CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR

    Baltik Paytaxtları Türk Hava Yolları ilə 4 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Son 4 yer
    Baltik Turu > Baltik Paytaxtları > Baltik Paytaxtları Türk Hava Yolları ilə 4 gecə

    Baltik Paytaxtları Turu 1239 € 2306 AZN 4 Gecə - 5 Gün

    29/12/2023 - 02/01/2024 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 0ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    12 Noyabr 2023

    12 Dekabr 2023





    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK  337   Bakı - İstanbul            04:15 - 06:25

    TK  1421 İstanbul - Tallin           09:15 - 11:50

    TK  1776 Riga - İstanbul            19:00 - 23:15

    TK  338   İstanbul - Bakı             02:15 - 06:10 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - TALLİN

    Səhər saat 04:15 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 337 və TK 1421 saylı müntəzəm səfəri ilə İstanbul üzərindən Tallin şəhərinə hərəkət edirik. Yerli saat ilə 11:50 -də Tallinə çatırıq. Arzu edən qonaqlarımız əlavə olaraq Tallin küçələri turunda iştirak edə bilərlər. Ən yaxşı qorunmuş orta əsr şəhərlərindən sayılan Tallin turumuzda UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan şəhərin xarakterik xüsusiyyətlərini daşıyan tarixi binaları görəcəyik. Estoniya bayrağı dalğalanan hündür Herman qülləsi, Toompea qalası, Aleksandr Nevsky Katedralı, Dome kilsəsi, Toompea təpəsi, St. Nicholas Kilsəsi görəcəyimiz yerlər arasındadır. Turumuzdan sonra otelə hərəkət edirik və otaqlara yerləşirik. Axşam arzu edən qonaqlarımız əlavə təşkil olunacaq şam yeməyi yemək üçün Vikinq kəndinə hərəkət edirik. Turdan sonra otelimizə geri qayıdırıq. Oteldə gecələyirik.



    2-ci gün TALLİN

    Səhər yeməyindən sonra arzu edən qonaqlarımız əlavəəlavə olaraq Helsinki turunda iştirak edə bilərlər. Turdan sonra otelimizə geri qayıdırıq. Oteldə gecələyirik.


    3-cü gün TALLİN - PARNU - RİGA

    Səhər yeməyindən sonra otaqları təhvil verib, xüsusi avtobus ilə Estoniyanın paytaxtı Tallininə hərəkət edirik. Yol üstü Estoniyanın kurort qəsəbəsi olan Parnudada fasilə veririk. Estoniya və Latviyanın meşələri içində təxminən 5 saat davam edən səfərimizdən sonra Riqa şəhərinə çatırıq. Otelimizə yerləşdikdən sonra panoramlı Riqa şəhər turumuza başlayırıq. 1201-ci ildə inşa edilən Riga şəhər turunda: Old Town adlanan tarixi mərkəzdəki əhəmiyyətli tikililəri ziyarət edirik. St. Peter's Kilsəsi, Brotherhood of the Blackheads Evi, Dome Cathedral, Böyük və Kiçik Guildhalls, St. Jacob's Kilsəsi, Riga Qalası, Azadlıq Heykəli və şəhərin bənzərsiz arxitekturasına şahid olacağımız bəzəkli küçələri görəcəyik. Şəhər turunun sonra asudə vaxt. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq bələdçimizin tövsiyə etdiyi Yeni İl Proqramında iştirak edə bilərlər. Oteldə gecələyirik.


    4-cü gün RİQA

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Sigulda Turunda iştirak edə bilərlər. Riqaya 51 km uzaqlıqda yerləşən, Latviyanın ən gözəl şəhərlərindən olan Sigulda şəhər turunda: Sigulda Qalası, Gauja Milli Parkı, Gutman Mağarası, Turaida qalası və muzeyini ziyarət edəcəyik. Qalaların arasında gəzərkən özünüzü orta əsrlər Avropasında hiss edəcəyiniz Sigulda, yamyaşıl ağacları, düzənlikləri, Gauja çayından ibarət möhtəşəm təbiəti sizi valeh edəcək. Turdan sonra Riqaya geri qayıdırıq. Daha sonra otelimizə transfer oluruq. Oteldə gecələyirik.


    5-cı gün RİGA - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra otaqları təhvil veririk və asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə Yurmala Turu təşkil olunacaq. Latviyanın Baltik dənizi sahilində yerləşən Yurmala şəhəri turunda dümağ qumsalları və meşədəki romantik ağac evləri Latviyanın kurort bölgəsini gəzəcəyik. Tərtəmiz şam ağac qoxulu havası, dinc atmosferi, şəfalı suları, palçıq müalicələri ilə Baltik ölkələrinin ən məşhur Spa otelləriylə tanış olacağıq. Qısaca yerli xalqın və turistlərin reabilitasiya mərkəzi Yurmala... Hava çirkliliyini qarşısını almaq məqsədiylə avtomobil girişlərinin ödənişli olduğu bu şirin sahil qəsəbəsində istər məşhur spaların dadını çıxarda bilər, vəya yol boyu uzanan şirin kafelərdə otura bilərsiniz. Daha sonra bələdçimizin təyin etdiyi vaxtda Riga hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra saat TK 1776 Türk Hava Yollarının 19:00-da İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra 02:15-də saat Türk Hava Yollarının TK 338 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 06:10 -da (+1) Bakıya çatırıq və Turumuz  başa çatır.

    Əlavə Turlar


    VİKİNG KƏNDİ TURU

    Bu turumuzda Vikinglərin həyat tərzini öyrənib, bundan başqa ox və balta atma, catapult kimi alətlərin istifadəsini təcrübə edəcəksiniz. Bu həyəcanlı və əyləncəli dəqiqələrdən sonra şam yeməyi yeyirik daha sonra otelimizə geri qayıdırıq. 

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Şam yeməyi (içkilər xaric)

    Turun qiyməti : 1 nəfər üçün 65 EUR 


    HELSİNKİ TURU

    Finlandiyanın paytaxtı Helsinkidə həyata keçiriləcək tur üçün bərə limanına doğru hərəkət edirik. Helsinki Katedrali, Senat Meydanı, Hökumət Sarayı, Meriya, Uspenski Pravoslav Katedrali və Bazar Meydanı görəcəyimiz yerlər arasındadır. Daha sonra asudə vaxt və Tallinə geri qayıtmaq üçün bərə limanına hərəkət edirik. 

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 120 EUR


    SIGULDA TURU

    Riqaya 51 km uzaqlıqda yerləşən, Latviyanın ən gözəl şəhərlərindən olan Sigulda şəhər turunda: Sigulda Qalası, Gauja Milli Parkı, Gutman Mağarası, Turaida qalası və muzeyi ziyarət ediləcək. Qalaların arasında gəzərkən özünüzü orta əsrlər Avropasında hiss edəcəyiniz Sigulda, yamyaşıl ağacları, düzənlikləri, Gauja çayından ibarət möhtəşəm təbiəti sizi valeh edəcək.

    Tura daxildir : Muzeyə və Qalaya Giriş + Nəqliyyat xidməti + Bələdçi xidməti 

    Turun qiyməti : 1 nəfər üçün 65 EUR 


    YURMALA TURU 

    Latviyanın Baltik dənizi sahilində yerləşən Yurmala şəhəri turunda dümağ qumsalları və meşədəki romantik ağac evləri Latviyanın kurort bölgəsini gəzəcəyik. Tərtəmiz şam ağac qoxulu havası, dinc atmosferi, şəfalı suları, palçıq müalicələri ilə Baltik ölkələrinin ən məşhur Spa otelləriylə yerli xalqın və turistlərin reabilitasiya mərkəzi Yurmala... Hava çirkliliyini qarşısını almaq məqsədiylə avtomobil girişlərinin ödənişli olduğu bu şirin sahil qəsəbəsində istər məşhur spaların dadını çıxarda bilər, vəya yol boyu uzanan şirin kafelərdə otura bilərsiniz. Mövsümə görə dümağ qumsallarda güneş vannası qəbul edə bilir, yada Baltik dənizinə çimə bilərsiniz.

    Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti

    Turun qiyməti : 1 nəfər üçün 70 EUR

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    TALLINK EXPRESS HOTEL (TALLIN)

    RIGA ISLANDE HOTEL (RIQA)


    QİYMƏTƏ DAXİLDİR

    -     Türk Hava Yolları ilə  Bakı - İstanbul - Tallin/ Riga - İstanbul - Bakı ekonom sinif aviabileti

    -     Aeroport yığımları və digər vergilər

    -     Hava limanı - otel - hava limanı transferləri

    -     Qeyd olunan kateqoriyalı otellərdə Tallində 2 gecə və Riqada 2 gecə olmaqla ümumi 4 gecə gecələmək

    -     Səhər yeməyi

    -     Tallin və Riqa panoramlı şəhər turları

    -     Bütün tur boyunca türk dilli bələdçi xidməti

          -     Viza dəstəyi 

    QİYMƏTƏ DAXİL DEYİL

    -     Viza rüsumu - 35 EURO 

    -     Viza mərkəzinin xidmət haqqı - 56 AZN 

    -     Məcburi səyahət sığortası  


    Qeyd : 

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    ***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir. 

    ***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    ***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    ***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    ***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

    ***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    ***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    ***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    ***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    ***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    ***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    ***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    ***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    ***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    ***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır. 

     

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə  bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Baltik Paytaxtları Türk Hava Yolları ilə 4 gecə

    Son 4 yer
    2 Nəfərlik Otaqda 1 Nəfər: 1239.00
    Valyuta: EUR
    29/12/2023-02/01/2024
    3*-4* OTELLƏR
    Əlavə Yataq
    1239.00
    Bir Nəfər
    1469.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 1169.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel