TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
19 May 2018
9 İyun 2018
6 İyul 2018
19 Avqust 2018
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 341 Bakı - İstanbul 05:00 - 07:00
TK 1901 İstanbul - Milan 09:40 - 11:45
TK 1838 Roma - İstanbul 13:40 - 17:10
TK 340 İstanbul - Bakı 23:45 (+1) - 03:35
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - MİLAN
Səhər saat 05:00-da Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 341 saylı müntəzəm səfəri ilə İstanbul, (Sabiha Gökçen hava limanı), oradan da Türk Hava Yollarının hava limanına, oradan da Türk Hava Yollarının TK 1901 saylı müntəzəm səfəri ilə saat 09:40-da Milan şəhərinə hərəkət edirik. Yerli vaxt ilə saat 11:45-də Milan şəhərinə çatdıqdan sonra bütün qrupun iştirakı ilə əlavə Komo gölü turu təşkil olunacaq. Daha sonra panoramlı şəhər turunda: Galleria, Duomo katedralı, Scala Meydanı, Fortezza və digər əhəmiyyətli yerləri gəzəcəyik. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
2-ci gün MİLAN - VENESİYA
Səhər yeməyindən sonra asudə vaxt. Gondollar (kürəkli qayıq) şəhəri olan Venesiyaya çatdıqdan sonra burada iştirak edəcəyimiz panoramlı şəhər turunda San Marco Katedralı (San Marco Cathedral) və San Marco Meydanı (San Marco Square), Dukal Sarayı (Palazzo Ducale), Grande Kanalı (Canale Grande), Köks ötürmə körpüsü (Bridge of Sighs, Ponte dei Sospiri) və Rialto Körpüsü (Rialto Bridge) və digər əhəmiyyətli yerləri gəzirik. Arzu edən qonaqlarımız əlavə Qondol (qayıq) gəzintisində iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq və otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
3-cü gün VENESİYA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq Bled gölü & Lyublyana turunda iştirak edə bilərlər. Turun ilk mərhələsində bir çox şerə ilham qaynağı olmuş Bled gölünü ziyarət edirik. Turumuz keçmiş Yuqoslaviyanın əsas şəhərlərindən biri olan, Sloveniyanın paytaxtı Lyublyana şəhəri ilə davam edəcəkdir. Turumuz başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
4-cü gün VENESİYA - FLORENSİYA
Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Florensiyaya hərəkət edirik. İntibah dövrünün (Renesans) beşiyi olan Florensiyada panoramlı şəhər turunda iştirak edirik. Şəhər turunda Duomo kilsəsi (Santa Maria Del Fiore), Vəftiz otağı (Baptistery), Qədim Saray (Pitti Palace), Qədim Körpü (Ponte Vecchio), Signoria Meydanı (Piazza dello Signoria) və digər əhəmiyyətli yerləri görəcəyik. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.
5-ci gün FLORENSİYA
Səhər yeməyindən sonra asudə vaxt, şəhər mərkəzində alış-veriş fürsəti. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq turda Toscana bölgəsinin məşhur qəsəbə və şəhərlərindən San Gimignano, Siena və Piza-nı gəzə bilərlər. Turumuz başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
6-cı gün FLORENSİYA - ROMA
Səhər yeməyindən sonra otaqları təhvil veririk. Roma şəhərinə çatdıqdan sonra panoramlı şəhər turunda: Kolizey (Collesseum), İspaniya Pilləkənləri (Spanish steps), Trevi Eşq Çesməsi (Trevi Fountain), Piazza Venezia, Vittorio Emanuela Abidəsi (National Monument to Victor Emanul II), Roma Forum (Roman Forum), Imperial Forum (Imperial Forum),Via del Corso küçəsi (Via del Corso), Sirk Maximus (Circus Maximus) və digər əhəmiyyətli yerləri gəzirik. Şəhər turundan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq axşam yeməyi də daxil olan Roma Gecə turu təşkil olunacaqdır. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
7-ci gün ROMA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Napoli və Pompey turu təşkil olunacaqdır. Klassik bir İtaliya şəhəri olan Napolidə Napoli və Vezuvi vulkanının lavaların altında qalan əntiq şəhər Pompeydə əlavə Pompey turu təşkil olunacaqdır. Turdan sonra otelimizə transfer olunuruq və otelimizdə gecələyirik.
8-ci gün ROMA - İSTANBUL - BAKI
Səhər yeməyindən sonra otaqların təhvil verilməsi və asudə vaxt. Bələdçimizin təyin edəcəyi bir saatda Roma Hava limanına transfer olunuruq. Bilet, baqaj və pasport proseduralarından sonra Türk Hava Yollarının TK 1838 saylı müntəzəm səfəri ilə saat 13:40 -da İstanbul şəhərinə hərəkət edirik, İstanbula çatdıqdan sonra saat 23:45 -də Türk Hava Yollarının TK 340 saylı müntəzəm səfəri ilə Bakıya hərəkət edirik. Saat 03:35 -də (+1) Bakıya çatırıq və Turumuz başa çatır.
Əlavə Turlar
(əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.)
BLED GÖLÜ & LYUBLYANA (SLOVENİYA) TURU
Turumuzun ilk dayanacağı bir çox şerə ilham qaynağı olmuş Bled gölüdür. Gəzintimiz keçmiş Yuqoslaviyanın güclü şəhərlərindən biri olan, Sloveniyanın paytaxtı Lyublyana şəhəri ilə davam edəcəkdir. Avstriyanın memarlıq mədəniyyəti və arxitekturası ilə yoğrulmuş bu gözəl tələbə şəhərini gəzdikdən sonra təkrar İtaliyaya geri dönürük.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 90 EUR (02-12 yaş üçün 45 EUR)
ROMA GECƏ TURU
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 25 EUR (02-12 yaş üçün 15 EUR)
KOMO GÖLÜ TURU
İtaliyanın şimalında yerləşən və 3 -cü böyük gölü olan Komo gölünün insanı ovsunlayan mənzərəsini seyr edərkən, bir yandan da gölün sahilində yerləşən məhşurların malikanələrini görəcəyik. (Gəmi turu daxildir)
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçi xidməti + Gəmi turu
Turun qiyməti : 1 nəfər üçün 40 EUR (02-12 yaş üçün 20 EUR)
QONDOL TURU
Venesiya şəhərində qondol (kürəkli qayıq) ilə kanalda gəzmək fürsəti. (Ən az 6 nəfərin iştirakı ilə həyata keçirilir).
Turun qiyməti : 1 nəfər üçün 25 EUR (02-12 yaş üçün 25 EUR)
PIZA & SIENA & SAN GIMIGNANO TURU
İtaliyanın ən əhəmiyyətli simvollarından biri olan, 5.5 metr əyilməyinə baxmayaraq indiyənədək aşmayan məşhur Piza gülləsini görəcəyik. Daha sonra İtaliyanın ən tipik qəsəbələrindən biri olan dünyaca məşhur Palio yarışlarının keçirildiyi və Orta Əsrlər zamanının indiki zamana ən gözəl bir şəkildə əks olunduğu Siena şəhərini gəzəcəyik. Roma İmperiyası vaxtında təpədə yerləşdiyi üçün qarnizon kimi istifadə olunan bu şirin, ətrafı sularla əhatə olunmuş şəhəri gəzirik.
Tura daxildir : Nəqliyyat xidməti + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 100 EUR (02-12 yaş üçün 50 EUR)
NAPOLİ & POMPEY TURU
Qədim Roma İmperiyasında insanların keçmiş həyatlarıyla yaxından tanış olmaq fürsəti. Məşhur mədəniyyət xadimlərinə ilham qaynağı olmuş Napoli, Aralıq dənizinə xas eyvanları, Santa Lucia sahilləri və tarixi İspan dövrü binaları ilə sizdə keçmişdə səfər etmiş hisslərini yaşadacaq. Vezuvi vulkanı lavalarının yerlə yeksan etdiyi, indi açıq hava muzeyi kimi istifadəyə verilən Pompey əntiq şəhərini yerli rəhbər müşayiətində gəzirik. Qədim tarixdə gəzintiyə çıxmağa hazır olun.
Tura daxildir : Nəqliyyat xidməti + Pompeyə giriş + Qulaqlıq + Bələdçilik xidməti
Turun qiyməti : 1 nəfər üçün 95 EUR (02-12 yaş üçün 50 EUR)
***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Milan / Roma - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi avtobus ilə Milan, Venesiya, Florenisya və Roma şəhərlər arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Milanda 1 gecə, Venesiyada (Mestre bölgəsində) 2 gecə, Florensiyada 2 gecə, Romada 2 gecə, olmaqla ümumi 7 gecə gecələmək
- Kontinenal səhər yeməyi
- Milan, Venesiya, Florenisya və Roma şəhərlərində panoramlı şəhər turları.
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Venesiyada Vaperetto ( su taksisi) bileti
- Məcburi səyahət sığortası
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı (Visametric) - 40 AZN
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda qonaq tərəfindən ləğv etmə və dəyişiklik edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
*** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər.
*** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz
qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün,
qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə
bilərlər. Fərqli təyyarələrdə gəlsələr
belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən
CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir.
Alternativ Tarix və Qiymətlər
3* - 4* MƏRKƏZƏ YAXIN OTEL
- Əlavə Yataq
- 1549.00
- Bir Nəfər
- 1849.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş 299.00
2 - 12 Yaş 1399.00