CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    Balkan Türk Hava Yolları ilə 7 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Mövcud yer 7+
    Balkan Turu > Balkan İnciləri > Balkan Türk Hava Yolları ilə 7 gecə

    Balkan İnciləri Turu 1239 € 2306 AZN 7 Gecə - 8 Gün

    09/09/2023 - 16/09/2023 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 0ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    12 Mart 2023

    8 - 22 Aprel 2023

    13 - 27 May 2023

    10 - 24 İyun 2023

    8 - 22 İyul 2023

    11 - 18 - 25 Sentyabr 2023



    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK  335 Bakı - İstanbul              21:55 - 00:05

    TK 1081  İstanbul - Belqrad       07:35 - 08:10

    TK 1006  Skopje - İstanbul         20:50 - 23:25

    TK   332 İstanbul - Bakı              07:05 - 10:45 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - BELGRAD

    Ssaat 21:55-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 335 saylı müntəzəm səfəri ilə də İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1081 saylı müntəzəm səfəri ilə saat 07:35 -də Belgrad şəhərinə hərəkət edirik. Yerli saat ilə 08:10-da xüsusi avtobusumuz ila Serbiyanın paytaxtı və Avropanın ən qədim şəhərlərindən biri, canlılığın və hərəkətliliyin yeni simvolu olan Belqrad şəhər turumuz başlayır. Türk dövrünə aid möhtəşəm oyma tavanlarla bəzədilmiş Qədim Saray, Minillik Abidə, Sava çayının Tunaya qoşulduğu nöqtədə, Fatih Sultan Mehmedin uğruna yaralandığı lakin fəthinin Qanuni Sultan Süleymana nəsib olduğu Osmanlı donanmasının təchizat mərkəzlərindən biri olan Belqrad qalası, Qala Meydanı, Daş Meydanı, Hərbi Muzey, Şəhid Əli Paşa türbəsi, Bayraqlı Məscid görülməli yerlər arasındadır. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Şam yeməyi və gecələmə oteldə.

     

    2-cü gün BELGRAD - SARAYEVO

    Səhər yeməyindən sonra otaqları təhvil verib, Sarayevoya şəhərinə hərəkət edirik. Daha sonra şəhər turumuza başlayırıq. Əsrlər boyu Balkanların mədəniyyət paytaxtı olmuş, 1914-cü ildə Avstriya-Macarıstan vəliəhdi Archduke Franz Ferdinandın serblər tərəfindən öldürülməsindən sonra Birinci Dünya Müharibəsinin başladığı yerə çevrilmişdir, 1992-ci il müharibəsində serblər, xorvatlar və bosniyalılar arasında dağıdıcı müharibələr nəticəsində viran qalan, lakin hələ də gözəlliyini böyük ölçüdə qoruyub saxlayan Sarayevoda panoramik şəhər turu həyata keçirəcəyik. Tur əsnasında məşhur Başçarşı, tarixi Osmanlı mehmanxanası Morica Xan, şəhərin dini kosmopolitliyini əks etdirən Katolik Katedralı, Sinaqoq, Hüsrev bəy və Fərhadiyə məscidləri, 1914-cü ildə Frans Ferdinandın sui qəsd edildiyi yer Latın körpüsü, Qədim Şəhərin 40 illik Avstriya-Macarıstan hakimiyyəti dövründə formalaşan və qərb üslublundakı binaları görə biləcəyiniz turu tamamladıdan sonra otelimizə transfer olunuruq. Şam yeməyində yerli musiqiçilərin ifa etdiyi Balkan musiqisinin müşayiəti ilə dadlı Bosniya yeməklərini dadacaq və oteldə unudulmaz Bosniya gecəsi keçirəcəksiniz.

     

    3-cü gün SARAYEVO - MOSTAR - BLAGAJ - POÇİTEL - TREBİNE

    Səhər yeməyindən sonra otaqları təhvil veririk və Mostar istiqamətində hərəkət edirik. 1557-ci ildə memar Hayrəddin tərəfindən inşa edilən Mostar körpüsü Osmanlı memarlığının şah əsəridir. Körpü 1992-ci ildə baş verən müharibədə Xorvat artilleriyası tərəfindən dağıdılan körpü Türkiyə Cümhuriyyətinin böyük töhfələri ilə 2004-cü ildə yenidən istifadəyə verilib. Mostar körpüsündən sonra Koski Mehmet Paşa Məscidini görəcəyik. Daha sonra Blagaj turu başlayacaq. Bu turda biz Avropanın ən güclü su mənbəyi olan Buna çayının doğulduğu yerdə qurulan Blagaj şəhərini ziyarət edəcəyik. Turdan sonra növbəti dayanacağımız Poçite şəhəridir. Tarixi indiyə kimi qorunan Türk Kəndi kimi tanınan Poçiteli ziyarət edərkən 16-cı əsrdə Osmanlıların hazırladığı əsərləri görəcəyik. Turdan sonra otelə transfer olunuruq, otaqlara yerləşirik. Şam yeməyi və gecələmə otelimizdə.

     

    4-cü gün TREBİNE - KOTOR - BUDVA - St. STEFAN - İŞKODRA

    Səhər yeməyindən sonra otaqları təhvil veririk. Dünyanın ən gənc ölkələrindən biri, Adriatik dənizinin mirvarisi Monteneqroya hərəkət edirik. Monteneqrodakı ilk dayanacağımız Balkan Fiyordları ilə məşhur olan nəfəs kəsən orta əsr şəhəri Kotor. Burada Qədim Şəhər Qalasında piyada təşkil olunacaq turda bu şirin şəhərlə tanış olacaqsınız. Növbəti dayanacağımız möhtəşəm çimərlikləri və rəngarəng gecə həyatı ilə Balkanların ən məşhur istirahət mərkəzlərindən biri olan Budva şəhəridir. Buradakı gəzinti zamanı StariGrad (köhnə şəhər mərkəzi) və qəsri ziyarət edəcəyik. Budvada asudə vaxt. Daha sonra St. Stefanı qəsəbəsini panoramlı təpədən görə biləcək və burada asudə vaxtınız olacaqdır. Gecələmə və şam yeməyi İşkodradakı oteldə.

     

    5-ci gün İŞKODRA - TİRAN - St. NAUM - OHRİD

    Səhər yeməyindən sonra otaqları təhvil veririk. Albaniyanın paytaxtı Tiran şəhərinə hərəkət edirik. Avropada Bektaşiliyin mərkəzi sayılan Tirana şəhər turunda: 1789-cu ildə tikintisinə başlanılan və 1923-cü ildə tamamlanan Ethem Bəy Məscidi, İskəndər Meydanı, 19-cu əsrin əvvəllərində tikilmiş Kaplan Paşa Türbəsi, Səkkiz Sütunlu Türbə, 6 Naməlum Abidə, Tirananın simvolu olan 1821-ci ildə Ethem bəy tərəfindən tikdirilən Saat qülləsi, 1999-cu ildə İşkodralı uşaqlar tərəfindən üsyan zamanı atılan güllələri əridərək tikilən Sülh zəngi görüləcək yerlər arasındadır. Turdan sonra asudə vaxt və Balkanların mirvarisi olan Ohridə hərəkət edirik. Yolüstü Ohriddən 29 km aralıda yerləşən, Ohrid gölünün mənbəyinin və həmçinin Müqəddəs Naum monastırının yerləşdiyi “Balkanlarda Cənnət guşəsi” olaraq adlanan St.Nauma doğru hərəkət edirik. Bənzərsiz mənzərələri çəkdikdən sonra burada veriləcək asudə vaxtdan istifadə edirik və Ohridə geri qayıdırıq. Osmanlının Balkanlardakı mühüm bazalarından biri olan tarixi Ohrid şəhərini tanıdan bir tur həyata keçirəcəyik. Tur zamanı 9-cu əsr Bizans rahibləri Müqəddəs Kirillos və Methodios abidəsini, Ayasofya kilsəsini, Roma dövrünə aid Qədim Teatrı, Samoil qəsrini, St. Klement Manastırı və St Pantelejmon Kilsəsi, Sinan Çələbi Türbəsi, Çinar Meydanı, Türk Çarşısı, Halveti Locası, Yeni Çarşı, Ohrid bazarı və Ohrid gölü görəcəyimiz yerlər arasındadır. Turdan sonra otelə hərəkət edirik. Şam yeməyi və gecələmə otelimizdə.

     

    6-cı gün OHRİD - RESNE - MANASTIR - OHRİD

    Səhər yeməyindən sonra Resne-Monastır turu üçün oteldən yola düşürük. Bu tur xüsusi avtobusla Resneyə hərəkət etməklə başlayır. Yolüstü İttifaq və Tərəqqinin 3 tanınmış simasından biri olan Resneli Niyazinin sarayını ziyarət edirik. Daha sonra Manastıra hərəkət edirik və Manastır (Bitola) şəhər turumuz zamanı: Türk bazarı, Bedesten, İshak məscidi, Yeni məscid, Heydər Kadı məscidi və Hərbi Liseyi və Atatürk Muzeyini görəcəyik. Turdan sonra Ohridə geri qayıdırıq. Axşam Balkan musiqisi və yeməkləri ilə bəzədilmiş folklor komandasının yerli rəqs şouları ilə unikal Balkan gecə turu baş tutacaq. Gecələmə Ohriddəki oteldə.

     

    7-ci gün OHRİD - TETOVA (KALKANDELEN) - SKOPJE

    Səhər yeməyindən sonra otaqları təhvil veririk və Skopje istiqamətində hərəkət edirik. Yolda Tetovada (Kalkandelendə) dayanıb, Alaca Məscidini ziyarət edir və İpək Yolu üstündə: Qanuni vəzirlərindən Sersem Ali Baba tərəfindən 16-cı əsrdə əsası qoyulan 500 illik Hacıbektaş Harabati Baba Tekkesi görüləcək. Məşhur şair Yəhya Kamal Beyatlının doğulduğu Skopjedə görəcəyimiz yerlər arasında: Yəhya Paşa məscidi, İsa bəy məscidi, Mustafa Paşa məscidi, Murat Paşa məscidi, Kapan Han, Sulu Han və Daş Körpü görüb, Vardar çayının sahilində və çayın o tayında yerləşən Türk və Yəhudi məhəllələrini seyr edərək gəzintiyə davam edəcəyik. Bu gəzintidə Makedoniya Meydanı, Osmanlı Körpüsü və Davud Paşa Hamamını kənardan görüb, Türk bazarına gedəcək və tarixi Türk bazarında 1550-ci ildə tikilmiş və bu gün Gözəl Sənətlər Akademiyası olaraq istifadə edilən Kurşunlu Xanı ziyarət edəcəyik. Osmanlı dövründə 17 Xan binasının tikildiyi Skopjedə bu gün 3 Xan binası qalıb. Günümüzdə Kurşunlu Xandan sonra hələ də qalan və 15-ci əsrdə tikilmiş Sulu Xan və Kapan Xan -ı ziyarət edib, daha sonra Skopjenin simvolik əsərlərindən biri olan və 16-cı əsrdə tikilmiş Sultan Murat Məscidini, Saat Qülləsini, 14-cü əsrdə tikilmiş ilk məscidlərimizdən biridir və eyni əsrə aid olan İsa bəy məscidini ziyarət edir və türk bazarında asudə vaxtınız olacaq. Turdan sonra otelə transfer olunuruq. Şam yeməyi və gecələmə otelimizdə.

     

    8-ci gün SKOPJE - MATKA KANYONU - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra otaqları təhvil veririk. Daha sonra bələdçimiz tərəfindən müəyyənləşdiriləcək saatda Matka Kanyonu Turu həyata keçiriləcək. Bu turda siz Matkanın valehedici mənzərələrində şəkil çəkdirə bilər, istər dincələ və üzə bilərsiniz. Daha sonra transfer vaxtına qədər asudə vaxtınız olacaq. Turdan sonra Skopje Hava limanı istiqamətində hərəkət edəcəyik. Baqaj, bilet və gömrük proseduralarından sonra Türk Hava yollarının TK 1006 saylı müntəzəm səfəri ilə saat 20:50-də İstanbula, oradan da Türk Hava Yollarının TK 332 saylı müntəzəm səfəri ilə saat 07:05-də Bakıya hərəkət edirik. Saat 10:45 -də (+1)  Bakıya çatırıq və Turun Sonu. Bakıya xoş gəlmisiniz!

    Əlavə Turlar

    Əlavə turlar qiymətə daxildir.


    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    HOTEL (OHRID)

    HOTEL (İŞKODRA)

    HOTEL (TREBINJE)

    HOTEL (SARAYEVO)

    HOTEL (BELGRAD)

    HOTEL (SKOPJE)

    QİYMƏTƏ DAXİLDİR

    -    Türk Hava Yolları ilə Bakı - İstanbul - Belqrad/ Skopje - İstanbul - Bakı  ekonom sinif aviabileti

    -    Hava limanı - otel - hava limanı transferləri

    -    Xüsusi avtobus ilə şəhərlər arası nəqliyyat xidməti    

    -   Qeyd olunan kateqoriyalı otellərdə Ohriddə 2 gecə, İşkodrada 1 gecə, Trebinedə 1 gecə, Sarayevoda 1 gecə, Belgradda 1 gecə, Skopjedə 1 olmaqla ümumi 7 gecə gecələmək

    -    Səhər və şam yeməyi

    -    Panoramlı şəhər turları

    -    Bütün tur boyunca türk dilli bələdçi xidməti

          -    Səyahət sığortası

    QİYMƏTƏ DAXİL DEYİL

         -  Muzey və tarixi yerlərə giriş haqqı


    Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    ***Otellərin adı turun başlamasına 2 gün əvvəl bilinəcək.

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    **Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    **Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    **Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    **Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

     3 ayrı yataq verilməyəcəkdir. 

    **Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    **Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    **Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    **Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    **Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    **Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    **Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    **CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    **Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.

      

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 


    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    Balkan Türk Hava Yolları ilə 7 gecə

    2 Nəfərlik Otaqda 1 Nəfər: 1239.00
    Valyuta: EUR
    09/09/2023-16/09/2023
    4* OTELLƏR
    Əlavə Yataq
    1239.00
    Bir Nəfər
    1489.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş
    2 - 12 Yaş 1169.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə
    • Montenegro

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel