CASABLANCA TRAVEL | 444 91 92
  • Agentlik Logini
    Xahiş edirik düzgün məlumat yazasınız .
    Xahiş edirik düzgün məlumat yazasınız .

    Parolumu Unutdum

  • AXTAR
  • TUR
    • XARİCİ TURLAR
    • AKSİYALI TURLAR
    • VİZASIZ TURLAR
    • GƏMİ TURLARI / KRUİZLƏR
    • SƏRGİ TURLARI və İŞGÜZAR SƏFƏRLƏR
    • YENİ İL TURLARI
    • NOVRUZ BAYRAMI TURLARI
    • TÜRKİYƏ TURLARI
    • DAXİLİ TURLAR
  • VIZA
  • OTEL
  • AVIABILET
  • AZ
    • AZ
    • RU
    • EN
    • AR
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide
slide

    AKSİYALI İtaliya Turu Türk Hava Yolları ilə 7 gecə

    Xəbərdarlıq

    Casablanca Travel

    PAYLAŞ
    ONLINE AL
    Mövcud yer 7+
    İtaliya Turları > İtaliya > AKSİYALI İtaliya Turu Türk Hava Yolları ilə 7 gecə

    İtaliya Turu 959 € 1827 AZN 7 Gecə - 8 Gün

    15/12/2019 - 22/12/2019 Digər tarixli turları görmək üçün sıxın


    • TUR

    • VIZA

    Viza haqqında məlumatlar

    • Uçuş Haqqında Məlumat
    • Turun Proqramı
    • Əlavə Turlar
    • Otellər
    • Xidmətlərin Qiyməti
    • Alternativ Tarix və Qiymətlər
    • 15ŞƏRHLƏR
     

    TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR

    28 Sentyabr 2019

    5 - 12 - 19 - 26 - 27 Oktyabr 2019

    3 - 16 - 17 - 23 Noyabr 2019

    1 - 7 - 15 - 21 - 29 Dekabr 2019

    26 Yanvar 2020

    8 Fevral 2020

    7 - 21 Mart 2020

    4 - 11 Aprel 2020

    4 - 9 - 25 May 2020


    UÇUŞ HAQQINDA MƏLUMAT

    TK  335  Bakı - İstanbul           20:40 - 23:20

    TK 1873  İstanbul - Milan         08:55 - 09:55

    TK 1880  Napoli - İstanbul        18:35 - 22:40

    TK  338  İstanbul - Bakı             02:10 - 06:05 (+1)

    Turun Proqramı


    1-ci gün BAKI - İSTANBUL - MİLAN - BERQAMO

    Axşma saat 20:40-da Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 335 saylı müntəzəm səfəri ilə İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1873 saylı müntəzəm səfəri ilə saat 08:55-də Milan şəhərinə hərəkət edirik. Yerli vaxtla saat 09:55-də Milan şəhərinə çatdıqdan sonra panoramik şəhər turunda iştirak edirik. Bu turumuzda: Galleria, Duomo katedralı, Scala Meydanı, Fortezza və digər əhəmiyyətli yerləri gəzəcəyik. Turdan sonra Milan şəhərində asudə vaxt. Arzu edən qonaqlarımız əlavə Komo gölü turunda iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra Berqamoda yerləşən otelimizə hərəkət edirik. Turdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.

     

    2-ci gün BERQAMO - VENESİYA

    Səhər yeməyindən sonra otaqları təhvil veririkdən sonra Venesiya şəhəri istiqamətində hərəkət edirik. Qondollar (kürəkli qayıq) şəhəri Venesiyaya çatdıqdan sonra panoramlı şəhər turunda iştirak edirik: San Marco Katedralı (San Marco Cathedral) və San Marco Meydanı (San Marco Square), Dukal Sarayı (Palazzo Ducale), Grande Kanalı (Canale Grande), Köks ötürmə körpüsü (Bridge of Sighs, Ponte dei Sospiri) və Rialto Körpüsü (Rialto Bridge) gəzəcəyimiz yerlərdən bəziləridir. Arzu edən qonaqlarımız əlavə olaraq Qondola Turunda iştirak edə bilərlər. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.


    3-cü gün  VENESİYA - FLORENSİYA - MONTECATİNİ

    Səhər yeməyindən sonra otaqları təhvil verib, Florensiyaya hərəkət edirik. İntibah dövrünün (Renesans) beşiyi olan Florensiyada panoramlı şəhər turuna çıxırıq. Şəhər turunda Duomo kilsəsi (Santa Maria Del Fiore), Vəftiz otağı (Baptistery), Qədim Saray (Pitti Palace), Qədim Körpü (Ponte  Vecchio), Signoria Meydanı (Piazza dello Signoria), Ponnte Vecchio və digər əhəmiyyətli yerləri gəzəcəyik. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq. Otaqlara yerləşdikdən sonra asudə vaxt. Oteldə gecələyirik.

     

    4-cü gün MONTECATİNİ

    Səhər yeməyindən sonra asudə vaxt, şəhər mərkəzində alış-veriş fürsəti. Arzu edən qonaqlarımız əlavə olaraq təşkil olunacaq turda Toscana bölgəsinin məşhur qəsəbə və şəhərlərindən San Gimignano, Siena və Piza-nı gəzə bilərlər. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq oteldə gecələyirik.

     

    5-ci gün MONTECATİNİ - ROMA

    Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Romaya hərəkət edirik. Qonaqlarımız yolüstü əlavə olaraq təşkil olunacaq Orvieto Turunda iştirak edə bilərlər. Panoramlı Roma şəhər turu ərəfəsində Kolizey (Collesseum), İspaniya Pilləkənləri (Spanish steps), Trevi Eşq Çesməsi (Trevi Fountain), Piazza Venezia , Vittorio Emanuela Abidəsi (National Monument to Victor Emanul II), Roma Forum (Roman Forum), Via del Corso küçəsi (Via del Corso), Via Del Corso gəziləcək yerlərdən bəziləridir. Şəhər turundan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Axşam arzu edən qonaqlarımız üçün əlavə olaraq yemək daxil Roma Gecə turu təşkil olunacaqdır. Tur başa çatdıqdan sonra otelimizə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.

     

    6-cı gün ROMA

    Səhər yeməyindən sonra asudə vaxt. Arzu edən qonaqlarımız üçün əlavə olaraq Dağ Kəndləri turu təşkil olunacaqdır. Turdan sonra otelimizə transfer olunuruq. Oteldə gecələyirik.

     

    7-ci gün ROMA - NAPOLİ

    Səhər yeməyindən sonra otaqları boşaldıb təhvil veririk və Napoli şəhəri istiqamətində hərəkət edirik. Şəhərə çatdıqdan sonra təşkil olunacaq panoramik Napoli şəhər turunda: Mergellina, Plebiscito Meydanı, Trieste Tirentino Meydanı, Toledo Prospekti gəziləcəkdir. Şəhər turu başa çatdıqdan sonra arzu edən qonaqlarımız üçün əlavə olaraq Vezuvi Vulkanının püskürməsi ilə kül buludunun altında qalan və daşlaşan vücudların müşahidə edildiyi qədim şəhər Pompei turu təşkil ediləcəkdir. Oteldə gecələyirik.

     

    8-ci gün NAPOLİ - İSTANBUL - BAKI

    Səhər yeməyindən sonra asudə vaxt və otaqların təhvil verilməsi. Bələdçimizin təyin edəcəyi saatda Napoli Hava limanına hərəkət edirik. Bilet, baqaj və pasport prosedurlarından sonra Türk Hava Yollarının TK 1880 saylı müntəzəm səfəri ilə saat 18:35-də İstanbul şəhərinə hərəkət edirik, oradan da Türk Hava Yollarının TK 338 saylı müntəzəm səfəri ilə saat 02:10-da (+1) Bakıya hərəkət edirik. Saat 06:05-də Bakıya çatırıq və turumuz başa çatır. 

    Əlavə Turlar

    (əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər.)


    ORVİETO TURU (YOLÜSTÜ)

    E.Ə. 493-cü ildə Qərbi Anadoludan gələrək Orvietoda yerlşən, Etruskalıların yüksək dağ təpələrində məskunlaşan Hanibal və Napoleonun fəth edə bilmədiyi Dünya İrs Şəhəri 12-ci əsr memarlıq şahəsəri Duomonu ziyarət edirik.

    Turun qiyməti : 1 nəfər üçün 30 EUR (07-12 yaş üçün 15 EUR)

     

    KOMO GÖLÜ TURU

    İtaliyanın şimalında yerləşən və 3 -cü böyük gölü olan Komo gölünün insanı ovsunlayan mənzərəsini seyr edərkən, bir yandan da gölün sahilində yerləşən məhşurların malikanələrini görəcəyik. (Gəmi turu daxildir)

    Tura daxildir : Nəqliyyat xidməti +  Bələdçi xidməti + Komo gölündə gəmi turu

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 20 EUR)


    POMPEY TURU 

    Vezuvi vulkanı lavalarının yerlə yeksan etdiyi, indi açıq hava  muzeyi kimi istifadəyə verilən Pompey əntiq şəhərini yerli rəhbər müşayiətində gəzirik. 

    Tura daxildir : Nəqliyyat  xidməti + Pompeyə giriş + Qulaqlıq + Bələdçilik xidməti

    Turun qiyməti : 1 nəfər üçün 60 EUR (07-12 yaş üçün 35 EUR)


    SORRENTO TURU

    Ən kiçik yerləşməsiylə belə görülməyə dəyər görkəmli Amalfi sahilində yerləşən Italiyanın romantik şəhəri olan Sorrento şəhərini gəzirik.

    Tura daxildir : Nəqliyyat  xidməti + Bələdçilik xidməti

    Turun qiyməti : 1 nəfər üçün 50 EUR (07-12 yaş üçün 30 EUR)


    ROMA GECƏ TURU

    Roma şəhərinin ən gözəl restoranlarının birində Qədim Roma zamanına aid kostyumlarla və İtaliya musiqisi sədaları altında axşam yeməyimizi yeyirik. Daha sonra Roma şəhərini bir də işıqlandırılmış halda görə biləcəyimiz Romanın ən dəbdəbəli meydanlarında vaxt keçirəcəksiniz və Roma gecələrinin ləzzətini yaşayacaqsınız.

    Tura daxildir : Nəqliyyat xidməti + Axşam yeməyi + Bələdçilik  xidməti

    Axşam yeməyinin menyüsü : Tərəvəz şorbası, zeytunyağlı qızardılmış çörək, yaşıl salat, tomat souslu makaron, toyuq, dana və quzu əti, kartof, tiramisu, 0.5 lt su və 1 ədəd alkoqolsuz içki (limitsiz). 

    Turun qiyməti : 1 nəfər üçün 55 EUR (07-12 yaş üçün 35 EUR)

     

    DAĞ KƏNDLƏRİ TURU

    Turumuzun ilk dayanacağı Papan-ın yazlıq sarayının olduğu Castel Gondolfo olacaqdır. Daha sonra Roma yaxınlığında, bir göl sahilində olan və İtalyan varlılarınn da evlərinin olduğu Nəmi kəndinə gedirik. Bölgənin məşhur dağ çiyələklərindən düzəldilmiş piroqlarını yedikdən sonra sərbəst zamanımızda kənddə gəzərək dağ çiyələklərindən düzəldilmiş bir çox məhsulları alma fürsətimiz olacaqdır. 

    Tura daxildir : Nəqliyyat  xidməti  + Bələdçilik  xidməti + Piroq          

    Turun qiyməti : 1 nəfər üçün 40 EUR (07-12 yaş üçün 25 EUR)

     

    PIZA & SIENA & SAN GIMIGNANO TURU

    İtaliyanın ən əhəmiyyətli simvollarından biri olan, 5.5 metr əyilməyinə baxmayaraq indiyənədək aşmayan məşhur Piza gülləsini görəcəyik. Daha sonra İtaliyanın ən tipik qəsəbələrindən biri olan dünyaca məşhur Palio yarışlarının keçirildiyi və Orta Əsrlər zamanının indiki zamana ən gözəl bir şəkildə əks olunduğu Siena şəhərini gəzəcəyik. Roma İmperiyası vaxtında təpədə yerləşdiyi üçün qarnizon kimi istifadə olunan bu şirin, ətrafı sularla əhatə olunmuş şəhəri gəzirik.

    Tura daxildir : Nəqliyyat xidməti  +  Bələdçilik xidməti 

    Turun qiyməti : 1 nəfər üçün 100 EUR (07-12 yaş üçün 50 EUR)

     

    QONDOL TURU

    Venesiya şəhərində gondol (kürəkli qayıq) ilə kanalda gəzmək  fürsəti. (Ən az 6 nəfərin iştirakı ilə həyata keçirilir).

    Turun qiyməti : 1 nəfər üçün 25 EUR (07-12 yaş üçün 25 EUR)

     

    ***Əlavə turlar qonaqlarımızın əksəriyyətinin iştirak edəcəyi halda həyata keçiriləcəkdir.

    Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.

    HOTEL (BERQAMO)

    HOTEL (VENESİYA TREVİSO) 

    HOTEL  (FLORENSİYA MONTACATİNİ)

    HOTEL (ROMA)

    HOTEL
     (NAPOLİ)

    QİYMƏTƏ DAXİLDİR

    -    Türk Hava Yolları ilə Bakı - İstanbul - Milan / Napoli - İstanbul - Bakı ekonom sinif aviabileti

    -    Hava limanı - otel - hava limanı transferləri

    -    Aeroport yığımları və digər vergilər

    -    Xüsusi avtobus ilə Milan - Venesiya - Florensiya - Roma - Napoli  şəhərlər arası nəqliyyat xidməti    

    -   Qeyd olunan kateqoriyalı otellərdə Bergamoda 1 gecə, Venesiyada (Noventa /San Dona bölgəsi) 1 gecə, Florensiyada 2 gecə, Romada 2 gecə, Napolidə 1 gecə olmaqla ümumi 7 gecə gecələmək

    -    Kontinenal səhər yeməyi

    -    Milan, Venesiya, Florensiya, Roma və Napoli şəhərlərində panoramlı şəhər turları

    -    Bütün tur boyunca türk dilli bələdçi xidməti

    -    Məcburi səyahət sığortası

          -    Viza dəstəyi

    QİYMƏTƏ DAXİL DEYİL

    -    Viza rüsumu - 35 EURO

    -    Viza xidmət haqqı (Visametric) - 40 AZN

    -    Şəhər vergisi (1 nəfər üçün 1-6 Eur arası)

    -    Venesiyada vaperotto bileti. (Su taksisis)  (1 nəfər üçün 15 Eur arası)

     

    Qeyd : 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun. 

    ***Otellərin adı turun başlamasına 2 gün əvvəl bilinəcək.

    *** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər. 

    *** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız  “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər. 

    **Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.  

    **Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə  bələdçi tərəfindən dəyişdirilə bilər. 

    *** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar. 

    **Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır. 

    **Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır. 

    **Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir. 

     3 ayrı yataq verilməyəcəkdir. 

    **Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir. 

    **Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər. 

    **Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır. 

    **Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur) 

    **Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün  rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki  səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə  kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq  fərqliliklər ola bilər. 

    **Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər.  Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir. 

    **Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün  Casablanca Travel məsuliyyət daşımayacaqdır. 

    **CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir.  Konsulluğun viza verməməyi və ya imtina etməyində  CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır. 

    **Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər. 

    **Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.  

    **Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.

      

    Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir. 

     

    QEYD : Casablanca Travel, aviaşirkət ilə şərnişin arasında vasitəçidir və 28/09/1955 tarixli Haaqa Konvensiyasına tabedir. Uçuşdan əvvəl uçuş saatları dəyişə bilər və bütün uçuş saatlarının uçuşdan 48 saat əvvəl təsdiqlənməsi zəruridir. Xarici ölkələrə səfər edə bilmək üçün şərnişinin ən az 6 (altı) ay etibarlılıq müddəti olan pasportunun olması məcburidir. 

    Alternativ Tarix və Qiymətlər

    Bu Tura Aid
    Parametrlər
    Fərqli Qiymət
    Parametrlər
    Fərqli Tarix
    Parametrlər
    Tarix Aralığını Dəyişdir

    AKSİYALI İtaliya Turu Türk Hava Yolları ilə 7 gecə

    2 Nəfərlik Otaqda 1 Nəfər: 959.00
    Valyuta: EUR
    15/12/2019-22/12/2019
    3* OTEL
    Əlavə Yataq
    959.00
    Bir Nəfər
    1189.00
    Uşaq Qiymətləri
    0 - 2 Yaş 259.00
    2 - 12 Yaş 939.00
    Bu Tur Səhifəsindəsiniz
    ONLINE AL

    Yüklənir

    1

    Şərh Yazın
    Şərh Yazın
    Xahiş edirik düzgün məlumat yazasınız.
    .
    Xahiş edirik düzgün məlumat yazasınız.

    ŞƏRHLƏR

    Yüklənir

    Leyla Kerimli 2017-08-28 15:56:52
    Hər şey çoox gözəl idi. İtalyanı bu qədər gözəl gəzmıyimizdə bizə kömək etdiyiniz üçün Casablanca travelə və tur rəhbərimiz Ceren xanıma çoox təşəkkür edirik. Hər şey yüksək səviyyədə idi. Viza müddətində bizə kömək edib, yaxından maraqlanan Casablanca kollektivinə də minnətdarıq
    Elvira Hajiyeva 2017-04-20 17:09:09
    Дорогие сотрудники Casablanca travel! Я сердечно благодарю вас за прекрасно проведенные итальянские каникулы. Вы мне дали возможность реализовать мою мечту, посетить эту прекрасную страну Древней цивилизации, которая не утратила свой древний калорит. Я посетила Италию в период 01.04.17-08.04.17, эта поездка надолго останется в моей памяти. За эти 7 дней, благодаря нашему гиду (отдельная благодарность Гексель бею), который рассказывал прекрасные рассказы и факты, наша поездка стала еще интереснее, именно этот тур позволил увидеть всю красоту и античность Рима, попасть в ауру старого Помпея, увидеть неповтримость Флоренции, шик Милана и культурные ценности Венеции. Я могла бы многое описать, но лучше, один раз увидеть,чем сто раз услышать, Это того Стоит.Спасибо дорогие мои Casablanca Travel (девочки -Aysel,Huri,Ziba, и конечно,Хаял муаллим) Иншаллах, Вы и дальше будете радовать нас такими прекрасными турами по всему миру Удачи всем!!!
    Roza Fəxrətova 2016-09-23 10:21:59
    1-5 iyun 2016 tarixlərində həyata keçirilən Roma Florensiya Venesiya turu haqqında təəssüratlarımı burada sizlərlə paylaşmaq istəyirəm. Əvvəla xaricə ilk səfərim olacağından çox həyəcanlı idim. Daha əvvəl viza müraciətində rədd aldığım üçün ayrıca çox narahat idim. Casablanca Travel əməkdaşlarının düzgün istiqamətləndirmələri və proses boyunca yaxından maraqlanmarı sayəsində rahat şəkildə vizamı əldə etdim. Viza prosesinə görə belə Casablanca Travel personalı alqışa layiqdir. Tur proqramının fikirləşdiyimdən qat-qat daha yaxşı keçdiyini deyə bilərəm. Hava limanında qarşılama, tur haqqında ətraflı məlumatlandırma, otellər, zəngin səhər yeməkləri, bələdçimizin yemə-içmə, hədiyyəlik əşya alma mövzusunda istiqamətləndirməsi və s. sadəcə indi ağlıma gələnlərdən bəziləridir. Əksikliklər, çatışmamazlıqlar yox idi? Əlbətdə ki, var idi. Ancaq bələdçimizin səbrli davranışı və qrupu çox gözəl idarə etməsi bu çatışmamazlıqları da minimum səviyyəyə endirirdi. Hər kəsə tövsiyyə edirəm. Bu gözəl tur üçün Casablanca Travel-ə təşəkkür edirəm.
    Məleykə İbrahimova 2016-04-23 15:57:38
    12.03.2016 - 19.03.2016 tarixlərində təklif etdiyiniz İtaliya-Vera turunda iştirak etdim. Düzü tur seçərkən tam olaraq bir yer yox idi ağlımda. Əmədaşınız bu turu təklif etdi və onun məsləhəti ilə turu seçdim. Tur haqqında fikrimi qısacası bele ifadə edə bilərəm ki, ikinci dəfə İtaliyaya getmək istəməyimə səbəb yaradacaq qədər möhtəşəm oldu. Yüksək xidmətləriniz və tur boyu mənimlə bərabər digər qrup üzvləri ilə əlaqə saxlayıb diqqət göstərməyiniz xidmətlərinizə bələd olmadığım şirkətinizdən çox razı qalmağıma əsas verdi. Çox sağ olun! Həmişə belə gözəl və keyfiyyətli xidmət göstərməyiniz diləyi ilə!
    Ayşən Agazadə 2016-04-23 15:46:49
    20.09.2015-27.09.2015 tarixlərində keçirdiyiniz Böyük İtaliya turundan elə böyük təssüratlarla qayıtdım. İştirahət etmək arzusunda olan insanlara düşünmədən bu turu məsləhət bilərəm. Təşəkkürlər Casablanca Travel.
    Nargiz Mammadova 2016-04-23 15:41:18
    23.012.2015- 27.12.2015 tarixlərində təşkilatçılığınızla baş tutan Roma-Florensiya-Venesiya turunda iştirak etdik. Qiymətlə xidməti müqayisə etdikdə belə bir qiymətə göstərilən məhdudsuz xidmətlər bizi həqiqətən də məmnun etdi. Sizin kimi işini düzgün və dəqiq yerinə yetirə bilən şirkətə rast gəldiyimiz üçün şad olduq. Gələcək fəaliyyətlərinizdə uğurlar.
    Rafael Axundov 2015-12-15 15:35:28
    8-15 noyabr tarixlərində İtaliya Aksiya turunda iştirak elədik. Hər şey bizə vəd edildiyindəndə yüksək səviyyədə keçti. Rəhbərimiz Göksel Göksaya və Casablanca Travelə təşəkkürlər.
    Ruqiyyə Musayeva 2015-10-14 09:56:07
    04-11 sentyabr tarixli İtaliya Aksiya turunda qızım və qızımın rəfiqəsi ilə birlikdə iştirak etdik. İlk başda çox tərəddütlərim var idi. Ancaq turun ilk günündən sonra tərəddütlərimin yersiz olduğunu başa düşdüm. Tur çox gözəl təşkil olunmuşdu və qonaqların rahatlığı və məmnuniyyəti üçün heç bir şey əsirgənməmişdi. Çox gözəl tur və gözəl bir tətil oldu bizim üçün. Gözəl təşkilatçılıqdan ötrü və vəd olunandan da çoxunu bizə yaşadan Casablanca Travel ailəsinə dərin təşəkkürümü bildirirəm. Sizlərə uğurlar və müvəffəqiyyətlər arzulayıram. Növbəti turlarda görüşmək ümidi ilə...
    IRADE CEFEROVA 2015-09-27 20:16:21
    men novruz bayrami tetillerinde Italiya Vera turunda istirak etdim.seyahetimden cox razi gaidim, xususile Pinar xanimin rehberliyinden ve turun programindan.sadece Turkiye uzerinden ucmag bir geder yorucu olur.buna baxmayarag turumdan memnun galdim.TESEKKURLER CASA BLANCA
    Elxan Məmmədov 2015-09-09 15:53:00
    23-30 avqust 2015 tarixləri arasında qatıldığım Böyük İtaliya turu adına yaraşan "Böyüklük"də sevinc və həyəcanı bir arada yaşatdı mənə. Tarixin fərqli zamanlarını özündə əks etdirən bu gözəl ölkəni dillə ifadə etmək çox çətin olduğu üçün arzu edənlərə buranı mütləq və mütləq gözləri ilə görməyi məsləhət görərdim. Bu ölkənin füsunkar təbiətinin yamyaşıl çalarları təkrar olunmaz tarixi abidələrini sanki qucaqlayaraq möhtəşəm bir harmoniya yaratmışdır. Venesiyada dəniz sularının yuduğu iç-içə keçən dar küçələrin insanı əfsunlayan gücündənmi, yoxsa Toskananın incisi sayılan Florensiyanı ikiyə ayıran Arno çayının ətarında birbirilə yarışırcasına düzülən tarixi evlərin və körpülərin gözəlliyindənmi, yoxsa bu şəhərin simvoluna çevrilmiş Santa Mariya del Fiore kilsəsinin əzəmətindənmi, ya da San Gimignano, Siena kimi orta əsr şəhərlərinin günümüzədək içində italyan ailələrin yaşadığı 800-900 illik evlərinin, meydanlarının möhtəşəmliyindənmi, yoxsa əbədi şəhər Romanın bağıra bağıra TARİXİN ÖZÜ MƏNƏM dediyi küçələrinin, meydanlarının baş döndərən tilsimindənmi yazsam...... Bunlar daha yazının ən yalın halını əks etdirən sözlərdir. Bir sözlə :) tarixi sevən hər kəsi bu BÖYÜK tura qatılmağa çağırır, burdakı gözəllikləri bizə yaşadan Casablanca Travel əməkdaşlarına sonsuz təşəkkür edirəm.
    Xumra Axundova 2015-09-03 10:56:36
    Casablanca travel-in peshekar kollektivine Italia Vera turunun yuksek seviyyede teskilinden dolayi derin teşekkürümü bildirirem. Şimaldan-Cenuba, Şerqden -Qerbe Italiyani keshf etmek shansini qazandiq.
    Zeynəb Həmidli 2015-06-25 13:15:33
    27 mart - 3 aprel 2015 tarixlərində İtaliya Vera turunda iştirak elədik. Əla bir tətil oldu bizim üçün. Hava limanında qarşılamaqdan transferlərə, avtobus nəqliyyat xidmətindən bələdçimizə, otellərdən qruplardakı digər qonaqlara və bütün təşkilatçılıq çox yüksək səviyyədə idi. Belə bir təşkilatçılıq üçün və hər şey üçün təşəkkürlər sizə - Casablanca Travel.
    Xədicə Aslanova 2015-06-25 13:10:40
    Salamlar. 25 aprel - 2 may 2015 tarixlərində iştirak etdiyimiz İtaliya turundan çox razı qadıq. Tur ilə və qrup ilə səyahətin əhəmiyyətini bu turda çox yaxşı başa düşdüm. Çox sağolun. Həmişə "İtaliya" deyiləndə ilk ağlıma Casablanca Travel və bələdçimiz Fırat Alagöz gələcək. Başqa turlarda görüşmək ümidi ilə...
    Mehbarə Əsədova 2015-06-25 12:45:06
    Salamlar. 23-30 may tarixlərində Böyük İtaliya turuna qatıldım və bir müştəri olaraq çox razı qaldım. İtaliya çox əhəmiyyətli bir ölkədir və fürsəti olan hər bir kəsin bu ölkəni görüb gəzməyi lazımdır deyə düşünürəm. Bu turda bizə dərin biliyi və məlumatları ilə unudulmaz bir tur yaşadan tur bələdçimiz Fırat Alagöz bəyə təşəkkür edirəm. Onun bizə dediyi kimi : " Venesiya kanalları arasında itmədiqcə, Toscana ovasının yaşıllığını görmədiqcə,Romanın və Vatikanın sirrli dərinlikləri ruhunuzu oxşamadıqca, Napolinin dar küçələrində gəzib-dolaşmadıqca İtaliyada olduğunuzu iddia edə bilməzsiniz!" Hər şey üçün təşəkkürlər Casablanca Travel.
    İmran Cahangirov 2015-06-25 12:32:06
    Hörmətli Casablanca Travel. Dostumla bir yerdə Böyük İtaliya turunda iştirak etdik. Gedməmişdən əvvəl ağlımda bəzi suallar və tərəddütlər var idi. Ancaq tura qatıldıqdan sonra bunların hamısının yersiz olduğunu gördüm. İtaliya kimi möhtəşəm bir coğrafiyaya sahib olan bir ölkəni gəzmək istəyirsinizsə ilk və tək ünvanınız Casablanca Travel olmalıdır. Xüsusilə avtobus ilə şəhərlər arası yolçuluq vaxtı çox gözəl yerləri görürsünüz. Yaşıl təbiət, şəhərlər, qəsəbələr, kəndlər hər şey möhtəşəm idi. Mənim ən çox Florensiya xoşuma gəldi. Casablanca Travel-ə və xüsusilə tur rəhbərimiz Fırat Alagözə sonsuz təşəkkürümü bildirirəm.

    Uşaq QiymətləriYükleniyor

    Qonaq Sayını Qeyd Edin

    TURLAR

    • Mərkəzi Avropa Turları
    • Benilüks Turları
    • İtaliya Turları
    • İspaniya Turları
    • Skandinaviya Turları
    • Amerika Turları
    • Fransa Turları
    • Portuqaliya Turları
    • İspaniya Fransa İtaliya Turu
    • Böyük Britaniya Turu
    • Mərakeş Turları
    • Baltik Turu
    • Balkan Turu
    • Cənubi Amerika Turları
    • Kuba Turları
    • Uzaq Şərq Turları
    • Almaniya Turları
    • Afrika Turları
    • Hindistan
    • Yaponiya Turları
    • Polşa
    • İsveçrə

    KAMPANYALARDAN XƏBƏRDAR OLUN

    Kampaniyalara Qeydiyyat

    • Ödəniş Növləri
    • Əlaqə

    © 2015 Casablanca Travel