TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
20 Aprel 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 337 Bakı - İstanbul 02:35 - 04:50
TK 1407 İstanbul - Vilnus 08:30 - 11:05
TK 1776 Riga - İstanbul 20:05 - 23:00
TK 332 İstanbul - Bakı 07:05 - 10:45 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - VİLNUS
Səhər saat 02:35- də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 337 və TK 1407 saylı müntəzəm səfəri ilə İstanbul üzərindən Vilnusa şəhərinə hərəkət edirik. Yerli saat ilə 11:05-də Vilnusa çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə panoramlı Vilnus şəhər turunda: Katedral Meydanı, Vilnius Katedrali, Gediminas Qalası, Gediminas Heykəli, St. Peter və St. Paul Kilsəsi, St. Anne Kilsəsi və Amber Galeriyası gəzildikdən sonra Subacius Təpəsindən şəhərin panoramik mənzərəsinin şəklini çəkmək fürsətimiz olacaq. Daha sonra Vilnusun mühim simvolu olaraq qəbul edilən Dawn darvazasını gəzərək turumuz tamamlayırıq. Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
2-ci gün VİLNUS
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Trakai Turunda iştirak edə bilərlər. Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
3-cü gün VİLNUS - RİGA
Səhər yeməyindən sonra otaqları təhvil verib, Riqa şəhərinə hərəkət edirik. Yolüstü əlavə olaraq təşkil olunacaq Rudale Sarayı turunda iştirak edə bilərlər. Bura katolik Litvanın müqəddəs məskunlaşma bölgəsidir. Riqaya çatdıqdan sonra Riqa şəhər turumuza başlayırıq. 1201-ci ildə qurulan Riqa şəhər turunda, Old Town adlanan mərkəzdəki tarixi şəhərin quruluşuna şahid olacağımız mühim yerləri ziyarət edəcəyik. St. Peter’s Kilsəsi, Brotherhood of the Blackheads Evi, Dome Kathedralı, Böyük və Kiçik Guildhalls, St. Jacob’s Kilsəsi, Riqa Qalası, Azadlıq Heykəli və şəhərin bənzərsiz memarlıqına şahid olacağımız tikililəri, bəzəkli küçələri gəziləcək yerlər arasındadır. Şəhər turundan sonra asudə vaxt. Oteldə gecələyirik.
4-cü gün RİQA - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqları təhvil veririk. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Sigulda Turunda iştirak edə bilərlər. Bələdçimizin təyin etdiyi vaxtda hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra saat TK 1776 Türk Hava Yollarının 20:05 -də İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra 07:05-də saat Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 10:45-də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
TRAKAI TURU
Trakai turunda Vilniusa 29 km uzaqlıqda yerləşən, 15-ci yüzildə Galvin gölünün ortasındakı bir yarımadaya inşa edilmiş Trakai qalasını və muzeyini ziyarət edəcəyimiz bu turumuzda bir çox gölün olduğu təpələrin və meşələrin arasında yerləşən bir təbiət möcüzəsi Trakaidə gözəl vaxt keçirmə fürsəti əldə edəcəyik. Trakai, Karaites olaraq adlandırılan bu Yəhudi Türk etnik qrupunun da evi olaraq tanınır. Hələdə Trakaidə yaşayan və təxminən 300 adam qalan bu etnik qrup, 14-cü əsrdə Litvda və Krımdan Böyük Dük Vytautas- ın döyüşçüsü olaraq gətirilmişdir. Litvanın turistlər tərəfindən ən çox seçilən bu tarixi bölgəsi eyni zamanda nikahdan sonra cütlüklərin gəlin və bəyin uğur gətirməsi üçün ziyarət etdikləri məşhur bir məkandır.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Qalaya Giriş
Turun qiyməti : 1 nəfər üçün 50 EUR
SIGULDA TURU
Riqaya 51 km uzaqlıqda yerləşən, Latviyanın ən gözəl şəhərlərindən olan Sigulda şəhər turunda: Sigulda Qalası, Gauja Milli Parkı, Gutman Mağarası, Turaida qalası və muzeyi ziyarət ediləcək. Qalaların arasında gəzərkən özünüzü orta əsrlər Avropasında hiss edəcəyiniz Sigulda, yamyaşıl ağacları, düzənlikləri, Gauja çayından ibarət möhtəşəm təbiəti sizi valeh edəcək.
Tura daxildir : Muzeyə və Qalaya Giriş + Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 50 EUR
LİDO RESTORANINDA ŞAM YEMƏYİ TURU
Qədim Latviya üslubunda xüsusi olaraq inşa olunmuş və 5 hektar ərazidə tikilmiş Lido Center həm latviyalıların, həm də turistlərin daim üz tutduğu, həm böyüklərin, həm də ailələrin xoş vaxt keçirə biləcəyi məkandır. Latviya mədəniyyətini və ənənəvi mətbəxini əks etdirən məkanda 500 -ə yaxın yemək çeşidi ilə geniş menyusu olan 3 mərtəbəli “Lido” restoranı, həmçinin uşaqlar üçün əyləncə parkı, eləcə də 5,102 m2 sahəsi olan Baltikanın ən böyük açıq hava süni buz konkisürmə meydançası burada yerləşir.
Tura daxildir : Nəqliyyat xidməti + Şam yeməyi (içkilər xaric) + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 50 EUR
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Vilnus / Riga - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi avtobus ilə Vilnus - Riqa şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Vilnusda 2 gecə, Riqada 1 gecə olmaqla ümumi 3 gecə gecələmək
- Səhər yeməyi
- Vilnus, Riqa panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyi
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 53 AZN
- Məcburi səyahət sığortası
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
3*-4* OTEL
- Əlavə Yataq
- 1189.00
- Bir Nəfər
- 1399.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1119.00