CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 Addımda Rio de Janeyro Brazilya

slide

slide

slide

slide

slide

slide

slide

slide

slide

slide

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Rio de Janeyro

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

1

2

Braziliya məhsulları & Fransız mətbəxi: Olympe

Michelin ulduzlarının çox sevdiyi və Troisgros Ailəsinin üzvlərindən olan aşbaz Claude Troisgros cassava və açaí kimi Braziliya məhsullarından istifadə edərək Olympe-in Fransız mətbəxində möhtəşəm sənət əsərləri yaradır. Şəhərin ən yaxşı restoranları arasında öz yerini tutan Olympe, ağacların kölgələdiyi prospektdə, qədimi bir evdə, o qədər də füsunkar olmayan bir binada xidmət göstərir. Ancaq içəri daxil olduqda fikriniz dərhal dəyişir. Klassik dəbdəbənin məbədi olacaq şəkildə dekorasiya olunan bu məkan tünd rəngli taxta mebelləri, qırmızı rəngli oturacaqları və bəyaz örtüləri ilə əvvəlcə gözünüzü oxşayacaqdır. Məkanın sonundakı pəncərədən mətbəxi və içərisini görə bilərsiniz. Picholine zeytunları və bəyaz truffle yağı ilə  bişirilən, duza qoyulan morina balığı restoranın ən çox tələb olunan yeməyidir.


62 Rua Custodio Serrao Rio de Janeiro, Braziliya www.claudetroisgros.com.br

Minlərlə meyvə: Mil Frutas

Rioya ailəliklə getmisinizsə 1988-ci ildən bəri xidmət göstərən Mil Frutas baş çəkəcəyiniz ilk yer olmalıdır. Uşaqlarınız buranı çox bəyənəcək. Sadəcə uşaqlar deyil, böyüklərin də bəyənəcəyi Mil Frutas-da dondurmadan başqa sorbe və müxtəlif çeşiddə dondurulmuş şirniyyatlar da servis olunur. 80-dən çox sorbe və dondurma çeşidlərindən ən çox bəyəniləni eqzotik meyvələrlə hazırlanan şirniyyatlardır. Xüsusilə, sərt qoxulu star fruit və fındıqlı açai-nin dadına mütləq baxmalısınız.  


Rua J. J. Seabra, Jardim Botânico Rio de Janeiro, Braziliya www.milfrutas.com.br

3

4

Kolonial memarlığın izində: Santa Teresa və Lapa

Rionun ən yaxşı qorunan və pitoresk kolonial dövrün memarlıq nümunələrini bu iki qonşu bölgəde-Santa Teresa və Lapa-da görə bilərsiniz. 1750-ci ildə inşa edilən su kəməri Arcos da Lapa-nın bəmbəyaz kəmərləri Alban səkilərinin təyin edildiyi geniş prospekt ilə əhatələnmişdir. Bura, eyni zamanda Santa Teresa-nın da əsas prospekti olan Rua Almirante Alexandrino-dur. Bu prospektdə 18 və 19-cu əsr tacirləri ilə yanaşı sıralanan rəngârəng evləri və təpələrdə inşa edilən villaları görəcəksiniz. Bu evlər yaxın vaxtda restorasiya edilmişdir və hal-hazırda da qorunur. Buradan tramvay Bondinho de Santa Teresa-ya minin və kəmərlərin təpəsinə çıxın.


Estação Carioca, Petrobras Binası Rio de Janeiro, Braziliya +55-21/2240-5709

Gecə quşlarına: Rio Scenarium

Bura gecə klubu olaraq da adlandırıla bilər bar olaraq da. Hətta bura üçün mebel fabriki deyilsə də buna inanmaq olar. Ən yaxşısı siz buranı öz gözlərinizlə görün, çünki bura olduqca maraqlı məkandır. Bir-birinə bitişik üç mərtəbəli iki binadan ibarət olan Rio Scenarium rəqs meydançaları, lounge sahələri, kokteyl stansiyaları və antikvar əşyaları ilə olduqca maraqlıdır. Klub antikvar dekorasiyalı olduğuna görə televiziya serialları və film çəkilişlərində istifadə olunur. Müştəri profili isə müxtəlif çeşidlərdədir. Maraqlı və qeyri-adi gecə üçün Rio Scenarium-a mütləq baş çəkin.  


20 Rua do Lavradio Rio de Janeiro, Braziliya www.rioscenarium.com.br

5

6

Sənətkara hörmət duruşu: Niterói Müasir Sənət Muzeyi

2012-ci ilin sonunda itirdiyimiz Braziliyalı usta memar Oscar Niemeyer'in memarlıq abidəsi olan bu müasir sənət muzeyinin tikintisi 1996-cı ildə tamamlanmışdır.  Böyük sənətkarın bu əsəri tamamladıqda yaşı 89 idi, ancaq muzey binası onun 60 və 70-ci illərdəki işlərinin qüsursuzluğunu daşıyır. Muzeydə gənc, müasir Braziliyalı sənətkarların əl işləri nümayiş olunur; Fasiləsiz və müddətli sərgilər keçirilir. Muzeyin davamlı kolleksiyası o qədər də cəzbedici olmaya bilər ancaq sadəcə Niemeyer-in bu kosmos gəmisini xatırladan qüsursuz, nəhəng əsərini mütləq görməli və bu muzeyi ziyarət etməlisiniz.  


