TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
26 Avqust 2023
9 - 23 Sentyabr 2023
7 Oktyabr 2023
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 333 Bakı - İstanbul 11:45 - 13:55 (+1)
TK 179 İstanbul - Los Angeles 08:25 - 11:55
TK 012 Nyu York - İstanbul 00:10 - 16:50
TK 336 İstanbul - Bakı 22:00 - 01:45 (+1)
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - LOS ANGELES
Səhər saat 11:45-də Bakı Heydər Əliyev adına Beynəlxalq
hava limanından Türk Hava Yollarının TK 333 saylı müntəzəm səfəri
ilə İstanbul şəhərinə hərəkət edirik. Oradan da Türk Hava
Yollarının TK 179 saylı müntəzəm səfəri ilə saat 08:25-də Amerika ən böyük şəhərlərindən biri olan Los Angeles şəhərinə hərəkət edirik. Təqribən 11 saatlıq uçuşdan sonra saat 11:55-də Los Angeles şəhərinə çatırıq.
Hava limanında bələdçimiz sizi qarşıladıqdan sonra otelə transfer olunuruq otağa giriş saatı 15:00 -dadır. Arzu edən qonaqlarımız əlavə təşkil olunacaq Los Angeles şəhər turunda iştirak edə bilərlər. Şəhər turunda ilk dayanacağımız Amerikanın Mələklər şəhəri olaraq tanınan, 2-ci böyük şəhəri olan Los Angeles şəhər turu həyata keçiriləcək. İlk olaraq filmlərdən də yaxşı tanıdığınız Hollywood bulvarını görəcəyik. Burada Oscar mərasimlərinin təşkil edildiyi Kodak teatrı (Yeni adı ilə "Dolby Theater"), məşhur filmlərin premyeralarının keçirildiyi Çin teatrı, kino və musiqi dünyasının ulduzlarının əl və ayaq izlərini, eyni zamanda “Məşhurlar Yolu” (Şöhrət Xiyabanı) görəcəyimiz yerler arasındadır. Siz həmçinin bu bölgədən şəhərin simvolu olan nəhəng hərflərlə yazılmış məşhur ''Hollwood'' lövhəsinin şəklini çəkmək imkanınız olacaq. Daha sonra məşhur Sunset Stripyolu üzərindən Santa Monica bulvarına keçərək Beverly Hills-ə çatırıq. Daha sonra “Pretty Woman” filminin çəkilişlərinin həyata keçirildiyi, dünyanın ən lyuks mağazalarının yerləşdiyi, məşhur Rodeo Drive-da qısa gəzinti edərək, Elvis Presley və John Lennon kimi dünya ulduzlarının illərlə yaşadığı ünvan olan "Beverly Willshire Oteli”ni görəcəyik. Rodeo Drive-dan çıxdıqdan sonra Los Anceles şəhərinin mərkəzi olaraq tanınan Downtown istiqamətində hərəkət edirik. Burada Olvera küçəsini, Los Anceles şəhərinin siluetini meydana gətirən göydələnləri və şəhərin ilk qurulduğunda meydana gələn tarixi mərkəzini görəcəyik. Turdan sonra otelimizə transfer olunuruq və otaqlara yerləşdikdən sonra istirahət üçün sərbəst vaxtınız olacaq. Axşam arzu edən qonqlar üçün əlavə olaraq Santa Monica turu həyata keçiriləcəkdir. Küçə sənətçilərinin nümayişləri ilə möhtəşəm görünüşə malik olan Santa Monica-da yerləşən dəbdəbəli kafelərdə bir şeylər içərək yorğunluğunuzu ata bilər, şam yeməyinizi bu gözəl yerdə yerləşən restoranlardan birində edə bilərsiz. Oteldə gecələyirik.
Qeyd: Bələdçilərimiz qonaqlarımızın vaxtlarını daha səmərəli istifadə etmələri üçün Santa Monika turunu otelə getməmişdən əvvəl həyata keçirə bilər.
2-ci gün LOS ANCELES
Səhər asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi Universal turunda iştirak edə bilərlər. Bu parkda Amerika xülyasının meydana gəlməyində çox təsirli effekti olan filmlərin necə çəkildiyini və qəhrəmanlarını yaxından görmə fürsətini əldə edəcəksiniz. Dünyaca məşhur rejissor Steven Spielbergin kreativ müşaviri olduğu Universal Studios-un nə üçün dünyanın 1 nömrəli studiyası və əyləncə parkı olduğunu çox daha yaxşı anlayacaqsınız. Bu park yalnız bir əyləncə deyil dünya kino tarixinin və texnologiyasının əsrlərə çatan təcrübəsinin də bir məhsuludur. 40-dan çox şou, film seti və əyləncə sizləri öz dünyasına çəkərək əyləndirməklə qalmayıb, nəfəslərinizi kəsərək filmlərin içində olduğunuz hissini yaşadacaqdır. Turdan sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə Sahil Şəhərləri turu olacaqdır. Bu turda Amerikanın ən işlək ikinci limanı olan Long Beach-də məşhur Queen Mary gəmisini, Formula 1 yarışlarının həyata keçirildiyi pisti (Grand Prix of Long Beach) görəcəyik. Sakit okean sahilindən cənuba doğru enərək; Newport Beach, Seal Beach, Huntington Beach, Laguna Beach, kiçik bir qayıqla keçəcəyimiz Balboa Adası və digər yerləri gəzəcəyik. Oteldə gecələyirik.
3-cü gün LOS ANGELES
Səhər asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi San Dieqo şəhər turunda iştirak edə bilərlər. Amerikanın ən gözəl şəhəri olaraq bilinən San Diegoda ilk dayanacağımız La Jolla olacaq. Pilajı və sahilləri ilə məşhur olan La Jollada təbiətin və lüks evlərin ahəngini görə bilər, fotoşəkillərini çəkə biləcəksiniz. La Jolladan sonra ikinci dayanacağımız olan Old Towna hərəkət edəcəyik. Old Town meydanında gəzərək tarixi bir tur həyata keçirəcəyik. Bu turumuzda: Wells Fargo Bankının tarixi şöbəsi, məhkəmə binası, ofisi dövrün ən zəngini ailələrindən olan Estedillo ailəsinin 170 illik malikanəsini, poçt avtomobilləri və xüsusi at arabalarının nümayiş olunduğu tarixi ahrı ziyarət edəcəyik. Old Towndan sonra: Seaport Village, Midway təyyarə gəmisini, məşhur Kiss heykəli, Amerika Dəniz qüvvələrini bazasının olduğu və eyni zamanda Amerikanın ən böyük taxta tikilisi olan "Bəziləri İsti Sevir" filiminin çəkildiyi tarixi Hotel Del Coronado - nun da olduğu Coronado adası ziyarət edəcəyimiz yerlərdəndir. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
Qeyd: Midway təyyarə gəmisinin ziyarəti yalnız kənardan fotoşəkili çəkiləcək.
4-cü gün LOS ANGELES - LAS VEGAS
Səhər otel otaqlarını təhvil veririk. Nevada ştatının ən əhəmiyyətli turizm mərkəzi olan və dünyanın ən böyük otellərinin yerləşdiyi gecələr şəhəri Las Veqas-a hərəkət edirik. Möhtəşəm şəhərə girən kimi məşhur Las Vegas Bulvarını və otellərini panoramlı görəcəyik. Otaqlara yerləşmə. Axşam Las Vegas Strip-də gəzmək və otellərin vizual açıq şoularını izləmək imkanınız olacaq. Las Veqasın dünyaca məşhur şoularına getmək istəyən qonaqlarımızı üçün transfer təşkil olunacaq. Axşam şansınızı sınamaq üçün minlərlə masa və slot sizi gözləyir. Oteldə gecələyirik.
5-ci gün LAS VEQAS
Səhər asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi helikopter ilə Grand Canyon turunda iştirak edə bilərlər. Bu turumuzda səhər otelimizdən xüsusi olaraq bizim üçün təxsis olunan nəqliyyat vasitəsi ilə Las Veqasdan Arizona əyalətində yerləşən Grand Canyon-a hərəkət edirik. Təxminən 2 saatlıq səfərindən sonra Grand Canyon-a çatırıq. Burda bizi qarşılayırlar və helikopterə minirik. 5-6 nəfərlik helikopterə minərək, Kanyonun ən altında yerləşən Colorado çayın enərək möhtəşəm Canyon mənzərəsi sizi valeh edəcək. Aşagıda bizi gözləyən gəmidə çay turu həyata keçirəcəyik. Geri qayıdarkən bizi ətrafı gəzdirəcək avtobusa minirik. Daha sonra Eagle Point-dan (Qartal nöqtəsi) Canyon-nun möhtəşəm şəkillərini 800 metirlik uçurumdan çəkmək imkanı əldə edəcəyik. Burdan sonra təkrar avtobusa minərək Guano Pointə hərəkət edirik. Guano Pointte yerli insanlarin hazırladığı yeməyi möhtəşəm mənzərə qarşısında yedikdən sonra terminala geri qayıdaraq xüsusi nəqliyyat vasitəsi ilə Las Veqasa qayıdırıq. Həyatda heç olmasa bir dəfə görülməsi lazım olan, dünyanın 7 təbii möcüzəsindən biri olan möhtəşəm Canyon-nun sahibi HUALAPAI Qırmızıdərililəri ilə tanış olma fürsətini əldə edəcəyiniz bu turu qaçırmamağınızı tövsiyyə edirik. Oteldə gecələmək.
6-cı gün LAS VEGAS - SAN FRANSİSKO
Səhər Las Vegas Hava limanına transfer olunuruq. Amerika daxili reysi ilə San Fransiskoya uçuş həyata keçiriləcək. Hava limanına çatdıqdan sonra otelə transfer olunuruq. (Otaqlar 15:00 -da təhvil veriləcək) Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi San Fransisko Şəhər Turunda iştirak edə bilərlər. Tur zamanı: Civic Center, Golden Gate Bridge, Balıqçı Limanı və Çin məhəlləsini gəzəcəyik. Şəhər turundan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələmək.
7-ci gün SAN FRANSİSKO
Səhər bu gözəl şəhəri görmək üçün asudə vaxtınız olacaq. Arzu edenlər qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi Sausalito - gəmi ilə Alkatraz - Fisherman’s Wharf - Cable Car - Union Square turunda iştirak edə bilərlər. San-Fransisko -nun əvvəlki yüksək vəzifəli məmurlarının, indi isə ən zənginlərinin yaşadığı Sausolito -ya hərəkət edirik. Təxmini 45 dəqiqəlik avtobus səfərindən sonra çox sevimli bir qəsəbə olan Sausalito-ya gedəcəyik. Sahil boyunca gəzərkən bir birindən gözəl evləri görəcəyik. Ardından gəmi ilə San Fransisko-ya geri qayıdarkən bir zamanlar “dünyanın oradan qaçmağın imkansız olduğuna inanılan yeganə həbsxanası” olaraq bilinən Alkatraz-ı fotoaparat ilə çəkmək imkanı əldə edəcəksiniz. Eyni zamanda San Fransisko şəhərinin möhtəşəm mənzərəsinin şahidi olacaqsınız. Tur başa çatdıqdan sonra məşhur San Fransisko küçələri ilə filmlərdən də çox yaxşı tanıdığımız Cable Car (qırmızı tramvay) ilə Union Square-a gedəcəyik. San-Fransisko -nun ən canlı bölgəsi Fashion District (moda bölgəsi) və Chinatown sizi gözləyir. Oteldə gecələmək.
8-ci gün SAN FRANSİSKO - NYU YORK
Səhər oteldən çıxış edirik. Axşam saatlarına qədər asudə vaxtınız olacaq. Və ya arzu edən qonaqlarımız bələdçilərinin təşkil etdiyi əlavə Napa Vadisi və Şərab Dadımı turunda iştirak edə bilərlər. Bu turda biz ABŞ-ın ən məşhur şərab bölgəsi olan, 300-dən çox üzüm bağının olduğu Napa Valley vadisindəki üzüm bağlarından və şərab zavodlarından birinə baş çəkəcəyik. Bu turda şərab zavoduna gedəcək və şərab hazırlanması haqqında məlumat əldə edəcəyik. Turdan sonra arzu edənlər şərab dadımı turu zamanı şərab zavodunun zirzəmilərində köhnəlmiş Kaliforniya şərablarının dadına baxa bilərlər. Axşam San Fransisko hava limanına transfer olunuruq və Amerika daxili reysi ilə Nyu York şəhərinə gedirik. Təyyarədə gecələmək.
9-cu gün NYU YORK
Səhər erkən saatlarda Nyu York şəhərinə çatırıq. Hava limanında bələdçimiz sizi qarşıladıqdan sonra sizin üçün xüsusi olaraq təxsis olunan nəqliyyat vasitəsi ilə səhər yeməyi üçün restorana hərəkət edirik. Səhər yeməyindən sonra Manhattan bölgəsində panoramlı tur həyata keçirəcəyik. Şəhər turunda: Manhattan, Birləşmiş Millətlər Binası, Madison Square, Central Park, Rockfeller Center, Dünya Ticarət Mərkəzi, Times Meydanı və digər əhəmiyyətli yerlər gəziləcəkdir. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq və asudə vaxt. (Otaqlar 15:00 -da təhvil veriləcək) Bələdçiniz axşam yeməyi üçün restoranlarla bağlı tövsiyələrini verəcəkdir.
10-cu gün NYU YORK
Səhər asudə vaxt. Arzu edən qonaqlarımız bələdçimizin təşkil edəcəyi əlavə “Nyu York-un Atributları” turunda iştirak edə bilərlər. Metro ilə həyata keçirəcəyimiz bu tur əsnasında ilk öncə dünyanın ən hündür binalarından biri olan Empire State Building binasına çıxmaq üçün bu möhtəşəm tikilini ziyarət edəcəyik. Yüksək sürətli liftlər ilə binanın 320 metr hündürlüyündə yerləşən 86-cı mərtəbədəki terrasdan möhtəşəm Nyu York mənzərəsini seyr edəcəyik. Brooklyn Körpüsü, Dünya Ticarət Mərkəzi, Azadlıq Heykəlinin yerləşdiyi Liberty Island və 1892-1954-cü illərdə immiqrantların keçid məntəqəsi olan Ellis adası, görüləcək yerlərdəndir. Turdan sonra Manhetten Adasına geri dönüb otelimizə transfer olunuruq. Alış-veriş etmək və ətrafı gəzmək üçün asudə vaxtınız olacaq. Oteldə gecələyirik.
11-ci gün NYU YORK - İSTANBUL
Səhər asudə vaxt. Arzu edən qonaqlarımız Manhattan bölgəsində gəzərək vəya alış-veriş edə bilərlər. Və ya bələdçimizin əlavə olaraq təşkil edəcəyi Pennsylvania Əyalətinin ən əsas şəhəri olan Filadelfiya şəhərini ziyarət edəcəyik. Amerika Birləşmiş Ştatlarının müstəqillik Bəyannaməsinin imzalanaraq ABŞ Konstitusiyasının qüvvəyə mindiyi müstəqillik binasını ziyarət edəcəyik. Daha sonra Benjamin Franklin körpüsü, Azadlıq zəngi, Benjamin Frankli'nin məzarı, Filadelfiya şəhərinin ən gözəl binası olan bələdiyyə binası, Gözəl Sənətlər Akademiyası, Kitabxana, Rodin Muzeyi, tarixi əyalət həbsxanası, Rocky filminə səhnə olan nərdivanlarıyla məşhur Filadelfiya sənət muzeyi və Delaware çayı görüləcək yerlər arasındadır. Turdan sonra asudə vaxtınızı çox diqqətinizi çəkəcəyini düşündüyümüz 100-dən çox restoran və qastronomu olan tarixi Reading Terminal Markette vaxt keçirib Məşhur Phil’s Cheesesteak'lərin dadına baxa bilərsiniz. Axşam Nyu York Hava limanına transfer olunuruq.
12-gün İSTANBUL - BAKI
Türk Hava Yollarının TK 012 saylı müntəzəm səfəri ilə saat 00:10-da İstanbula hərəkət edirik. Təyyarədə gecələmək. Yerli saat ilə 16:50-də İstanbul Türk Hava Limanına enirik. Daha sonra Türk Hava Yollarının TK 336 saylı müntəzəm səfəri ilə saat 22:00-da Bakıya hərəkət edirik. Saat 01:45-də (+1) Bakıya çatırıq və turumuz başa çatır.
Əlavə Turlar
NYU YORK ATRİBUTLARI TURU
Metro ilə həyata keçirəcəyimiz bu tur əsnasında ilk öncə dünyanın ən hündür binalarından biri olan Empire State Building binasına çıxmaq üçün bu möhtəşəm tikilini ziyarət edəcəyik. Yüksək sürətli liftlər ilə binanın 320 metr hündürlüyündə yerləşən 86-cı mərtəbədəki terrasdan möhtəşəm Nyu York mənzərəsini seyr edəcəyik. Daha sonra Liberty Adasına gedərək həm Amerikaya gələn immiqrantların ilk dayanacağı olan adanı, həm də ölkənin ən əhəmiyyətli nişanəsi olan Azadlıq Heykəlini görəcəyik. Daha sonra 1 saatlıq gəmi ilə tur həyata keçiriləcək. Nyu York ilə Nyu Jersey arasında yerləşən Hudson çayına hərəkət edərək Nyu York atributları turunda: Bruklin körpüsü , Dünya Ticarət Mərkəzi , Azadlıq Heykəlinin yerləşdiyi Liberty Adasını və 1892 -1954 -cü illərdə gələn immiqrantların yoxlanış nöqtəsi olan Ellis Adaları görüləcək əhəmiyyətli yerlərdəndir. Turdan sonra Manhetten Adası görüləcək. Brooklyn körpüsündə gəzintidən sonra metro ilə Central Parka hərəkət edirik. Central Parkı gəzintidən sonra dincəlmək üçün kafedə əyləşirik. Dincəldikdən sonra gəzintiyə davam edirik. Rockefeller center, Times Square, Grand Central Station və Bryant Parkı ziyarət etdikdən sonra otelə geri qayıdırıq.
Turun qiyməti : 1 nəfər üçün 180 USD
NAPA VADISI ÜZÜM BAĞLARI VƏ ŞƏRAB DADIMI TURU
Bu turda 300-dən çox üzüm bağının olduğu Napa Valley vadisindəki üzüm bağlarından və şərab zavodlarından birinə baş çəkəcəyik. Bu turda şərab zavoduna gedəcək və şərab hazırlanması haqqında məlumat əldə edəcəyik. Turdan sonra arzu edənlər şərab dadımı turu zamanı şərab zavodunun zirzəmilərində köhnəlmiş Kaliforniya şərablarının dadına baxa bilərlər.
Turun qiyməti : 1 nəfər üçün 120 USD
LAS VEGAS CIRQUE DE SOLEIL SHOW TURU
Turun qiyməti : 1 nəfər üçün 100 USD /250 USD
FİLADELFİYA & MALL TURU
Turun qiyməti : 1 nəfər üçün 150 USD
UNIVERSAL STUDİYALARI TURU
Amerika filmlərinin necə çəkildiyini və qəhrəmanlarını yaxından görmə imkanımız olacaq. Dünyaca məşhur rejissor Stiven Spielberg -in kreativ məsləhətçisi olduğu Universal Studios - Floridanın və dünyanın 1 nömrəli studiyası, əyləncə parkı olduğunu çox rahatlıqla görəcəksiniz. Lakin bu park yalnız bir əyləncə deyil dünya kino tarixinin və texnologiyasının əsrə çatan təcrübəsinin də bir məhsuludur. 40 -dan çox şou, film və əyləncə sizləri öz içinə çəkib, əyləndirməklə yanaşı, nəfəslərinizi kəsəcək filmlərin içində yaşayacaqsınız.
Turun qiyməti : 1 nəfər üçün 250 USD
SANTA MONICA
Xüsusi avtobusla Santa Monica-ya hərəkət edirik. Burada nəqliyyat vasitələrinə bağlı olan 3-cü prospektdəki alış-veriş mərkəzini ziyarət edəcək, küçədə nümayiş edən insanları seyr edərək oradakı restoranlardan zövqünüzə uyğun yemək yedikdən sonra axşam otelimize geri dönəcəyik.
Turun qiyməti : 1 nəfər üçün 50 USD
SAN DIEQO
Qeyd: Midway təyyarə gəmisinin ziyarəti yalnız kənardan fotoşəkili çəkiləcək.
Turun qiyməti : 1 nəfər üçün 150 USD
LİMAN ŞƏHƏRLƏRİ TURU
Turun qiyməti : 1 nəfər üçün 120 USD
PREMİUM NORTH OUTLET TURU
Bu turda 190-dan çox mağaza CheeseCake Factory də daxil olmaqlavə daha gözəl məkanlarda yemək yemə və alış-veriş etmə imkanınız olacaq. Bələdçiniz sizə endirimli kuponlar təqdim edəcəkdir.
Turun qiyməti : 1 nəfər üçün 40 USD
GRAND CANYON TURU
Turun qiyməti : 1 nəfər üçün 450 USD
GRAND CANYON TURU
Turun qiyməti : 1 nəfər üçün 250 USD
LOS ANCELES ŞƏHƏR TURU
İlk olaraq filmlərdən də yaxşı tanıdığınız Hollywood bulvarını görəcəyik. Burada Oscar mərasimlərinin təşkil edildiyi Kodak teatrı (Yeni adı ilə "Dolby Theater"), məşhur filmlərin premyeralarının keçirildiyi Çin teatrı, kino və musiqi dünyasının ulduzlarının əl və ayaq izlərini, eyni zamanda “Məşhurlar Yolu” (Şöhrət Xiyabanı) görəcəyimiz yerler arasındadır. Daha sonra məşhur Sunset Stripyolu üzərindən Santa Monica bulvarına keçərək Beverly Hills-ə çatırıq. Daha sonra “Pretty Woman” filminin çəkilişlərinin həyata keçirildiyi, dünyanın ən lyuks mağazalarının yerləşdiyi, məşhur Rodeo Drive-da qısa gəzinti edərək, Elvis Presley və John Lennon kimi dünya ulduzlarının illərlə yaşadığı ünvan olan "Beverly Willshire Oteli”ni görəcəyik. Rodeo Drive-dan çıxdıqdan sonra Los Anceles şəhərinin mərkəzi olaraq tanınan Downtown istiqamətində hərəkət edirik. Burada Olvera küçəsini, Los Anceles şəhərinin siluetini meydana gətirən göydələnləri və şəhərin ilk qurulduğunda meydana gələn tarixi mərkəzini görəcəyik.
Turun qiyməti : 1 nəfər üçün 80 USD
SAUSALİTO VƏ GƏMİ İLƏ ALKATRAZ TURU
Turun qiyməti : 1 nəfər üçün 180 USD
SAN FRANSISKO ŞƏHƏR TURU
Turun qiyməti : 1 nəfər üçün 80 USD
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Los Angeles/Nyu York - İstanbul - Bakı ekonom sinif aviabileti - Las Vegas - San Fransisko - Nyu York ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Qeyd olunan kateqoriyalı otellərdə San Fransiskoda 2 gecə, Las Veqasda 2 gecə, Los Ancelesda 3 gecə, Nyu Yorkda 2 gecə, olmaqla ümumi 9 gecə gecələmək
- Nyu York şəhər turu və ilk gün səhər yeməyi
- Resort (fee) xidmət haqqı və şəhər vergisi
- Bütün tur boyunca türkdilli bələdçi
QİYMƏTƏ DAXİL DEYİL
- Səhər, günorta və axşam yeməkləri
- Viza rüsumu - 185 USD
- Viza dəstəyi - 150 AZN
- Bələdçi və sürücü üçün bəxşişlər (Amerikada 1 gün üçün 1 nəfərə 5 USD tövsiyyə olunur)
- Amerikada daxili uçuşlardakı baqaj qiyməti (Bir nəfər üçün 1-ci baqaj üçün 25 USD, 2-ci bagaj üçün 35 USD, əlavə olaraq çəki məhdudiyyəti mövcuddur)
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz qrupa daxil olan
qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava
limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə
çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən
CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər (USD / EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
4* OTEL
- Əlavə Yataq
- 3309.00
- Bir Nəfər
- 4009.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş