Tətilə getmədən bunlara diqqət edin
Ramazan Bayramı tətilində dincəlmək, fərqli yerlər görmək istəyənlər artıq son hazırlıqlarını tamamlayıb yola çıxmaqdadırlar. Bəs görəsən yola çıxmazdan əvvəl nələrə diqqət etmək lazımdır? Sizə tövsiyələrimiz…
- Yola çıxmadan əvvəl səyahət rezervasiyalarınızı yoxlayın. Tur proqramlarınızı araşdırın. Gedəcəyiniz yerdəki təcili lazım ola biləcək telefon nömrələri və ünvanları qeyd edin.
- Tətil üçün gedəcəyiniz şəhərin/ölkənin hava proqnozu barədə məlumat alın. Ona uyğun geyim seçin.
- Daha əvvəl gedənlərin tövsiyələrini oxuyun!
- Gedəcəyiniz ölkənin pul vahidi və ən çox istifadə edilən pul vahidlərini öyrənin və nə qədər ehtiyacınız olacaqsa özünüzlə o qədər nağd pul götürün.
- Alış-veriş etməyi düşünürsünüzsə kredit kartınızın xaricdə istifadəyə açıq olub olmadığını bankınızla dəqiqləşdirin.
- Gedəcəyiniz yerlə yerli saat qurşağında fərq varsa telefon və saatınızı nizamlamağı unutmayın. Adətən smartfonlarda bu avtomatik baş verir.
- Gedəcəyiniz ölkəyə görə peyvənd etdirmək lazım ola bilər. Tətil edəcəyəm deyə sağlamlığınızdan olmayın.
- Hara gedəcəyinizi və neçə gün qalacağınızı yaxınlarınıza xəbər verin.
- Yola çıxmadan əvvəl passport, sənədlər və kredit kartlarınızın olduğu çanta və ya cüzdanınıza nəzarət edin. Qiymətli əşyalarınızı yanınızdan ayırmayın.
- Aeroportlardakı qadağaları nəzərə alaraq çantanızda aparacağınız mayelərin 100 ml-dən çox olmamasına diqqət edin.
Çantanızı hazırlayarkən ən çox ehtiyacınız olan əşyaları götürməyi unutmayın - günəş kremi, günəş gözlüyü, daimi istifadə edilən dərmanlar, papaq, çəkələk, kitab, jurnal, qələm, bloknot, fotoaparat və ən əsası şarj alətləri :) |
- Geyim seçimində gedəcəyiniz yerin hava proqnozuna və iştirak edəcəyiniz tədbirlərə görə seçin. Çantanızda fərqli variantlar olsun. Bəzən əlavə ayaqqabı və dəsmala ehtiyac ola bilər. Özünüzlə bir cüt rahat idman ayaqqabısı götürməyi də unutmayın.
- Kabinə aparacağınız əl çantanızın içində hər hansı ehtimala qarşı vacib əşyalarınız olsun. Əlavə corab, alt paltarı, telefon şarj aləti kimi əşyaları özünüzlə götürün.
- Adətən tətildən qayıtdıqda çantanız daha ağır olur. Getdiyimiz şəhərlərdən hədiyyəlik əşyalar alırıq. O səbəblə gedərkən çantanızı tam doldurmayın ki qayıdarkən yeriniz olsun.
- Evdən çıxarkən kranları, elektrikli əşyaları, təbii qazı tamamilə bağlayın. Pəncərələri açıq saxlamayın. Ev bitkiləriniz varsa, baxımını təmin edin.
- Sığorta müqavilənizi diqqətlə oxuyun. Tətildə ehtiyacınız ola bilər.
Xoş istirahətlər !