Mirante da Boa Viagem Rio de Janeiro, Braziliya www.macniteroi.com.br

Suit həzzi: Marina All Suites

Roberto Burle Marx mozaikli gəzinti yolundan daxil olacağınız bu füsunkar otel, incə, uzun bir binada 38 suitlə xidmət göstərir. Suitlər yumuşaq və neytral rənglərdə dekorasiya edilmiş, ancaq arada canlı rəng toxunuşları ilə hərəkətləndirilmişdir. Yataq otağı və qonaq otağının şüşə divarla bir-birindən ayrıldığı Topázio sizin ilk seçiminiz ola bilər. Suitlərin əksər hissəsində soyuducu və mikro dalğalı sobanın olduğu bir mətbəx var. Otelin retro barı olan Bar D’Hoteldə içki içərək günün yorğunluğundan qurtula bilər və ya xüsusi kino salonunu icarəyə götürərək vaxtınızı xoş keçirə bilərsiniz. Və ya Leblon Çimərliyinə baxan terras hovuzunda günəşlənə bilərsiniz. Oteldən bir neçə küçə qarşıda-Rua General Urquiza-da cümə axşamı və bazar günləri fermer bazarı qurulur.  


696 Av. Delfim Moreira Rio de Janeiro, Braziliya www.marinaallsuites.com.br

7

8

Şəkərqamışından hazırlanan kokteyllər: Academia da Cachaça

1985-ci ildə açılan Academia de Cachaça, şəkərqamışından hazırlanan sərt likör cachaça-yı sevənlərin bir nömrəli ünvanıdır. Rionun ən məşhur içkisi caipirinha-nın əsasını yaradan cachaça burada kristal fincanlarda da servis edilə bilər, tropik meyvələrlə hazırlanan kokteyllərin içərisində də. Cachaça, limon və balla hazırlanan Caipirinha Acadêmica bu kokteyllərden ən məşhurudur. Brasil em Cubos isə cachaça ilə birgə meyvə ətirli buzla hazırlanır. Məkanın qara və şüşəli divarları olduqca cəzbedicidir.


26 Rua Conde de Bernadotte Rio de Janeiro, Braziliya  www.academiadacachaca.com.br

Corcovado Təpəsi

Corcovado Təpəsi, Xilaskar İsa heykəli ilə məşhurdur. Bu təpəni reallıqda görməsəniz belə filmlərdən tanıyırsınız. 360 dərəcəlik şəhər görüntüsü üçün təqribən 700 metr hündürlüyündəki təpəyə çıxın. 130 illik Corcovado qatarı sizi təpəyə çıxara bilər. Tijuca yağış meşələrinin içindən mənzərəni seyr edərək yuxarı çıxmağa üstünlük verənlərdənsinizsə taksi sifariş verə bilərsiniz. 


513 Rua Cosme Velho, Parc Nacional da Tijuca Rio de Janeiro, Braziliya +55-21/2558-1329

9

10

Gloria Bazarı

Açıq hava bazarlarını sevirsinizsə bazar günləri Santos Dumont Hava Limanı yaxınlığında qurulan Gloria Bazarını ziyarət etmədən şəhəri tərk etməyin. Hər bazar saat 10:00-17:00 arasında açıq olan Gloria Bazarı nəmli havası, dəzgahlardakı eqzotik meyvələri, musiqisi, səs-küyü və rəngli Rioluları ilə olduqca canlı şəhəri sizə təqdim edir. Ev xanımlarının meyvələrin qiymətlərini aşağı salmalarını və ya ən yaxşısını seçmək üçün əllərini su dolu xərçəng vedrələrinə salarkən görə bilərsiniz. Rionun turistik tərəfini görmək istəyirsinizsə çimərliklərə, real həyatını görmək istəyirsinizsə Gloria Bazarına baş çəkin. Bacuri ya da cupuaçu qarşınıza çıxsa almağı unutmayın. Bu meyvələrə başqa yerlərdə rast gəlmək çətindir.  


Gloria Rio de Janeiro, Braziliya

Macəra həvəskarları: Hand Gliding

Pedra Bonita Təpəsi-dən aşağıya tullanmaq istəyirsinizmi? Bu idman Rioda təqribən dörddəbir əsrdir ki keçirilir. Dünyada xalqa açıq yerlərdən tullanmağa icazə verən ilk şəhərlərdən biri olan Rioda 10-20 dəqiqəlik uçuşlarla başlayıb, həyəcanverici enişlərlə başa çatan bu idman növü São Conrado-nun Pepino Çimərliyində günəşlənənləri başda təəccübləndirsə də ancaq zaman keçdikcə hər kəs buna öyrəşdi. Şəhəri həqiqətən də quş baxışı görmək istəyən macerapərəstlərin  mütləq təcrübədən keçirməli olduğu bu fəaliyyət növü usta təlimçi, pilot Assad Júnior tərəfindən həyata keçirilir. Əvvəlcə bir neçə sınaq atlayışından sonra tam uçuş...


Rio de Janeiro, Braziliya www.asadeltatour.com.br


Rio de Janeyro TURLARI

  • Argentina Braziliya Türk  Hava Yolları ilə 8 gecə

    Argentina Braziliya 3509 $

    Argentina Braziliya Türk Hava Yolları ilə 8 gecə
    Tarix və əlavələr üçün sıxın

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel