TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
27 İyun 2023
25 İyul 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 339 Bakı - İstanbul 06:35 - 08:45
TK 1423 İstanbul - Tallin 15:10 - 18:25
TK 1410 Vilnus - İstanbul 20:25 - 23:30
TK 332 İstanbul - Bakı 07:05 - 10:45 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - TALLİN
Səhər saat 06:35 -də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 339 və TK 1423 saylı müntəzəm səfəri ilə İstanbul üzərindən Tallin şəhərinə hərəkət edirik. Yerli saat ilə 18:25 -də Tallinə çatdıqdan sonra bizim üçün xüsusi olaraq təxsis olunan lyuks avtobus ilə otelə hərəkət edirik və otaqlara yerləşirik. Oteldə gecələyirik.
2-ci gün TALLİN
Səhər yeməyindən sonra arzu edən qonaqlarımız əlavə olaraq Rocca Al Mare Turunda iştirak edə bilərlər. Avropada sayı az olan açıq hava muzeylərindən olan In Rocca-Al-Mare turunda 18-ci əsrdə Estoniyanın çöl həyatına şahid olacağıq. Geniş sahədə inşa edilən açıq hava muzeyi, 18-ci yüzil dövrünü xatırladan kənd evləri, yel dəyirmanları, taxta kilsələri, kənd məktəbi ilə sizi Estonyanın keçmişinə aparacaq. Bir-birindən fərqli evlərdə, köhnə dövr Estonyalıların həyatı teatral olaraq izah ediləcək. Daha sonra otelimizə geri qayıdırıq. Oteldə gecələyirik.
3-cü gün TALLİN - PARNU - RİGA
Səhər yeməyindən sonra otaqları təhvil verib, xüsusi avtobus ilə Estoniyanın paytaxtı Tallininə hərəkət edirik. Yol üstü Estoniyanın kurort qəsəbəsi olan Parnudada fasilə veririk. Estoniya və Latviyanın meşələri içində təxminən 5 saat davam edən səfərimizdən sonra Riqa şəhərinə çatırıq. Otelimizə yerləşdikdən sonra panoramlı Riqa şəhər turumuza başlayırıq. 1201-ci ildə inşa edilən Riga şəhər turunda: Old Town adlanan tarixi mərkəzdəki əhəmiyyətli tikililəri ziyarət edirik. St. Peter's Kilsəsi, Brotherhood of the Blackheads Evi, Dome Cathedral, Böyük və Kiçik Guildhalls, St. Jacob s Kilsəsi, Riga Qalası, Azadlıq Heykəli və şəhərin bənzərsiz arxitekturasına şahid olacağımız bəzəkli küçələri görəcəyik. Şəhər turunun sonra asudə vaxt. Oteldə gecələyirik.
4-cü gün RİQA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq təşkil olunacaq Sigulda Turunda iştirak edə bilərlər. Riqaya 51 km uzaqlıqda yerləşən, Latviyanın ən gözəl şəhərlərindən olan Sigulda şəhər turunda: Sigulda Qalası, Gauja Milli Parkı, Gutman Mağarası, Turaida qalası və muzeyini ziyarət edəcəyik. Qalaların arasında gəzərkən özünüzü orta əsrlər Avropasında hiss edəcəyiniz Sigulda, yamyaşıl ağacları, düzənlikləri, Gauja çayından ibarət möhtəşəm təbiəti sizi valeh edəcək. Turdan sonra Riqaya geri qayıdırıq. Günorta arzu edən qonaqlarımız üçün əlavə Yurmala Turu təşkil olunacaq. Latviyanın Baltik dənizi sahilində yerləşən Yurmala şəhəri turunda dümağ qumsalları və meşədəki romantik ağac evləri Latviyanın kurort bölgəsini gəzəcəyik. Tərtəmiz şam ağac qoxulu havası, dinc atmosferi, şəfalı suları, palçıq müalicələri ilə Baltik ölkələrinin ən məşhur Spa otelləriylə tanış olacağıq. Qısaca yerli xalqın və turistlərin reabilitasiya mərkəzi Yurmala... Hava çirkliliyini qarşısını almaq məqsədiylə avtomobil girişlərinin ödənişli olduğu bu şirin sahil qəsəbəsində istər məşhur spaların dadını çıxarda bilər, vəya yol boyu uzanan şirin kafelərdə otura bilərsiniz. Tur başa çatdıqdan sonra otelimizə transfer oluruq. Oteldə gecələyirik.
5-ci gün RİQA - VİLNUS
Səhər yeməyindən sonra otaqları təhvil verib, Vilnus şəhərinə hərəkət edirik. Yolüstü Keçid Təpəsi (Hill of Crosses) ziyarət edəcəyik. Bura katolik Litvanın müqəddəs məskunlaşma bölgəsidir. Bu ərazidə təxminən 50.000 ədəd bir-birindən fərqli boylarda xaç olduğu təxmin edilir. Litvanın ən təsirləndirici yerlərindən biri olan Hill of Crosses-ı gəzdikdən sonra, yolumuzu davam etdirik. Daha sonra panoramlı Vilnius şəhər turumuz başlayır. Vilniusda 1200 -dən çox Orta əsrlər dövrünə aid tikili və 48 ədəd böyük kilsə var. Neris çayı kənarında 1323-ci ildə Böyük Dük Gediminas tərəfindən inşa edilən Vilnius panoramlı şəhər turunda: Katedral Meydanı, Vilnius Kathedral, Gediminas Qülləsi, Gediminas Heykəli, St. Peter və St. Paul kilsəsi, St. Ana Kilsəsi və Amber Gallerisini gəzdikdən sonra Subacius Təpəsinə şəhərin panoramlı mənzərəsində şəkil çəkmək fürsəti əldə edəcəyik. Daha sonra Vilniusun əhəmiyyətli bir simvolu olaraq qəbul edilən Dawn darvazasını da gəzərək turumuzu tamamlayırıq. Arzu edən qonaqlarımız üçün əlavə Trakai Turu təşkil olunacaq. Vilnius şəhərinə 29 km. uzaqlıqdakı Trakai turunda, 15-ci yüzildə Galvin gölünün ortasındakı bir yarımadaya inşa edilmiş Trakai qalası və Muzeyi ziyarət ediləcək. Turdan sonra otelə asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq Belmontas Restoranında şam yeməyi üçün məkana hərəkət edirlər. Dərə sahilində yamyaşıl bir sahədə yerləşən bu geniş ərazidə ağacların altında sərinləyərək, rahatlaşdırıcı suyun səsi ilə günün yorğunluğunu çıxaracağımız bir şam yeməyi yeyirik. Şam yeməyindən sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.
7-ci gün VİLNUS - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqları təhvil veririk və asudə vaxt. Bələdçimizin təyin etdiyi vaxtda Vilnus hava limanına transfer olunuruq. Bilet və gömrük proseduralarından sonra saat TK 1410 Türk Hava Yollarının 20:25 -də İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra 07:05-də saat Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 10:45 -də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
VİKİNG KƏNDİ TURU
Bu turumuzda Vikinglərin həyat tərzini öyrənib, bundan başqa ox və balta atma, catapult kimi alətlərin istifadəsini təcrübə edəcəksiniz. Bu həyəcanlı və əyləncəli dəqiqələrdən sonra şam yeməyi yeyirik daha sonra otelimizə geri qayıdırıq.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Şam yeməyi (içkilər xaric)
Turun qiyməti : 1 nəfər üçün 85 EUR
HELSİNKİ TURU
Finlandiyanın paytaxtı Helsinkidə həyata keçiriləcək tur üçün bərə limanına doğru hərəkət edirik. Helsinki Katedrali, Senat Meydanı, Hökumət Sarayı, Meriya, Uspenski Pravoslav Katedrali və Bazar Meydanı görəcəyimiz yerlər arasındadır. Daha sonra asudə vaxt və Tallinə geri qayıtmaq üçün bərə limanına hərəkət edirik.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 120 EUR
TRAKAI TURU
Trakai turunda Vilniusa 29 km uzaqlıqda yerləşən, 15-ci yüzildə Galvin gölünün ortasındakı bir yarımadaya inşa edilmiş Trakai qalasını və muzeyini ziyarət edəcəyimiz bu turumuzda bir çox gölün olduğu təpələrin və meşələrin arasında yerləşən bir təbiət möcüzəsi Trakaidə gözəl vaxt keçirmə fürsəti əldə edəcəyik. Trakai, Karaites olaraq adlandırılan bu Yəhudi Türk etnik qrupunun da evi olaraq tanınır. Hələdə Trakaidə yaşayan və təxminən 300 adam qalan bu etnik qrup, 14-cü əsrdə Litvda və Krımdan Böyük Dük Vytautas- ın döyüşçüsü olaraq gətirilmişdir. Litvanın turistlər tərəfindən ən çox seçilən bu tarixi bölgəsi eyni zamanda nikahdan sonra cütlüklərin gəlin və bəyin uğur gətirməsi üçün ziyarət etdikləri məşhur bir məkandır.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Qalaya Giriş
Turun qiyməti : 1 nəfər üçün 85 EUR
ROCCA AL MARE TURU
Avropada sayı az olan açıq hava muzeylərindən olan In Rocca-Al-Mare turunda 18-ci əsr Estoniya çöl həyatına şahid olacağıq. Geniş bir sahədə inşa edilən açıq hava muzeyi, 18-ci yüzil dövrünü xatırladan kənd evləri, yel dəyirmanları, taxta kilsələri, kənd məktəbi ilə sizi Estonyanın keçmişinə aparacaq. Bir-birindən fərqli evlərdə, köhnə dövr Estonyalıların həyatı teatral olaraq izah ediləcək. Bu turda bir tərəfdən yerli rəqsləri öyrənmək imkanı əldə edərkən, digər tərəfdən isə, Estonyalıların necə əkin biçdiklərini görə biləcəksiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Muzeyə Giriş
Turun qiyməti : 1 nəfər üçün 80 EUR
SIGULDA TURU
Riqaya 51 km uzaqlıqda yerləşən, Latviyanın ən gözəl şəhərlərindən olan Sigulda şəhər turunda: Sigulda Qalası, Gauja Milli Parkı, Gutman Mağarası, Turaida qalası və muzeyi ziyarət ediləcək. Qalaların arasında gəzərkən özünüzü orta əsrlər Avropasında hiss edəcəyiniz Sigulda, yamyaşıl ağacları, düzənlikləri, Gauja çayından ibarət möhtəşəm təbiəti sizi valeh edəcək.
Tura daxildir : Muzeyə və Qalaya Giriş + Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 85 EUR
YURMALA TURU
Latviyanın Baltik dənizi sahilində yerləşən Yurmala şəhəri turunda dümağ qumsalları və meşədəki romantik ağac evləri Latviyanın kurort bölgəsini gəzəcəyik. Tərtəmiz şam ağac qoxulu havası, dinc atmosferi, şəfalı suları, palçıq müalicələri ilə Baltik ölkələrinin ən məşhur Spa otelləriylə yerli xalqın və turistlərin reabilitasiya mərkəzi Yurmala... Hava çirkliliyini qarşısını almaq məqsədiylə avtomobil girişlərinin ödənişli olduğu bu şirin sahil qəsəbəsində istər məşhur spaların dadını çıxarda bilər, vəya yol boyu uzanan şirin kafelərdə otura bilərsiniz. Mövsümə görə dümağ qumsallarda güneş vannası qəbul edə bilir, yada Baltik dənizinə çimə bilərsiniz.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 70 EUR
BELMONTAS RESTORANINDA ŞAM YEMƏYİ TURU
Dərə sahilində yamyaşıl bir sahədə yerləşən bu geniş ərazidə ağacların altında sərinləyərək, rahatlaşdırıcı suyun səsi ilə günün yorğunluğunu çıxaracağımız bir şam yeməyi yeyirik.
Tura daxildir : Nəqliyyat xidməti + Şam yeməyi (içkilər xaric) + Bələdçi xidməti
Turun qiyməti : 1 nəfər üçün 65 EUR
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Tallin/ Vilnus - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı otellərdə Tallində 2 gecə, Riqada 2 və Vilnusda 2 gecə olmaqla ümumi 6 gecə gecələmək
- Səhər yeməyi
- Tallin, Riqa, Vilnus panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 56 AZN
- Məcburi səyahət sığortası
Qeyd :
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
***Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
***Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
***Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
***Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
***Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
***Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
***Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
***Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
***Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
***Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
***Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
***Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
***CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
***Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
***Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1429.00
- Bir Nəfər
- 1749.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1369.00
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1529.00
- Bir Nəfər
- 1849.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1469.00
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1429.00
- Bir Nəfər
- 1829.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş 289.00
2 - 12 Yaş 1369.00
3*-4* OTELLƏR
- Əlavə Yataq
- 1429.00
- Bir Nəfər
- 1829.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş 289.00
2 - 12 Yaş 1369.00