TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
22 - 29 Oktyabr 2023
12 - 26 Noyabr 2023
3 - 10 - 17 Dekabr 2023
3 - Mart 2024
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 7703 Bakı - İstanbul 06:45 - 08:50
PC 373 İstanbul - Belqrad 15:10 - 15:55
PC 354 Skopje - İstanbul 19:25 - 21:45
TK 7702 İstanbul - Bakı 00:10 - 03:55 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - BELGRAD
Saat 06:45-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Anadolujet Hava Yollarının TK 7703 saylı müntəzəm səfəri ilə də İstanbul şəhərinə, oradan da Pegasus Hava Yollarının PC 373 saylı müntəzəm səfəri ilə saat 15:10 -da Belgrad şəhərinə hərəkət edirik. Yerli saat ilə 15:55-də xüsusi avtobusumuz ila Serbiyanın paytaxtı və Avropanın ən qədim şəhərlərindən biri, canlılığın və hərəkətliliyin yeni simvolu olan Belqrad şəhər turumuz başlayır. Turda: şəhərin gündəlik yaşayışını, mühüm binalarını və şəhərin mərkəzində yerləşən və NATO tərəfindən bombardman edildiyi iddia edilən daxili işlər nazirliyinin binalarını görəcəyik. Daha sonra avtobusdan enərək piyada həyata keçiriləcək turda: Bayraqlı məscidi, Belqrad qalası, Damat Əli Paşa türbəsi, Saat qülləsi, Sokollu Mehmet Paşa Fəvvarəsi, Hərbi Muzey, İstanbul qapısı, Zindan qapısı, Leopoldov qapısı, Stefan Lazareviç abidəsi, Nebojsa qalası, Qala meydanı, Saborna kilsəsi, Respublika meydanı, Tərəzi meydanı və Daş Meydan görüləcək yerlər arasındadır. Şəhərin ürəyi hesab edilən Knyaz Mixaylova küçəsində gəzintini tamamlayırıq. Burada bələdçiminin təyin edəcəyi görüş saatına qədər veriləcək asudə vaxt ərzində: alış-veriş edə bilər və ya küçədəki dəb-dəbəli kafelərdə vaxtınızı keçirə bilərsiniz. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Şam yeməyi və gecələmə oteldə.
2-cü gün BELGRAD - SARAYEVO
Səhər yeməyindən sonra otaqları təhvil verib, Bosniya və Herseqovina -ya hərəkət edirik. Günortadan sonra çatacağımız Sarayevoda şəhərin görməli yerlərindən biri olan mərkəzi kitabxana binasının qarşısında avtobusdan düşüb piyada şəhər turunu həyata keçirəcəyik. Mərkəzi kitabxana, hekayəsini eşidəndə çox təəccüblənəcəyiniz İnat Kuca, Osmanlı dövründə inşa edilmiş Latın körpüsü və Birinci Dünya Döyüşündə Avstriya-Macarıstan Archduke -dükü Franz Ferdinand və həyat yoldaşının güllələnmə səhnəsini yaşandığı nöqtəni gördükdən sonra şəhərin ürəyi olan Başçarşıya doğru davam edirik. Osmanlı İmperatorluğunda ənənə olan fəvvarə və adını bu əsərdən alan Sebil Meydanı ilə tura davam edirik, hələ də tarixi görnüşünu qoruyub saxlayan Başçarşı küçələrində tur davam edəcək. Kurşunlu Mədrəsə, Morica Xan, Qazi Hüsrev bəy məscidi və Saat Qülləsi görəcəyimiz yerlər arasındadır. Şəhərin ən məşhur küçəsi olan Ferhadija -da Avstriya-Macarıstan İmperiyası dövrünün arxitekturasını əks etdirən binalar, Katolik Katedrali, Markale bazarı və qapalı bazar ilə davam edəcək olan bu turda İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsinə inşa edilmiş olan Əbədi Atəş abidəsi ilə yekunlaşacaqdır. Turdan sonra otelimizə transfer olunuruq. Şam yeməyi və gecələmə otelimizdə.
3-cü gün SARAYEVO - MOSTAR - POÇİTEL - TREBİNE
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Mostar istiqamətində hərəkət edirik. Mostara çatdıqdan sonra həyata keçiriləcək panoramik şəhər turunda görəcəyimiz ən əhəmiyyətli əsər şəhərin simvolu olan Mostar körpüsü olacaqdır. Şəhərin tam ortasından keçən Neretva çayı Memar Sinanın tələbələrindən olan Memar Hayreddin tərəfindən 1566-cı ildə 456 blok daşla inşa edilən Mostar körpüsü şəhərə də adını verəcək qədər vacib Osmanlı şah əsəridir. Körpü 1993-cü ilin noyabrında Xorvat artilleriyasının günlərlə davam edən atəşindən sonra dağıdıldı. Türkiyə Cümhuriyyəti başda olmaqla UNESCO və Dünya Bankının dəstəyi ilə türk şirkəti tərəfindən çayın orijinal daşlarından istifadə edilərək yenidən inşa edilən körpü 2004-cü ildə istifadəyə verildi. Mostar qədim şəhərinin dar, daş döşənmiş küçələrində piyada hərəkət edərək çatacağımız Koski Mehmet Paşa Məscidi görəcəyimiz mühüm əsər olmaqla yanaşı, həm də ən gözəl körpü şəkillərini çəkə biləcəyiniz yerlərdəndir. Bələdçinin təyin edəcəyi saatda görşüb, Blagaj şəhərinə hərəkət edirik. 1446 -cı ildə bölgəni öz hakimiyyəti altına alan Osmanlı orduları arasında olan Sarı Saltuk tərəfindən Buna çayı mənbəyində inşa edilən və Bosniyanın ilk locası olan Blagaj Dərviş Locasını görəcəyik (giriş daxil deyil). Avropanın ən böyük və ən təmiz təbii su mənbəyi olan və mağarada üzə çıxan Buna çayını görəcəyik. Saniyədə 43000 litr su axan Buna, mənbəyinə qədər 19 km olan yeraltı çaydır. Asudə vaxtdan sonra Poçitel şəhərinə hərəkət edirik. Qədim Osmanlı sərhəd kəndi olan Poçiteldə veriləcək asudə vaxt zamanında gözəl şəkillər çəkə bilərsiniz. Bələdçinin təyin edəcəyi saatda görşüb, Trebinje -yə otelə transfer olunuruq. Şam yeməyi və gecələmə otelimizdə.
4-cü gün TREBİNE - KOTOR - BUDVA - İŞKODRA
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Monteneqroya hərəkət edirik. Monteneqro sərhədini keçdikdən sonra ilk ziyarət edəcəyimiz məkan Kotor şəhəri olacaqdır. Qədim Kotor şəhər turunda: St. Tryfon Katedrali, Oruzja meydanı, saat qülləsi, Müqəddəs Luka və St. Nikolay kilsələri, Müqəddəs Məryəm kilsəsinin qapısındakı relyeflər görüləcək yerlərdəndir. Turdan sonra Kotorda veriləcək asudə vaxtdan sonra Budva şəhərinə hərəkət edirik. İstinad divarli ilə əhatə olunmuş Budva qədim şəhərində veriləcək asudə vaxda, daş binalar arasındakı dar küçələrdə keçmişə səyahət edəcəksiniz. Budva turunun sonunda Monteneqronun sahil şəhəri olan Budvaya yollanırıq. Budva turunun sonunda avtobusla İşkodra şəhərinə hərəkət edirik. Budvadan ayrıldıqdan dərhal sonra, keçmişdə balıqçı məskəni olaraq qurulan və Monteneqronun simvollarından biri olan Sveti Stefan adasının şəkillərini çəkmək üçün asudə vaxtınız olacaqdır. Daha sonra Albaniya sərhədindən keçərək İşkodradakı otelə transfer olunuruq. Gecələmə otelimizdə.
5-ci gün İŞKODRA - TİRAN - St.NAUM - OHRİD
Səhər yeməyindən sonra otaqları təhvil veririk. Daha sonra Albaniyanın paytaxtı Tiran şəhərinə hərəkət edirik. Təxminən 500 il Osmanlı hakimiyyəti altında qalan şəhərdə: Ethem bəy məscidi, saat qülləsi, İskəndər bəy heykəli və meydanı, opera binası panoramlı görüləcək yerlərdəndir. Asudə vaxtdan sonra Makedoniya sərhədindən keçərək ilk olaraq Ohrid gölünün bənzərsiz mənzərələri əhatəsində Sankt-Nauma çatırıq. Ohrid gölünün sahilində və buradan gölə çıxan Qara Drim çayının kənarında yerləşən monastır 16-cı əsrdə inşa edilib. Suyun təmizliyinə inana bilməyəcəyiniz, gölün ətrafında veriləcək asudə vaxtdan sonra bələdçinin təyin etdiyi vaxtda görüşürük və otelə transfer olunuruq. Gecələmə otelimizdə.
6-cı gün OHRİD
Səhər yeməyindən sonra otaqları təhvil veririk. Piyada həyata keçirəcəyimiz şəhər turunda UNESCO-nun Dünya İrs siyahısına daxil olanan şəhər Ohriddə, günümüzədək gəlib çatmış hələdə konsert və festivalların keçirildiyi Ayasofya kilsəsi, Roma dövründən qalan amfiteatr, Osmanlı dövründən qalan Halveti Lojası, Safranbolunu xatırladan köhnə tikililər və Çınar Meydanı kimi yerləri görəcəksiniz. Şəhər turundan sonra asudə vaxtlarınızda Ohrid mirvarisi və digər suvenirlər almaq şansınız olacaqdır. Bələdçimizin təyin etdiyi saatda görüş və otelə transfer olunuruq. Şam yeməyi və gecələmə otelimizdə.
7-ci gün OHRİD - RESNE - MANASTIR - SKOPJE
Səhər yeməyindən sonra Monastır -a hərəkət edirik. Yolüstü alma bağları ilə məşhur olan Resnedə: İttihat və Tərəqqinin üç məşhur simasından biri olan, Türk-Yunan müharibəsində faydaları ilə məşhurlaşan Resneli Niyazinin sarayını görürük. Qısa bir səfərdən sonra çatacağımız Manastırda avtobusumuzdan enərək panoramlı tur başlayacaq. İndiki adı Bitola olan şəhərdə ilk olaraq Mustafa Kamal Atatürkün təhsil aldığı və bugün şəhər muzeyi olaraq istifadə edilən Hərbi Liseyi ziyarət olunacaq. Atatürkün təhsil aldığı sinif otağı bu gün “Atatürk Xatirə Otağı” kimi istifadə olunur. Binada etnoqrafiya muzeyi də fəaliyyət göstərir. Monastır şəhər turunda: Türk bazarı, Osmanlı dövrünə aid Bedesten, İshak məscidi, Yeni məscid kimi əsərləri görüləcək. Monastır şəhərinin mərkəzində yerləşən: kafeləri, restoranları, dəb-dəbəli binaları ilə şəhərin göz bəbəyi olan Şirok küçəsində gəzinti zamanı Atatürkün həyatından maraqlı bir hadisənin şahidi olacaqsınız. Bələdçinin təyin etdiyi saatda görüş və paytaxt Skopje -yə hərəkət edirik. Skopje şəhər turunda Skopje qalası və qaladan görülən şəhər mənzərəsi olacaq. Daha sonra: Yəhya Paşa Məscidi, Mustafa Paşa Məscidi, Kapan Hanı, Davud Paşa Hamamını görəcəksiniz. Qədim Skopje -də Türk bazarında özünüzü Türkiyədə kimi hiss edəcəksiniz. Şəhəri ikiyə bölən Vardar çayı üzərində 1469-cu ildə inşa edilən Fatih Sultan Mehmet Körpüsü kimi tanınan Daş Körpü üzərindən yeni Skopje istiqamətində turumuza davam edirik. Makedoniyalıların ən böyük qəhrəman kimi qəbul etdikləri İkəndər bəy heykəli bizi Makedoniya meydanında qarşılayacaq. Rahibə Tereza Ana Xatirə Evini panoramlı görəcəyimiz gəzinti turunda Skopje -nin simvollarından biri olan qədim qatar stansiyasında başa çatacaqdır. Skopje şəhər turundan sonra asudə vaxt və otelə transfer olunuruq. Şam yeməyi və gecələmə otelimizdə.
8-ci gün SKOPJE - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqları təhvil veririk. Bələdçimiz tərəfindən müəyyənləşdiriləcək saata kimi asudə vaxtınız olacaq. Daha sonra Skopje Hava limanı istiqamətində hərəkət edəcəyik. Baqaj, bilet və gömrük proseduralarından sonra Pegasus Hava yollarının PC 354 saylı müntəzəm səfəri ilə saat 19:25-də İstanbula, oradan da Anadolujet Hava Yollarının TK 7702 saylı müntəzəm səfəri ilə saat 00:10-da Bakıya hərəkət edirik. Saat 03:55 -də (+1) Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!
Əlavə Turlar
Əlavə turlar qiymətə daxildir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Anadolujet Hava Yolları ilə Bakı - İstanbul - Bakı ekonom sinif aviabileti
- Pegasus Hava Yolları ilə İstanbul - Belqrad/ Skopje - İstanbul ekonom sinif aviabileti
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi avtobus ilə şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Belqrada 1 gecə, Sarayevoda 1 gecə, Trebinjedə 1 gecə, İşkodradada 1 gecə, Skopjedə 1 gecə, Ohriddə 2 gecə olmaqla ümumi 7 gecə gecələmək
- Səhər və şam yeməyi
- Panoramlı şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Viza dəstəyi
- Səyahət sığortası
QİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 300 EURO
- Muzey və tarixi yerlərə giriş haqqı
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
***Otellərin adı turun başlamasına 2 gün əvvəl bilinəcək.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
3 ayrı yataq verilməyəcəkdir.
**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
4* OTELLƏR
- Əlavə Yataq
- 999.00
- Bir Nəfər
- 1259.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 969.00