Mərkəzi Avropada tarixin və incəsənətin mərkəzi olan Vyana şəhəri sizi valeh edəcək.
Vyanada Gəziləcək YerlərMərkəzi Avropada tarixin və incəsənətin mərkəzi olan Vyanada gəziləcək yerlər deyildikdə ilk ağla gələn tarix boyunca paytaxtı olduğu Habsburg xanədanı və Avstriya – Macaristan İmparatorluğuna aid bir çox mühüm tarixi əsər və memarlıq binalarıdır. Bu yerlər arasında ən başlıcası; adını Aziz Stephan-ın məzarının yerləşdiyi Stephansdom Katedralından götürən, Vyananın ən məşhur meydanlarından biri Stephansplatz-dır. İstər meydanda yerləşən dükkanları, istər sənət və musiqi dolu abu-havası, istərsə bənzərsiz tarixi və memarlığı ilə bu meydan sizə rahatlıq bəxş edəcək. Eyni zamanda meydana adını verən Stephansdom Katedralı da mütləq ziyarət edilməlidir. Əgər klassik musiqi və incəsənətə meyliniz varsa, Opera Binası və nadir olan bir çox muzey və qaleriyanın yerləşdiyi Museum Quartier olmağı arzuladığınız yerlərdən biri olacaqdır. Müxtəlif tarixlərdə keçirilən konsert və festivallarla yanaşı bir çox mədəniyyət-incəsənət tədbirləri hər bir kəsin diqqətini çəkir. Eyni zamanda bu bölgədə yerləşən Kunsthalle, Leopold Muzeyi, Architekturzentrum və Mumok da gəzməli-görməli olduğunuz yerlər arasındadır.
Vyanada Gecə Həyatıİncəsənət və musiqi həyatı nə qədər bol olsa da Vyanada gecə həyatı və əyləncəsi də bir o qədər aktiv şəkildə yaşanır. Gecə həyatı ilə Orta Avropanın məşhur şəhərlərindən biri olan Vyanada bir çox və fərqli konseptdə əyləncə mərkəzi, pub, kafe və gecə klubları yerləşir. Xüsusilə, universitet həyatının gecə əyləncəsinə müsbət mənada töhfə verən Vyana bu sahədə də bir çox imkan yaradır. Titanic, Queen Club, Mosaique, Chelsea, U4 və 7 Stern Brau kimi populyar məkanlar baş çəkəcəyimiz yer arasında öz yerini tutur.
Vyanada Nə Yeyilir (Vyana Yeməkləri)?Vyananın hansı yeməkləri məşhurdur? Vyanada nə yeyilir deyildikdə ağla ilk əvvəl kotlet ətinin çörək qırıntılarının qızardılması ilə hazırlanan ləzzətli Vyana sayağı Şnitzel gəlir. Əsasən ət və kartofun üstünlük təşkil etdiyi, fərqli ləzzətlərə sahib olan Avstriya mətbəxi çox zəngin olmasa belə yeməklərdən zövq alacağınız bir çox dadı sizlərə təklif edir. Eyni zamanda Şnitzel-dən başqa sosiska-kartof salatı və Macarlara xas qulyaş yeməyi də ən çox üstünlük verilən yeməklər arasında öz yerini tutur. Vyanaya səyahət etdikdə yemək üçün üstünlük verəcəyiniz məkanlar arasında Cafe Sperl, Cafe Pruckel, Sapa, Cafe Hawelka, Babettes, Cafe Jelinek, Demel, Figlmuller, Amerlingbeisl, Steirereck, Korso, Drei Husaren kimi məkanlarda, günün fərqli saatlarında bir çox restoran və kafedə vaxtınızı keçirə bilərsiniz.
|
Vyana Haqqında Ümumi Məlumatlar
|
1
|
2
|
İmparatorluq stilində (üslubunda) gecələmə: Palais CoburgŞəhər qala divarlarının təpəsinə 1840-cı illərdə inşa olunan bu saray bir vaxtlar Ferdinand von Saxe-Coburg-Gotha-nın yay iqamətgahı olmuşdur. 2003-cü ildə otel kimi fəaliyyət göstərən böyük saray 35 süitlə xidmət göstərir. Hər biri ya ənənəvi ya da müasir stildə döşənən bu otel gözlərdən uzaq və olduqca sakit yerdə yerləşir. Bununla yanaşı opera, alış-veriş mərkəzləri və muzeylər kimi şəhərin bütün hərəkət və canlılığına sadəcə bir neçə dəqiqə uzaqlıqdadır.
4 Coburgbastei Vyana, Avstriya www.palais-coburg.com |
FabiosMichelin ulduzlu Fabios İtalyan mətbəxi yeməklərinə üstünlük verən olduqca füsunkar restorandır. Şəhərin üst sosial-iqtisadi təbəqəsini qonaq edən restoran, olduqca populyar şam yeməyi məkanıdır. 2002-ci ildə Fabio Giacobello tərəfindən açılan Fabios, qara rəngli dəri kresloları və valehedici şərab barı ilə eyni zamanda dəbdəbəli və sofistik görüş yeridir. Təzə məhsullarla hazırlanan Aralıq dənizinin ləzzətləri arasında ev heyvanları və dəniz məhsulları ön planda öz yerini tutur. Adaçayı ilə hazırlanan gnocchi və portağal pestosu ilə servis edilən ət, restoranın sevimli yeməklərindəndir. Tuchlauben 6 Vyana, Avstriya www.fabios.at |
3
|
4
|
Academy of Fine Arts Vienna1692-ci ildə Peter Strudl tərəfindən inşa edilən, sonralar Avstriya Baronu olacaq sarayın rəssamı Academy of Fine Arts, Vyananın ən prestijli məktəbləri arasında göstərilir. 900-dən çox tələbənin təhsil aldığı akademiyada araşdırmaya əsaslanan fərqli sənət intizamları öyrədilir. Kampus (Şəhərcik) 33 min 500 metr genişliyinə sahib və içərisində bir muzeyin olduğu beş binadan ibarətdir. Muzeydə Hieronymus Bosch-un məşhur Last Judgment Triptych adlı əsəri nümayiş olunur. Son texnologiya məhsulu bir video və səs studiyasına sahib olan akademiyanın kitabxanasında ölkənin ən zəngin rəsm kolleksiyası (ən azı 150 min) da mövcuddur.
3 Schillerplatz Vyana, Avstriya www.akbild.ac.at |
Musiqinin qəlbinə səyahət: MozarthausMozart bu evdə bugünə qədər yaşadığı evlərdən daha uzun müddət yaşamışdır. Məşhur bəstəcinin 1784-cü ildən 1787-ci ilə qədər yaşadığı ev bugün muzey kimi fəaliyyət göstərir. St. Stephan Katedralının yaxınlığında yerləşən bu ev 17-ci əsrdən qalma binadır. Dörd böyük, iki kiçik otaq və bir mətbəxdən ibarət olan bu ev 1941-ci ildən bəri muzey qismində istifadə olunur və 2004-cü ildə renovasiyadan sonra dörd müxtəlif sərgi ziyarətçilərinə nümayiş olunur. Bəstəcinin bir çox əsərini burada yaratdığını sizə xatırlatmaq istərdim. Bu bəstələr arasında bəlkə də ən məşhuru “Fiqaro’nun Toyu” adlı əsərdir.
5 Domgasse Vyana, Avstriya www.mozarthausvienna.at |
5
|
6
|
Açıq Bazar: NaschmarktŞəhərin şimal tərəfində təzə tərəvəz və meyvələrin, süd məhsularının, zeytun yağlarının, sirkələrin və Alles Seife sabunlarının satıldığı fermer bazarını görə bilərsiniz.
136 Hasnerstraße Vyana, Avstriya www.wienernaschmarkt.eu |
Mənzərəyə qarşı qurtumlayacağınız içkidən zövq alın: Onyx BarDo & Co Hotel-in altıncı mərtəbəsində yerləşən Onyx Bar, Stephansplatz-a və qotik St. Stephen Katedralı-na baxan möhtəşəm mövqedə yerləşir. Bir tərəfdən nəhəng şüşələrdən ətrafı zövqlə seyr edib, bir tərəfdən də sadə, ancaq füsunkar dekorasiyasında içkinizi qurtumlaya biləcəyiniz Onyx Bar şəhərdə xoş vaxt keçirmək üçün ideal məkandır.
12 Stephansplatz Vyana, Avstriya www.doco.com |
7
|
8
|
Ailəliklə əyləncə: Prater Əyləncə ParkıHər nə qədər məşhur olsa da insanları Vyananın əyləncə parkına meyl etdirən tək şey Riesenrad deyil. Bu nəhəng şeytan çarxı dünyanın bir çox yerindən gələn turistləri təəccübləndirib həyəcanlandırsa da Wiener Prater Əyləncə Parkını hərəkətləndirən və cəzbedici edən yüzlərlə nüans var. Mart-Oktyabr ayları arasında fəaliyyət göstərən bu parkda əyləncə vasitələri ilə yanaşı 60-a yaxın restoran, bir planetarium, bir muzey və ard-arda sıralanan ağacların kölgələdiyi Hauptallee bulvarı mövcuddur. Parti (Qonaqlıq) abu-havasını yaşamaq istəyənlər, parkın ucunda yerləşən Pratersauna-yı sınaqdan keçirməlidir. Əvvəllər dədim sauna olan, sonralar gecə klubu kimi fəaliyyət göstərən bu füsunkar məkənın ünvanını parkda kimdən soruşsanız sizə göstərəcəkdir.
9 Prater Vyana, Avstriya www.prater.at |
Şərabla keçən bir gün: HeurigeRenovasiya olunan bu nəhəng üzüm presləmə evi son vaxtlarda şəhərin ən populyar destinasiyalarından biri oldu. Bura üzüm bağlarının içərisində bir şərab emalatxanasıdır. Burada üzüm bağlarının ortasında oturacaq, şəhəri, füsunkar nöqtədən, yaşıllıqlar içində seyr etmək imkanını əldə edəcəksiniz. Öz bağlarının üzümlərindən hazırladıqları şərabın dadına mütləq baxın, hətta mümkündürsə bir neçə şüşə satın alın. Şəhərin ən yaxşı şərablarındandır…Bununla yanaşı burada şərab restoranı da mövcuddur. Səciyyəvi Avstriya yeməklərindən klassik Vyana ləzzətlərinə qədər burada şərabla birgə harmoniya təşkil edən dadları kəşf edəcəksiniz.
U6 Nussdorfer Strasse, Grinzinger 38 nömrəli tramvay Vyana, Avstriya www.hajszanneumann.com |
9
|
10
|
Təkrar emal üzrə alış-veriş mərkəzi: Gabarage Upcycling DesignVyananın ən dəbdəbəli prospektlərindən birində yerləşən bu mağazada, ev və ofis əşyalarından yeni eşyalar və mebellər istehsal olunur. Məsələn, istifadə olunan selüloitten lampa və qədim üslubdakı ofis qovluqlarından əyləncəli şezlonq hazırlayırlar. Qədim kətan parçaları çantaya, bir bowling topu isə vazaya çevrilir. Yaradıcılıq və ekologiyanın müvəffəqiyyətlə bir yerə toplandığı bu möhtəşəm dekorasiya mağazasını görmədən şəhəri tərk etməyin.
6 Schleifmühlgasse Vyana, Avstriya www.gabarage.at |
Dərsimiz rəqsdir: Tanzschule Elmayer Rəqs MəktəbiTanzschule Elmayer Rəqs Məktəbi 1919-cu ildə Avstriya İmparatorluq Ordusunun zabitlərindən biri olan Willy Elmayer von Vestenbrugg tərəfindən yaradılmışdır. Pallavicini Sarayının içərisində yerləşən axırlarda bugün rəqs edilir. Məktəbdə xüsusilə turistlər üçün qısa müddətli dərs proqramları təşkil olunur.
13 Bräunerstrasse Vyana, Avstriya www.elmayer.at |