhbərlik etdiyi üçün çox təşəkkür edirik. Gələn il yenə sizinlə səyahət etmək arzusuyla... Təşəkkürlər Casablanca Travel!
    Afət Hüseynli 2015-11-28 15:53:32
    23-30 avqust 2015 tarixli Benilüks Paris turunda iştirak etdik. Turda bizə vəd edilən hər bir şeyi artıqlamasıyla əldə etdik. Hər hansı bir sürpriz, gözlənilməz hadisə ilə qarşılaşmadıq.Tək sürpriz otellərin deyilənlərdən daha yaxşı olmasıydı. Casablanca Travelə yüksək keyfiyyətli tur üçün təşəkkür edirəm. Bu turların yaxşı keçməsinə əsas səbəb bələdçidir. Bizim turun bələdçisi Batuhan bəy bu turun bizim üçün unudulmaz olmağına səbəb oldu. Ona buradan təşəkkür edirəm. Hər şeyə şikayət edən bir topluluqda yaşayan biri olaraq işini layiqincə yerinə yetirən insanları da mükafatlandırmaq lazımdır deyə düşünürəm. Təşəkkürlərimi Batuhan bəyə çatdırmağınızı sizdən xahiş edirəm.
    İlkin Ağazadə 2015-11-28 15:40:32
    04-11 oktyabr 2015-ci il tarixlərdə Benilüks Paris turunda iştirak etdik. Bələdçimiz Tolga Çetin sayəsində çox gözəl tur oldu. Casablanca Travelə təşəkkür edirəm.
    Zamiq Hüseyn 2015-10-14 09:45:49
    5-12 sentyabr tarixlərində iştirak etdiyimiz Benilüks Paris turunda dərin biliyi, gülərüzlülüyü, insanlarla səmimi rəftarı, peşəkarlılığı ilə möhtəşəm bir tur həyata keçirməyimizə səbəbkar olan bələdçimiz Selim Kahvecioğluna buradan dərin təşəkkürlərimi bildirirəm. Hər şey əla təşkil olunmuşdu.Otellər, avtobus, şəhər turları... Bütün Casablanca Travel əməkdaşlarına bir daha təşəkkür edirəm.
    Nijat Sadikhov 2015-07-24 15:59:37
    27.05.2015 - 02.05.2015 Beneluks Paris turunda olduq.Tura daxil olan hərey yaxşı idi.elave turlarda da iştirak edib başqa şeherleride görmeye deyer.əla vaxt keçirtdik.Turda bizimlə birgə olan Emre beye ve Casablanca şirkətinə bizə etdiyi köməkliklərə görə minnətdatrlığımı bildirirəm.Şengen ölkələri Almaniya Fransa luksemburg və Hollandiya sadəcə super.gəzməkdən doymayacaqsınız.
    Aysel MEHDİZADƏ 2015-06-24 19:34:35
    30.05-06.06.2015 tarixləri arasında Benilüks-Paris turunda rəfiqəm ilə bərabər iştirak etdik. Turdan çox zövq aldığımı deyə bilərəm. Yorucu və intensiv bir tur olmağına baxmayaraq rəhbərimiz Ayhan Kalyan bəyin təcrübəsi, biliyi, peşəkarlılığı və ürəkdən izahları sayəsində yuxu kimi bir tətil keçirdik. Təşəkkürlər Ayhan bəy, təşəkkürlər Casablanca Travel.

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel