CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 Addımda AMSTERDAM Hollandiya

slide

Art Deco-da gecələmə: Bank's Mansion Amsterdam

slide

Yemək üçün tələsməyin: Bordewijk

slide

Pedala basın: AmsterBike

slide

Uçuş yorğunluğunuzu aradan qaldırın: Back to Life

slide

Çimərlik əyləncəsi: Bloemendaal aan Zee

slide

50-ci illərə səyahət: Laura Dols

slide

Gecə küçəyə çıxanlar üçün: Jimmy Woo

slide

Rijksmuseum

slide

Məhəllələrin kəşfi: Westergasfabriek

slide

AVintage kino zalı: Tuschinski Theater

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Amsterdam

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

Amsterdam Turunda ilk nəzərinizi cəlb edən şəhərin tamamilə velosiped cənnəti olduğu olacaqdır. Hollandiyanın paytaxtı və ən böyük şəhəri olan Amsterdam, memarlığı və mədəniyyəti ilə turistlərin sevdiyi şəhərlər arasında ilk sıralarda öz yerini tutur. XII əsrdə kiçik balıqçı kəndi olaraq qurulan Amsterdam, hal-hazırda Avropanın ən maraqlı paytaxtlarından biridir.

Amsterdamda gəziləcək yerlər

Amsterdamda gəziləcək yerlər arasında Dam Meydanı, Muzeylər Meydanı və Red Light District (Qırmızı İşıqlar Bölgəsi) başlıca turistik yerlərdir. 1500-cü ildə körpüləri və valehedici memarlıq binaları ilə ziyarətçilərini ovsunlayan Amsterdamda kanal turunda iştirak etmədən şəhəri tərk etməyin. 
Dam Meydanı: Turistlərin Amsterdama baş çəkdikdə ilk dayanacaqlarından olan Dam Meydanı bir çox kafe, restoran, kilse və muzeyə ev sahibliyi edir. 60-cı illərdə Hippilərin dayanacağı olan meydanda bir çox festival ilə rastlaşa bilərsiniz. Royal Palace, Grand Hotel Krasnapolsky, Milli Abidə, Yeni Kilsə və Madame Tussaud’s Muzeyi, Dam Meydanını gəzə biləcəyiniz başlıca məkanlardır.

Əgər bir şəhəri, ölkəni və mədəniyyəti tanımağın ən yaxşı yolunun orada saatlarla muzey gəzməkdir deyə düşünənlərdənsinizsə, Muzeylər Meydanı tamamilə sizə uyğundur deyə bilərik. İçərisində Van Gogh Muzeyi, Stedelijk Muzeyi, Rijksmuseum və Diamond Muzeyinin yerləşdiyi Muzeylər Meydanını ətraflı gəzmək üçün ən azı 1 gününüzü sərf etməlisiniz.

Amsterdamda gecə həyatı

Amsterdam gecə həyatı deyildikdə, əlavə düşünməyinizə ehtiyac yoxdur. Çünkü siz “Amsterdamda nə etməliyəm?” deyə qərar mərhələsində olarkən onlarla alternativ ilə qarşılaşa bilərsiniz. Hər tərzdə zövqə uyğun əyləncə həyatına sahib olan Amsterdamda gündüzlər sakit və daha səssiz olduğu halda, küçələr hava qararmağa başladıqda isə aşıb-daşmağa başlayır. Xüsusilə də Red Light District gec saatlara qədər yerli əhali və turistlərin axınına  məruz qalır.


Amsterdamın “Şimalın Venesiyası” olaraq tanınmasının səbəblərindən biri də təbii ki məşhur kanallarıdır. Şəhərdə yaşayanlar və turistlər üçün nəqliyyat rahatlığını təmin edən kanallar, eyni zamanda şəhərə tamamilə vizual gözəllik qatmaqdadır. 

Sizi yuxulamağa qoymayacaq gecə klublarının ən məşhurları Rembrantplein və Leidsepleində yerləşir. Bir çox festivala ev sahibliyi edən Amsterdamın gecə həyatı xüsusilə gənclər və turistlərin diqqətini cəlb edir.  Barça, Escape, Supper Club, Paradisco, Panama Amsterdamda baş çəkməli olduğunuz məkanlardan sadəcə bir neçəsidir.  

Amsterdamda nə yeyək? ( Amsterdam yeməkləri )

Zəngin mətbəxə sahib olmayan Amsterdamda müxtəlif mədəniyyətlərin yeməklərini asanlıqla əldə edə bilərsiniz. Hollandiyaya məxsus pendir, pivə və kartof qızartması ilə menyularınızı bəzəyə bilərsiniz.  Kokteyl və müxtəlif növlərdə olan pivələri dada biləcəyiniz barlara rast gələ bilərsiniz. Amsterdam’da Michelin Ulduzunu almaq hüququnu əldə edən restoranlar arasında Ciel Bleu, Bord'Eau, Lastage, La Rive və Vinkeles əsas yer tutur.


Amsterdam haqqında ümumi məlumatlar

Ölkə
Hollandiya
Dili
Dutch
Pul vahidi
Euro
Saat fərqi
Azərbaycandan 3 saat geridədir


1

2

Art Deco-da gecələmə: Bank's Mansion Amsterdam

Herengracht Kanalı sahilində yerləşən 51 otaqlı otelin bir çox otağından kanalın sakit axan sularını seyr etmək mümkündür. 2004-cü ildə Carlton markası altında açılan bu Art Deco oteli, binanın vitrajlı şüşəsi kimi bəzi tarixi xüsusiyyətlərini qismən mühafizə etmişdir. “Hər şey daxil xidməti” adı altında xidmət göstərən bu oteldə  səhər yeməyi The Kitchen-də verilir; mini bardakı içkilər və qəlyanaltılar üçün ödəniş tələb olunmur. Otelin ictimaiyyətə açıq istifadə sahələri də olduqca münasibdir...Geniş salonda bir kamin və hər kəsin istifadəsinə açıq olan elektron planşetlər mövcuddur. Hamamlar ağ-qara kafellərlə döşənmiş və otaqlar olduqca müasir stildə dekorasiya edilmişdir. Oteldə məhdud sayda icarəyə verilən scooter-lər də mövcuddur.
519-525 Herengracht, Amsterdam, Hollandiya www.carlton.nl

Yemək üçün tələsməyin: Bordewijk

Göstərişdən uzaq olan bu restoran yeməkləri gec servis etdiyinə görə digər restoranlardan fərqlənir. Bunun da səbəbi var: Hər məhsul sifarişə əsasən sıfırdan hazırlanır. Bu yanaşma bəzən yeməyin servis edilmə müddətini uzatsa da yeməyin təzə məhsullardan hazırlanmağına və ləzzətli olmağına dəyər. Məkânın sahibi və aşbazı Wil Demandt, hər masaya tək-tək yaxınlaşır və həm alakart həm də standart (fiks) menyu seçimlərini izah edir. Mətbəxdə əsasən Fransız yeməkləri üstünlük təşkil etsə də, müxtəlif Aralıq dənizi ölkələrinin təsiri də hiss edilir. Ütülən qara trüflü risotto restoranın ən gözəl yeməklərindən biridir. Dekor ağappaq divarları, qırmızı toxunuşlu metalik masaları, şamları və yamyaşıl bitkiləri ilə olduqca sadə və tərəvətlidir. Restoranın kanala baxan terası isə isti havalarda həddən artıq romantik olur.
7 Noordermarkt, Amsterdam, Hollandiya www.bordewijk.nl

3

4


Pedala basın: AmsterBike

Amsterdamın mərkəzi stansiyasına olduqca yaxın bir mövqedə yerləşən bu velosipedçidən velosiped icarəyə götürərək şəhəri həqiqi bir Amsterdamlı kimi gəzə bilərsiniz. Normal velosipedlərdən elektrikli velosipedlərə və scooterlərə qədər burada bir çox seçim mövcuddur. İstər üç saatlıq, istər bir günlük, hətta bir həftəliyinə belə icarəyə götürə bilərsiniz. İstəyinizdən asılı olaraq qrup turlarında iştirak edə bilər ya da özəl turunuzu təşkil edə bilərsiniz. AmsterBike-ın geniş şəbəkəsi ilə velosipedləri Amsterdamın bir çox nöqtəsinə təhvil verə bilərsiniz.
11 Piet Heinkade Amsterdam, Hollandiya www.amsterbike.eu


Uçuş yorğunluğunuzu aradan qaldırın: Back to Life

Təyyarədən endikdən sonra yorulan və şişən ayaqlarınızı rahatlaşdırmaq üçün möhtəşəm bir metod: Schiphol Hava limanı daxilində xidmət göstərən Back to Life-ın oturacaqlarına uzanın və lisenziyalı masaj terapistlərindən 10-20 dəqiqəlik yorğunluğunuzu aradan qaldıracaq masaj qəbul edin. İstəsəniz aqua masaj da qəbul edə bilərsiniz. Belə halda geyimlərinizi çıxartmaq məcburiyyətində qalmamağınız üçün sizə su keçirməyən ədyallar verilir. 36 çiləyici sizə müxtəlif təzyiq və istiliklərdə masaj etdikdən sonra özünüzü yenilənmiş və canlanmış hiss edəcəksiniz. 
Schiphol Hava Limanı, Giriş mərtəbəsi, E-F, Təhlükəsizliyə Nəzarətdən  sonra Amsterdam, Hollandiya www.backtolife.nl/en/schiphol
5

6

Çimərlik əyləncəsi: Bloemendaal aan Zee

Amsterdamlılar isti yay günlərində, kanalların sahilində qurulan qumlu çimərliklərə şezlonqlarını yerləşdirir və qısa müddətli çadırlarını açırlar. Bu çimərliklərdən ən effektiv və gözəli Bloemendaal-dır. Bir çox beach club-ın da mövcud olduğu və buna görə də kiçik Ibizayı xatırladan Bloemendaalda şezlonqlar, çimərlik çətirləri, DJ musiqisi, sushi və kokteyl servisləri də mövcuddur. Görmək, görülmək və əylənmək istəyirsinizsə mütləq Bloemendaal’s adlı klubda bir neçə saat vaxt keçirin. Məqsədiniz sakit və səssiz bir gün keçirməkdirsə Beach Club Vroeger’ə üstünlük verin və saat 22.00’də gecə əyləncəsi başlamazdan əvvəl məkanı tərk edin. Bloemendaal-a mərkəz stansiyasından avtobus və ya qatarla gedə bilərsiniz.


 Zeeweg 94 (Amsterdam’ın 20 km qərbində) Bloemendaal Amsterdam, Hollandiya www.bloomingdaleaanzee.com


50-ci illərə səyahət: Laura Dols

Amsterdamın alış-veriş mərkəzində mövcud olan Laura Dols-un missiyası, dünyanın ən yaxşı vintage məhsullarını əldə edib onlara yenidən həyat verməkdir.  1950-ci illərin modasını əsas götürən Laura Dols-da kokteyl gecə libaslarından smokinlərə, bijuteriyadan çantaya və bir çox digər aksessuara qədər 50-ci illərin ruhunu əks etdirən geyimləri əldə edəcəksiniz. Mağazanın arxasında yerləşən otaqda demək olar ki əsrlik Fransız yataq örtükləri və dəstləri mövcuddur. Alt mərtəbədə isə gəlinlik paltarları və məclis kostyumları var. Burada mövcud olan hər bir parça unikaldır; buna görə də qiymətlər müntəzəm surətdə dəyişir. 
6 Wolvenstraat Amsterdam, Hollandiya www.lauradols.nl



7

8


Gecə həyatını sevənlər üçün: Jimmy Woo

Leidseplein-in sonunda yerləşən bu lounge və gecə klubu, adını Marvel Comic-in Çinli-Amerikalı gizli agenti Jimmy Woo-dan götürmüşdür. Tarixi Hong Kong motiflərini qara dəri oturacaqlarla, lake divarlarını qızıl vərəqələrlə, musiqi videolarını isə valehedici işıqlandırma ilə peşəkarca sintez edən Jimmy Woo-da kokteyllər Avropanın ən gözəl miksoloji dəstlərindən biri olan The Fabulous Shaker Boys tərəfindən hazırlanır. Həftə sonları Avropanın məşhur DJ’lərinin musiqilərini dinləyə bilər, moda şoularından bir çox gecə nümayişlərində iştirak edə bilərsiniz.

