TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
17 Yanvar 2021
14 Fevral 2021
13 Mart 2021
3 - 19 Aprel 2021
9 May 2021
6 İyun 2021
9 - 18 İyul 2021
2 - 23 Avqust 2021
6 Sentyabr 2021
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 339 Bakı - İstanbul 02:20 - 04:35
TK 1937 İstanbul - Brüssel 08:00 - 10:30
TK 1944 Brüssel - İstanbul 14:45 - 19:15
TK 348 İstanbul - Bakı 01:45 - 05:35 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - BRÜSSEL - AMSTERDAM
Səhər saat 02:20-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 339 saylı müntəzəm səfəri ilə də İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1937 saylı müntəzəm səfəri ilə saat 08:00-da Brüssel şəhərinə hərəkət edirik. Yerli saat ilə 10:30-da Brüssel şəhərinə çatdıqdan sonra xüsusi nəqliyyat vasitəsi ilə Amsterdam şəhərinə hərəkət edirik. Panoramlı şəhər turunda; Museumplein, Rijksmuseum, Amstel Çayı, Üzən kanal evləri, Amsterdam Centraal station, St. Nikola Kilsəsi, Dam Meydanı, Krallıq Sarayı, Damrak küçəsi görəcəyimiz yerlər arasındadır. Arzu edən qonaqlarımız təşkil olunacaq əlavə Amsterdam gəmi turuda iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
2-ci gün AMSTERDAM
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimizin təşkil edəcəyi əlavə Marken-Volendam Turu və ya Grand Hollandiya Turunda iştirak edə bilərlər. Marken & Volendam turunda Hollandiyanın möhtəşəm təbiətini görmə fürsəti əldə edəcəyik. Yürüyüşümüz əsnasında Hollandların ənənəvi yaşayış yerlərini, məşhur taxta evlərini, yel dəyirmanlarını, dünyanın ən mühüm mühəndislik möcüzələrindən olan Markenmer gölünü gördükdən sonra yolüstü dünyada məşhur Holland pendirlərinin hazırlanma qaydalarını rəhbərdən dinləyirik və dadırıq.. Daha sonra kiçik bir liman və balıqçı şəhəri Volendama hərəkət edirik. Burada ləziz dəniz məhsullarını və balıq növlərini günorta yeməyində yeyə bilər, çox uyğun qiymətlərə hədiyyəlik əşyalar ala bilərsiniz. Daha sonra Grand Hollandiya turunda Hollandiyanın gizli paytaxtı olan Den Haag şəhərinə hərəkət edirik. Hollandiya parlament binasını, Markt Meydanını və Krallıq Sarayını gördükdən sonra, dünyanın ən gözəl panoramik əsərlərindən olan Mesdag Muzeyini ziyarət edəcəyik. Daha sonra Lahey Beynəlxalq Ədliyyə Məhkəməsini görürük. Sonra Şimal dənizinin möhtəşəm çimərliklərinin olduğu Scheveningen gördüdən sonra Hollandiya-nın ikinci böyük şəhəri olan Rotterdamı panoramlı görürük. Panoramik şəhər turumuzda: Rotterdam Cruise Limanı, Tarixi New York oteli, İkinci Dünya Müharibəsi Abidəsi, Erasmusbrug, Willemsbrug Kubik evlər görəcəyimiz yerlər arasında olacaqdır. Son olaraq Hollandiyada krallarının və sənətçilərinin şəhəri olaraq tanınan "Mirvari Sırğalı Qız" əsərinin hazırlandığı və əsəri yazan Johannes Vermer ilə birlikdə portretdəki qızın yaşadığı Delft şəhərini görəcəyik. Markt Meydanındakı asudə vaxtdan sonra otelimizə gedəcəyik.
3-cü gün AMSTERDAM - KÖLN - LÜKSEMBURQ
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Köln şəhərinə hərəkət edirik. Köln-ə çatdıqdan sonra panoramlı Köln şəhər turunda: Gothic Kathedralı, Alış-veriş küçələri və Ren Çayı görüləcək yerlər arasındadır. Turdan sonra Lüksemburq istiqamətində hərəkət edirik. Lüksemburq-a çatdıqdan sonra panoramlı Lüksemburq şəhər turunda: Notre Dame Katedrali, Dük Sarayı, Bələdiyyə Sarayı və Hərbi Meydan-ı və digər əhəmiyyətli yerlər gəziləcəkdir. Arzu edən qonaqlarımız təşkil olunacaq əlavə Remich və Schenge turunda iştirak edə bilərlər. Moselle çayının sahilində 3 ölkənin tam ortasında yerləşən Şengen qəsəbəsini ziyarət edirik. Burada AI ölkələrinin arasında "Azad Hərəkət Müqaviləsi" (Şengen Müqaviləsi) burada imzalanıb. Berlin divarını və müqavilə abidələrini gördükdən sonra, üzüm bağları boyunca nağılabənzər səyahətdən sonra sakit bir səyahətdən sonra Remich -ə çatırıq. Lüksemburqun bu kiçikşəhərində əraziyə məxsus arzu edən qonaqlarımız münasib qiymətlərə spitli içkilər ala bilərlər. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
4-cü gün LÜKSEMBURQ - PARİS
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Paris istiqamətində hərəkət edirik. Paris-ə çatdıqdan sonra panoramlı şəhər turumuzda; Charles de Gaulle Meydanı və Zəfər Takı, məşhur alış-veriş prospekti Champs Elysees, Grand Palais və Petit Palais sərgi sarayları, Concorde Meydanı və Obilisk Daşı, III Alexsandre Köprüsü, Fransa Parlament Binası, Seine çayı, Napoleon-un Məzarı, Eyfel qülləsi örüləcək yerlər arasındadır. Tur başa çatdıqdan sonra arzu edən qonaqlarımız təşkil olunacaq əlavə Seine Çay Turunda iştirak edə bilərsiniz. Bu trumuzda hər iki tərəfdə yerləşən birbirindən möhtəşəm tarixi tikililəri çaydan görmə fürsəti əldə edəcəyik və Parisin ən romantik körpülərinin altından keçəcəyik. Yenə arzu edən qonaqlarımız üçün əlavə təşkil olunacaq Işıqlar altında Paris turunda iştirak edə bilərlər. Paris dünayada "İşıqlar və Sevgililər şəhəri" kimi tanınır. Parisin ən romantik anlarını yaşaya biləcəyiniz bu turda; dünya məşhur Fransız sənətçilərinin və moda dizaynerlərinin evlərini, Parisin ən parlaq küçələri və meydanları, möhtəşəm opera binası, dünya məşhur alış-veriş mağazaları La Fayatte, Louvre muzeyinin möhtəşəm şüşə pyramidası və bağçası ilə Eyfel qülləsinin nəfis işıq şouunu görəcəksiniz. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
5-ci gün PARİS
Səhər yeməyindən sonra asudə vaxt. Qonaqlarımızın istəyindən asılı olaraq təşkil olunacaq əlavə Addım Addım Paris (Eifell Qülləsi, Notre Dame, Benlux Duty Free, Sacre Coure Kilsəsi və Rəssamlar Təpəsi) Turunda iştirak etmək imkanı. Parisin ən əhəmiyyətli əsərlərini tanıma fürsətini əldə edəcəyimiz tam günlük turumuzda Eyfel qülləsinin tarixini, tikinti prosesini, maraqlı hekayələrini bələdçidən dinlədikdən sonra, qülləyə çıxıb Parisin nəfis mənzərsini seyr edəcəksiniz. Daha sonra dünyanın ilk free shop xüsusiyyətinə sahib olan Benlux Duty Mağazasına gedirik. Sonra Parisin ən qədim yerlərindən olan Île de la Cite adasında yerləşən,Victor Hugonun dünyaca məşhur romanı "Notre Dame Kamburu" əsərinə ilham qaynağı olan, Avropanın ən vacib qotik memarlıq abidələrinin başında gələn Notre Dame Katedralinı ziyarət edəcəyik. Daha sonra Fransız rəssamlarının, musiqiçilərinin məskən tutduğu Parisin ən romantik kafelərinin yerləşdiyi Rəssamlar Təpəsi və yenə şəhərin yüksək yerində yerləşən möhtəşəm arxitekturası ilə məşhurlaşan Sacre Coeur (Müqəddəs Qəlb) bazilikası görəcəyimiz yerlər arasındadır. Daha sonra arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Lido Şou Turunda iştirak edə bilərlər. Parisin ən məşhur Cabaretlərindən olan Lido Şouda, birbirindən fərqli müxtəlif növ musiqi və rəqsləri ilə möhtəşəm bir vizual şou və şampan təqdim ediləcək. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
6-cı gün PARİS
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız bələdçiniz tərəfindən əlavə təşkil olunacaq Disneyland Turunda iştirak edə bilərlər. Turumuz başa çatdıqdan sonra otelə transfer olunuruq. Disneyland və Walt Disney Studios Parklarının hər ikisinində daxil olduğu bu turumuzda Moteurs Action şousunda, avtomobil və mühərriklərin möhtəşəm şoularını izləyə bilər, Hyper Space Mountain sürətli qatarla səyahətə çıxa bilər, Hollywood film səhnələrini, Karib Korsanları adaları arasında gəmi ilə səyahət edə bilər, Disney simvolları ilə fotoşəkil çəkdirə bilər, Disneyland Qəhrəmanlarının karnaval yürüyüşlərini izləyə bilərsiniz. Turumuzdan sonra otelimizə getdik və otelimizdə qalırıq. Oteldə gecələyirik.
7-ci gün PARIS - BRÜSSEL
8-ci gün BRÜSSEL - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra ən gec saat 10:00 -a qədər otaqları təhvil veririk. Daha sonra Brüssel hava limanına transfer olunuruq. Baqaj, bilet və gömrük proseduralarından sonra Türk Hava yolları-nın TK 1944 saylı müntəzəm səfəri ilə saat 14:45-də İstanbula, oradan da Türk Hava Yollarının TK 348 saylı müntəzəm səfəri ilə saat 01:45-də (+1) Bakıya hərəkət edirik. Saat 05:35-də Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
(əlavə turlarda iştirak etmək məcburi deyildir, yalnız arzu edən qonaqlarımız könüllü olaraq iştirak edə bilərlər)
BRÜGGE TURU
Bu turumuzun ən gözəl xatirələrini yaşayacağınız və ‘’Ölməzdən əvvəl görüləcək 100 yer” adlı kitabda qeyd olunan möhtəşəm orta əsrlər nağılının içərisində olmağa hazırsınızmı? 2002-ci ildə Avropanın mədəniyyət paytaxtı seçilən Brügge; Eyni zamanda “şimalın Venesiyası” da adlandırılmaqdadır. Orta əsrlərdən bugünə qədər originallığını itirməyən bu nağıl şəhərini tanıdıqca vaxtın necə keçdiyini hiss etməyəcəksiniz. Qu quşları ilə dolu olan kanallar, manastırlar, Brügge-yə məxsusi orta əsrlərə aid evlər və möhtəşəm ətraf mühit və nizam. Bundan başqa bu gözəl şəhərdə rahibələrin əl əməyi ilə hazırladıqları ləzzətli şokaladları dada bilər və yenə rahibələr tərəfindən hazırlanan dünyanın məhşur krujevalarından ala bilər, Markt meydanındakı kafelərdə xoş vaxt keçirə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (02-12 yaş üçün 20 EUR)
LİDO ŞOU
İşıqlar şəhəri olan Parisin gecə həyatında Lido-nun yeri başqadır. Otelimizdən çıxaraq dünyanın ən məşhur şousunu izləməyə gedirik. Möhtəşəm vizual effektlər, səhnələr, kostyumlar, rəqslər və yarım şüşə sampan şərabı sizi gözləyir.
**ŞOU saat 23:30-da başlayır. Turumuz Paris şəhərində qaldığımız müddət ərzində hər gün minimum 6 nəfərin iştirak etdiyi təqdirdə həyata keçiriləcəkdir.
Tura daxildir : Nəqliyyat xidməti + Giriş Biletləri + Bələdçi xidməti (gediş-gəliş daxil)
Turun qiyməti : 1 nəfər üçün 125 EUR (02-12 yaş üçün 50 EUR)
PARİS BİRLƏŞDİRİLMİŞ TURU
Eiffel Qülləsi, Seine çayında gəmi turu, Notredame Katedralı, Luksemburq Bağçaları, Montmartre&Sacrecoeur. Tarixi və şəhərsalma ilə məşhur aşiqlər şəhəri olan Parisin ən əhəmiyyətli binalarını bu turumuzda kəşf etmək imkanını əldə edəcəksiniz. Bu şəhərdə 1889-cu il tarixində təşkil olunan dünya sərgisi üçün tikilən Eiffel qülləsi ilk ziyarət edəcəyimiz binadır. Qüllənin ikinci mərtəbəsinə çıxıb bənzərsiz Paris mənzərəsini seyr etdikdən sonra, Liman bölgəsinə keçirik. Burada bir saatlıq Seine çay turunda iştirak edirik. Parisin bütün əhəmiyyətli binalarının şəkillərinin çəkmək imkanı əldə edəcəyiniz bu gəmi turundan sonra, Paris şəhərin tarixdə ilk dəfə qurulduğu Cite adasına hərəkət edirik. Viktor Hüqonun ölümsüz əsəri olan Notre Dame Parisin ilham qaynağı olan katedral qotik memarlıq üslubunun ən möhtəşəm nümunələrindən biridir. Napoleon daxil olmaqla bir çox Fransa kralının da tac taxma mərasiminə ev sahibliyi edən bina hal-hazırda da ibadətə açıqdır və ən çox ziyarət edilən yerlərdən biridir. Valehedici gül pəncərələrinin, heykəllərinin və tarixi hekayələrinin sizdə də xoş hiss yaradacağını düşünürük. Notre Dame gəzintisindən sonra Fransa senatının da yerləşdiyi Lumsemburq bağçalarına gedirik. 1612-ci ildə Médicis ailəsindən olan Marie de Médicis-nin hökmdarlığı vaxtında inşa edilən bağça Parislilərin, tələbələrin, gəzintiyə çıxanların üstünlük verdikləri görüş məkanı olmaqla birgə bütün dünyadan ziyarətçilərin də diqqətini özündə cəmləyir. Ardınca dünyanın ilk free shop xüsusiyyətinə sahib olan Benlux Duty Mağazasına gedirik. Sonda Paris şəhərinin ən yüksək təpəsi olan Montmartre-ya (130mt) keçirik. Hal-hazırda tüfeyli həyatın yaşandığı bu bölgədə bir vaxtlar Pablo Picasso, Henry Toulouse Lautrec, Dalida, Vincent Van Gogh və Jean Marais kimi məşhur sənətçilər bu yerlərdə əhəmiyyətli izlər qoyublar. Bizi təpəyə çıxaracaq qısa funikulyor səyahətimizdən sonra Paris şəhərindən görülən SacreCoeur (Müqəddəs Qəlb, Niyyət kilsəsi) ilk görəcəyimiz bina olacaqdır. Şəhərin mənzərəsinə baxan pilləkanlarda aşıqlar və küçə nümayişçiləri sizin diqqətinizi mütləq cəlb edəcəkdir. Sacrecoeur-dan sonra edəcəyimiz qısa gəzintidən sonra gedəcəyimiz Tetre meydanı bugün küçə rəssamlarının əsərlərinin və kafelərin rəngli görünüşlərlə nümayiş olunduğu yerdir. Bu füsünkar məkanların mövcud olduğu Kafelərdə gündəlik yorğunluğunuzdan azad ola bilər və ya alış-veriş bacarığınızdan istifadə edərək küçə rəssamlarına şəklinizi çəkdirə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Eifel Qülləsinə giriş + Seine Gəmi Turu Bileti + Funikulyor bileti
Turun qiyməti : 1 nəfər üçün 65 EUR (02-12 yaş üçün 35 EUR)
PARİS BY NIGHT TURU
Siz bu turumuzda Parisi fərqli bir tərəfdən tanımaq imkanını əldə edəcəksiniz. Champs Elysees, Concorde Meydanı, Opera, Louvre Muzeyi və daha bir çox məşhur bulvarları, binaları və meydanları işıqlar altında görəcəksiniz. Trocedaro meydanında və ya yaxın ətrafında Eiffel qülləsini seyr edib, şəkil çəkdikdən sonra unudulmaz xatirələr ilə turumuzu başa çatdırırıq.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 25 EUR (02-12 yaş üçün 12 EUR)
DISNEYLAND PARK TURU
Otelimizdən çıxaraq dünyanın ən gözəl xəyallar şəhəri istiqamətində hərəkət edirik. Main Street və 19-cu əsrin Amerika Qəsəbələri, serenad edən bərbərlər, Disney qəhrəmanlarının keçid mərasimi Frontierland-da qatara minərək mədən quyuları və artıq dağılmaq üzrə olan körpülərdən keçərək əyləncənin son həddinə çatacağıq. Sonra gəmilərimizə minərək əzəmətli qalanı əhatə edən Karib piratlarını izləyəcəyik. Arzu edən qonaqlarımız zaman maşını ilə səyahət edə bilər və ya ulduz müharibələrində şəxsən iştirak edərək kosmos gəmisinə minib aya qədər çata bilərlər və daha bir çox əyləncə. Təbii ki yuxarıda sadalananlarla yanaşı mükəmməl dizayn, unudulmaz şəkillər çəkə biləcəyiniz mənzərələr və onlarla alış-veriş butikləri.
Tura daxildir : Nəqliyyat xidməti + Giriş Biletləri + Bələdçi xidməti (gediş-gəliş transfer vaxtı, park daxilində bələdçi xidməti olmayacaqdır)
Turun qiyməti : 1 nəfər üçün 120 EUR (02-12 yaş üçün 105 EUR)
SEINE ÇAY TURU
Paris şəhərinin sehirli gözəlliyini, həmçinin Seine çayında təşkil olunacaq gəzintiylə yanaşı görmə fürsəti əldə edirik. Liman bölgəsindən hərəkət edərək təxminən 1 saatlıq tur boyunca, Paris şəhərinin mühüm binalarını gəmidən şəklini çəkə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Seine cay turu bileti
Turun qiyməti : 1 nəfər üçün 20 EUR (02-12 yaş üçün 10 EUR)
MARKEN & VOLENDAM TURU
Mütləq görməyinizi tövsiyə etdiyimiz bu turumuzda ilk dəfə 1955-ci ildə istifadəyə verilən əsas quru xətt ilə Marken adasına səyahətimizi başladırıq. Bu şirin adanın içində çıxacağımız gəzintidən sonra limanda asudə vaxtımız olacaqdır. Sonra limandan hərəkət edəcək gəmi ilə Şimal Dənizi-ni keçərək Volendam Qəsəbəsinə çatırıq. Bu tipik Hollandiya Qəsəbəsində çox ucuz, hədiyyə üçün nəzərdə tutulan əşyalar ilə birgə şimal dənizinin ləzzətli dəniz məhsullarını dadmaq imkanını əldə edə bilərsiniz. Volendam gəzintisindən sonra burada bizi gözləyən nəqliyyat vasitəsi ilə ləzzətli və məşhur Hollandiya Pendirlərinin necə hazırlandığını görmək, dadlarına baxmaq və alış-veriş üçün Volendam-dan hərəkət edirik.
Tura daxildir : Nəqliyyat xidməti (nəqliyyat və gəmi ilə) + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 45 EUR (02-12 yaş üçün 25 EUR)
GRAND HOLLANDİYA TURU
Hollandiya-nın ikinci böyük şəhəri olan Rotterdam istiqamətində hərəkət edirik. Panoramik şəhər turumuzda, Euromas qülləsi, Tarixi Liman bölgəsi, Hollandiya-Amerika binası, Erasmus körpüsü, William körpüsü və Kubik evlər görəcəyimiz yerlər arasında olacaqdır. Rotterdam-dan sonra Hollandiya’nın tarixi şəhərlərindən olan keramika və dibçək qabları ilə məşhur olan Delft şəhərinə keçirik. Bu şəhərdə fasilədən sonra ölkənin gizli paytaxtı olan Lahey (Den Hague) şəhərində; Parlament binası, Kraliçanın sarayı və Lahey icraedici orqanını, məşhur Mestaq muzeyini ziyarət edirik. Geri dönərkən şimal dənizi sahilində yerləşən Schevinegen-də şəkil çəkmək üçün fasilə veririk.
Önəmli qeyd: Tıxac və vaxta görə Rotterdam və ya Delft tur proqramından çıxarıla bilər.
Tura daxildir : Nəqliyyat xidməti + Mestaq Muzey Girişi + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 75 EUR (02-12 yaş üçün 35 EUR)
AMSTERDAM GƏMİ TURU
"Şimalın Venesiyası" olaraq adlandırılan Amsterdamın kanallarında həyata keçiriləcək gəmi turunda Amsterdamı fərqli bir şəkildə görmə fürsəti əldə edəcəyik.
Tura daxildir : Nəqliyyat xidməti + Gəmi Bileti+ Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 20 EUR (02-12 yaş üçün 15 EUR)
TRİER TURU
Trier məşhur filosof Karl Marksın anadan olduğu, Rhineland əyalətində yerləşən, Almaniyanın ən böyük qədim şəhərlərindən biridir. II Dünya müharibəsində Almaniyanın bombalanmayan az sayılı şəhərlərindən biri olan bu şəhərdə bir çox tarixi tikili günümüzə qədər qorunub saxlanılmışdır. Bu tikililərdən bəziləri UNESCO Dünya İrsi siyahısına daxil edilərək qorunma altına alınmışdır.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 20 EUR (02-12 yaş üçün 10 EUR)
REMICH & SCHENGEN TURU
Kiçik bir ölkə olan Lüksemburqun təbii gözəllikləri arasında yerləşən Remich və Schengen qəsəbələrini görmə fürsətimiz olacaqdır. İlk öncə Remich-ə gedəcəyik. Mossel çayının sahilində, Almaniyanın sərhəddində yerləşən bu sevimli qəsəbədə möhtəşəm mənzərədən zövq alacaqsınız. Arzu edən qonaqlarımız münasib qiymətlərə spitli içkilər ala bilər eyni zamanda çay kənarındakı kafelərdə yorğunluqlarını ata bilərlər. Remichdən sonra Schengen qəsəbəsini gəzəcəyik və buradakı abidənin önündə şəkil çəkdirdikdən sonra turumuzu başa vuracağıq.
Tura daxildir: Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti: 1 nəfər üçün 20 EUR (02-12 yaş üçün 10 EUR)
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Brüssel - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi lyuks avtobus ilə Brüssel - Amsterdam - Lüksemburq - Paris - Brüssel şəhərləri arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Amsterdamda 2 gecə, Lüksemburqda 1 gecə, Parisdə 3 gecə və Brüsseldə 1 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Səhər yeməyi
- Brüssel, Paris, Lüksemburq, Köln və Amsterdam panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Məcburi səyahət sığortası
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 26 EURO
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər..
** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz
qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün,
qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə
bilərlər. Fərqli təyyarələrdə gəlsələr
belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən
CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
3* -4*OTELLƏR
- Əlavə Yataq
- 1329.00
- Bir Nəfər
- 1619.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş 279.00
2 - 12 Yaş 1249.00