CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide

10 Addımda PARİS Fransa

slide

Damaqlar şənlənir: L’Atelier de Joel Robuchon

slide

Məhəllələrin kəşfi: Bastille və Parisin şərqində

slide

Palais de Tokio

slide

Les Jardins du Luxembourg

slide

Lyuksun (Dəbdəbəliyin) izində: Galeries du Palais-Royal

slide

Parfumeriya: Serge Lutens

slide

Şərab keyfi: Quedubon & Lavinia

slide

Pendirin ana vətənində: Fromagerie Laurent Dubois

slide

Ərzaq bazarı / Kapalıçarşı: Marche des Enfants Rouges

slide

Makaron burada yeyilir: Pierre Herme & Pain de Sucre

Xəbərdarlıq

Casablanca Travel

PAYLAŞ

10 ADDIMDA Paris

KƏŞF ET

ŞƏHƏR BƏLƏDÇİLƏRİ

Şəhərdə olacağınız bir neçə günü ən faydalı şəkildə keçirməyiniz üçün məsləhətlər

 
  • Amsterdam
  • Banqkok
  • Barselona
  • Berlin
  • Budapeşt
  • Dubay
  • London
  • Los Anceles
  • Madrid
  • Moskva
  • Paris
  • Praqa
  • Rio de Janeyro
  • Roma
  • Vyana

Konsept Turlar

Bütün Konsept Turlar
 
  • Safari Üçün Afrika
  • Kəşf ediləsi Adalar
  • Dünya Musiqiləri
  • Dünya Ləzzətləri
  • Fotoqrafik Ölkələr
  • Həyatda Bir Dəfə
  • Möcüzəvi Dizaynlar
  • Mərkəzi Avropada mədəniyyət və incəsənət
  • Avropada dəniz tətili
  • Ən gözəl Meydanlar
 

"Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir...

...Paris əbədidir, və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nəqədər dəyişməsindən, ona yetişməyin nəqədər çətin və asand olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilı geri alırsan. O keçmiş kasıb və xoşbəxt olduğumuz günlərdə də Paris belə idi.”  Ernest Heminquey

PARİS Haqqında Ümumi məlumatlar

Ölkə: Fransa

Dil :Fransız

Pul vahidi: Euro

Saat fərqi: Azərbaycandan 3 saat geridədir

1

2

Damaqlar şənlənir: L’Atelier de Joel Robuchon

XX əsrin ən yaxşı aşpazlarından hesab olunan, 50 yaşında təqaüdə çıxan ancaq Parisdə yerləşən, yuxarıda adı sadalanan restoran ilə işinə geri qayıdan Joël Robuchon-un “atelyesi” New York stilindəki bir kafe və tapas barı xatırladır. Yenilikçi, yaradıcı və olduqca əyləncəli olan bu restoranda sadəcə və sadəcə barın qarşısındakı hündür stullarda yeməyinizi yeyə bilərsiniz. Əvvəlcədən də rezervasiya edə bilərsiniz, ancaq sifarişlər saat 18:30-dan sonra üçün nəzərdə tutulub. Bundan sonra rezervasiya əvəzinə növbədə gözləmə mexanizmi işə düşəcəkdir, çünkü bu restoranda boş yer tapmaq çox çətindir. Kürüdən İspaniya jambonuna, spaghetti carbonara-dan tutmuş dequstasiya menyusu və bir çox fərqli ləzzəti bir yerdə tapacağınız bu restoranda bifşteks kimi klassik yemək də mövcuddur. Bununla yanaşı Bresse toyuğu və Foie Grass (yağlı qaz ciyəri) ilə içi doldurulan cannelloni kimi yaradıcı dadlar da sizin zövqünüzü oxşayacaqdır…


5 Rue de Montalembert Paris, Fransa www.joel-robuchon.net

Məhəllələrin kəşfi: Bastille və Parisin şərqində 

Ötən son 10 ildə Parisin dəbdəbəli və populyar hissəsi getdikcə şərqə doğru axışmağa başladı. Bir vaxtlar şəhərin xarabalıq bölgəsi olan, ancaq bugün hərtərəfli təmir-bərpa layihələri ilə canlılıq qazanan, hətta bununla kifayətlənməyərək “hip” üslubunu qəbul edən yerlərdən başlıcası da bu məhəllədir. Bir vaxtlar qorxu filimlərində çəkilən təəccüb doğuran həbsxanası, Bastille-in yerləşdiyi və 1789-cu il inqilabının başladığı meydan Place de la Bastille, bugün müasir opera binası Opéra Bastille-yə (Place de la Bastille; www.operadeparis.fr) ev sahibliyi edir. Bununla yanaşı gecə klubları, bistroları, sənət qaleriyaları, əl ilə hazırlanan əşyaların satıldığı dükkanlar və şimal-şərqə qədər uzanan hərəkətli, əyləncəli və bol sürprizli küçələri ilə şəhərin hərəkətli, canlı bölgələrindən biri olduğunu sübut edir. Promenade Plantée, yaz və yay aylarında yamyaşıl ağacları, pitoresk oturacaqları, gölməçələri, sadəcə piyadalar üçün inşa edilən gediş yolları ilə olduqca romantik bir parkdır. Geniş bir sahəyə malik olan Bercy Park isə 200 illik şərab emalatxanalarının ətrafında, çınar ağaçları ilə dolu digər yaşıllıq sahəsidir. Parkdan kiçik bir körpü ilə çatacağımız Milli Kitabxana unudulmamalıdır.  


Quai François Maurice Paris, Fransa  www.bnf.fr


3

4

Palais de Tokio

Kuratorlar Nicolas Bourriaud və Jérôme Sans tərəfindən küllərindən təkrar yaradılan Palais de Tokyo müasir sənət muzeyi. Qeyri-adi installasiyalar, video və heykəl şouları, moda nümayişləri və müxtəlif tədbirlərə ev sahibliyi edən muzey, xüsusilə Asiya sənətlərinə daha çox üstünlük verir. Əsasən də Beijing (Pekin) və Şanqaya… Parisin gənc və kəşf edilməyi gözləyən yerli sənətçilərini muzeyin kafesində vaxtlarını keçirərkən görə bilərsiniz. 


13 Avenue de President Wilson Paris, Fransa  www.palaisdetokyo.com

Les Jardins du Luxembourg

Yamyaşıl Lüksemburq Bağçaları oksigen ilə zəngindir… Bura bir növ şəhərin sanki ağciyəridir. Burada heç nə etmədən də bütün günü darıxmadan keçirə bilərsiniz. Çünki şəhərin mərkəzi qədər hərəkətlidir. Parislilər bura idman etmək, qaçmaq, körpə uşaqlarını uşaq arabası ilə gəzdirmək, piknik etmək, tennis oynamaq, itlərini gəzdirmək, şahmat oynamaq, söhbət etmək və bunun kimi başqa səbəblərlə gəlirlər. Sadəcə onları izləmək belə olduqca əyləncəlidir. “Muzey cənnəti Parisə gəlib parkda nə edəcəyəm?” deyə düşünürsünüzsə, parkın cənub ucundakı Rue d'Assas’da yerləşən kiçik muzey Musée Zadkine-i ziyarət edə bilərsiniz.


Girişlər: Place Auguste-Comte, Place Edmond-Rostand və ya Rue de Vaugirard. Paris, Fransa

5

6

Lyuksun (Dəbdəbəliyin) izində: Galeries du Palais-Royal

Tətillərdə alış-veriş etmək mühim hədəflərinizdən biridirsə və siz dəbdəbənin izindəsinizsə bu zaman Galeries du Palais-Royal Paris ilk baş çəkəcəyiniz ünvan olmalıdır. Sarayın arxasındakı bağçanı əhatələyən pasajlarda olduqca gözəl mağazalar qarşınıza çıxacaqdır. Stella McCartney-dən Marc Jacobs-a, Balenciaga-dan Hermés-ə məşhur markalar ilə yanaşı, daha çox “niche” müştəri profilinə sahib xüsusi butiklər də burada mövcuddur. 1600-cü illərin başlarında Kardinal Richelieu-nün evi olaraq inşa edilən bina alış-verişə deyil, memarlığa marağı olanların diqqətini çəkəcək gözəllikdədir. Bir çox mağazanın lövhəsi hal-hazırda da yüz il əvvəl inşa edildiyi şəkildə qalmaqdadır. 


2, Place Colette Paris, Fransa

Parfumeriya: Serge Lutens

Lutens-də bütün mağaza sadəcə parfümləri ilə deyil, ən incə detallar ilə dizayn edilmişdir. Divarlardan tavan oymalarına, mozaiklərdən lampalara, məxmər örtüklü oturacaqlardakı bəzəklərə qədər hər şey… Ətirləri də eyni qaydada hazırlanmışdır. 1992-ci ildə açtığı mağazasında ənənəvi Fransız ətirləri eyni qaydalara müvafiq olaraq hazırlansa da, digər tərəfdən bütün yeni trendləri də diqqətlə izləyir. Nostalji və dəyişkən temalarda yaratdığı unisex qoxularla tanınan  Lutins-in ən çox satılan ətirləri  “Five o’Clock au Gingembre”, “Santal Majuscule” və “Cuir Mauresque”-dır. Lutins-in digər ətirlərindən başqa, sadəcə Palais Royal mağazasına özəl 23 ətiri mövcuddur.


Salons du Palais Royal, 142 Galerie de Valois Paris, Fransa  www.sergelutens.com


7

8

Şərab keyfi: Quedubon & Lavinia

Fransa şərabın ana vətəni sayıla biləcək ölkələrdəndir. Burada həm bol bol şərabların dadına baxmaq həm də şərab alış-verişi etmək olar. Şərab barı Quedubon şərabların dadına baxmaq və hansı növdə şərabları sevdiyinizi başa düşmək üçün yaxşı imkan yaradır. Gurme şərab marketi isə növbəti dayanacağınız olmalıdır. Quedubon təbii şərabları ilə tanınan restoran və şərab barıdır. Parc de Buttes Chaumont yaxınlığındakı Quedubon digər yerlərdə bənzərini tapa bilməyəcəyiniz 150-yə qədər xüsusi şərablarını təklif edir. Taxta zəmini, boz və qırmızı rəng paletləri ilə göz oxşayan Quedubon, yerlilər tərəfindən daha çox “Chez Bénard” olaraq tanınır. Yemək menyusu da şərab siyahısı qədər iştah açıcıdır. Lavinia isə İtaliya, Argentina və A.B.Ş. kimi fərqli ölkələrdən gələn təqribən 6 minə yaxın şərabın olduğu nəhəng şərab marketidir. Lavinianın da bir şərab barı var və burada da son dərəcə füsunkar qəlyanaltı menyusu var. İstədiyiniz halda şərabı marketdən alıb, əlavə ödəniş etmədən restoranda yeməyinizin yanında içə bilərsiniz. 


22 Rue du Plateau / 3-5 Blvd. de la Madeleine Paris, Fransa www.lavinia.fr

Pendirin ana vətənində: Fromagerie Laurent Dubois

Hər nə qədər son 20 il ərzində Fransadakı sərbəst pendir istehsalçılarının (fromagerie) sayı yarıya enmiş olsa da, hal-hazırda mövcud olan istehsalçılar bütün səyləri ilə bu missiyanı davam edirlər. Ölkənin ən yaxşılarından biri olan Fromagerie Laurent Dubois-da çox geniş bir seçim mövcuddur. Pendir çeşidlərindən dadmaq istədiyiniz halda satış təmsilciləri sizə yardımcı olacaqlar. Dadına baxmaq istədiyiniz çeşidlər barədə sizə məlumat verir, sonra isə salfetə bükərək sizə təqdim edirlər.  


47 ter Blvd. St.-Germain, 5. Arr. Paris, Fransa  www.fromagelaurentdubois.com

9

10

Ərzaq bazarı / Kapalıçarşı: Marche des Enfants Rouges

Rəngli, çeşidli və iştah açan qastronom məhsulları ilə Marais-dəki kiçik bazar Marché des Enfants Rouges, şəhərin tarixi bazar yerlərindəndir. Etnik yeməklərin hazırlanıb satışa çıxarıldığı stendləri, ətdən balığa, tərəvəzdən meyvəyə və güllərə qədər hər şeyi tapa bilərsiniz. Olduqca maraqlı yer olan bazarda alacağınız demək olar ki hər şeyin qiyməti son dərəcə münasibdir. Burada-La Rôtisserie Enfants Rouges-da təzə qızarmış Bresse toyuğunu kartof və bir qədəh qırmızı şərabla birgə yeməyiniz tövsiyə olunur.


39 Rue de Bretagne Paris, Fransa +33-1/4011-2040

Makaron burada yeyilir: Pierre Herme & Pain de Sucre

Pierre Hermé, Fransanın Alsas bölgəsinə aid  şirniyyat evidir. Hal-hazırda dördüncü nəsil tərəfindən idarə olunan şirniyyat evinin makaronlarının dadına mütləq baxmalısınız. Təbii ki, növbədə dayanmağa dözümünüz varsa. Xüsusilə, yeni seriya Ispahan-ın dadına baxmadan olmaz. Gül, moruq və liçi (çin gavalısı) ilə hazırlanan seriyada makarondan başqa tort, sorbe (soyuq şirniyyat), karamel, kruasan, vafli və cem kimi seçimlər də mövcuddur. Pierre Hermé qədər müvəffəqiyyət qazanan digər makaron məkanı da  Pain de Sucre-dır. (14 rue Rambuteau; www.patisseriepaindesucre.com). Burada nisbətən daha az növbə gözləyərək ləzzətli makaronların dadına baxa bilərsiniz.  


72 rue Bonaparte Paris, Fransa www.pierreherme.com


Paris TURLARI

  • Lyon Marsel Türk Hava Yolları ilə 5 gecə

    Lyon Marsel 1229 €

    Lyon Marsel Türk Hava Yolları ilə 5 gecə
    Tarix və əlavələr üçün sıxın
  • Paris Disneyland THY Hava Yolları ilə 4 gecə

    Paris Disneyland 1239 €

    Paris Disneyland THY Hava Yolları ilə 4 gecə
    Tarix və əlavələr üçün sıxın
  • Benilüks & Paris Turu Türk Hava Yolları ilə 7 gecə

    Benilüks & Paris 1249 €

    Benilüks & Paris Turu Türk Hava Yolları ilə 7 gecə
    Tarix və əlavələr üçün sıxın
  • Argentina Braziliya Türk  Hava Yolları ilə 8 gecə

    Argentina Braziliya 3509 $

    Argentina Braziliya Türk Hava Yolları ilə 8 gecə
    Tarix və əlavələr üçün sıxın

TURLAR

  • Amerika Turları
  • Fransa Turları
  • Portuqaliya Turları
  • İspaniya Fransa İtaliya Turu
  • Böyük Britaniya Turu
  • Mərakeş Turları
  • Baltik Turu
  • Balkan Turu
  • Cənubi Amerika Turları
  • Kuba Turları
  • Uzaq Şərq Turları
  • Almaniya Turları
  • Afrika Turları
  • Hindistan
  • Yaponiya Turları
  • Polşa
  • İsveçrə
  • Montenegro

KAMPANYALARDAN XƏBƏRDAR OLUN

Kampaniyalara Qeydiyyat

  • Ödəniş Növləri
  • Əlaqə

© 2015 Casablanca Travel