18 Korte Leidsedwarsstraat Amsterdam, Hollandiya www.jimmywoo.com



Rijksmuseum

Amsterdam incəsənət pərəstişkarları üçün əsl cənnətdir. Burada gəziləcək bir çox muzey mövcuddur. Onlardan ən vacibindən biri Van Gogh, digəri isə Rijksmuseum-dur. Rijks-də Vermeer-dən Rembrandt-a The Masterpieces kateqoriyası altında toplanan XVII əsr əsərlərini seyr edə bilərsiniz. Vermeer-in ‘Süd Tökən Qadın’ adlı tablosu və Rembrandt-ın ‘Gecə Gözətçisi’ adlı əsərinə baxmağa mütləq gedin. Muzeyi gəzərkən keçmiş zamanların əl işçiliyini və xəyal gücünü yaxından görə biləcəyiniz uşaq evlərini də görməyi unutmayın.

Hobbemastraat 21 Amsterdam, Hollandiya www.rijksmuseum.nl



9

10

Məhəllələrin kəşfi: Westergasfabriek

Amsterdam-ın 19-cu əsrdən qalan, xarabalığa çevrilən qaz fabriki Westergasfabriek 1990-cı illərdən etibarən  bərpa edilməyə başlanmışdır. Yaranan hava çirkliliyinin təmizlənməsi üzrə müvafiq işlər görülmüş, həmin bölgənin ətrafına parklar salınmışdır. Bu həm sahibkarları həm də sənətçiləri bu bölgəni canlandırmağa və yenidən inkişafına təşviq etmişdir. Bugün Westergasfabriek, fiilmlərdən sənət qaleriyalarına, mağazalardan restoranlara, mədəniyyət mərkəzlərindən kafelərə olduqca canlı abu-havaya sahibdir. Bölgəni əhatə edən geniş park sahəsi Kathryn Gustafson tərəfindən dizayn edilmişdir. Gustafson bölgənin sənaye xüsusiyyətlərini çiçək ləkləri və sənət işləri ilə sintezləmişdir. Gecələri sərginin keçirildiyi məkanlar məşhur DJ performansları, teatr nümayişləri və canlı musiqi ilə gecəni rəngləndirməyə davam edir.  
41 Pazzanistraat Amsterdam, Hollandiya www.westergasfabriek.nl



AVintage kino zalı: Tuschinski Theater

Bu vintage kino zalının sahibi Abraham Tuschinski, ailəsi ilə birgə Auschwitz-də öldürülmüşdür. Buna baxmayaraq filmi bugünlərə qədər gəldi və nasist işğalından zərər görmədən qurtula bildi. Art Deco, Art Nouveau, Mağrip və oriental memarlıq stillərinin müvəffəqiyyətlə bir yerə toplandığı kino binası bütünlükdə mədəni mirasdır. Art Deco lampaları, tovuz quşlarının şəklinin çəkildiyi yağlı boya tabloları, 800 oturacaqlı, cütlər üçün əkiz oturacaqları və nəhəng Morokko xalçası ilə bura kino salonundan çox opera binasını xatırladır. VIP biletlərindən alsanız nümayişdən əvvəl kanepe və şampan servisindən zövq ala bilərsiniz. 
26-34 Reguliersbreestraat Amsterdam, Hollandiya www.pathe.nl/bioscoop/tuschinski




Amsterdam TURLARI

  • Benilüks & Paris Turu Türk Hava Yolları ilə 7 gecə

    Benilüks & Paris 1249 €

    Benilüks & Paris Turu Türk Hava Yolları ilə 7 gecə
    Tarix və əlavələr üçün sıxın

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel