TURUN TƏŞKİL EDİLƏCƏYİ DİGƏR TARİXLƏR
2 Mart 2024
6 - 8 Aprel 2024
15 - 17 - 24 - 30 İyun 2024
1 - 8 - 15 - 22 - 29 İyul 2024
5 - 17 - 24 - 26 Avqust 2024
21 Sentyabr 2024
26 Oktyabr 2024
UÇUŞ HAQQINDA MƏLUMAT
TK 337 Bakı - İstanbul 02:35 - 04:45
TK 1353 İstanbul - Lüksemburq 07:10 - 09:30
TK 1354 Amsterdam - İstanbul 18:10 - 22:40 (+1)
TK 332 İstanbul - Bakı 07:00 -10:45
Turun Proqramı
1-ci gün BAKI - İSTANBUL - LÜKSEMBURQ - PARİS
Səhər saat 02:35-də Bakı Heydər Əliyev adına Beynəlxalq hava limanından Türk Hava Yollarının TK 337 saylı müntəzəm səfəri ilə də İstanbul şəhərinə, oradan da Türk Hava Yollarının TK 1353 saylı müntəzəm səfəri ilə saat 07:10-da Lüksemburq şəhərinə hərəkət edirik. Yerli saat ilə 09:30-da Lüksemburqa çatdıqdan sonra panoramlı şəhər turu həyata keçiriləcək. Turda Peter Vadisini, köhnə şəhər mərkəzini və dar küçələri, şəhər kilsəsini, Hersoqların sarayını görmək imkanınız olacaq. Turdan sonra Parisə hərəkət edirik, lakin ondan əvvəl Reims & Champagne Turunuda iştirak edəcəyik. Reims-ə doğru hərəkət edirik. Tarixi XIII -cü əsrə aid olan, bir çox fransız krallarının tacqoyma mərasimlərinin keçirildiyi, özünəməxsus qotika memarlığı ilə Champagne bölgəsinin "Kral şəhəri" adlandırılan və Notre Dame Katedrali ilə məşhur olan Reims-də qısa bir gəzintidən və fasilədən sonra turumuz Paris şəhəri ilə qaldığı yerdən davam edəcək. Filmlərə, rəsmlərə, mahnılara və şeirlərə mövzu olan eşq şəhəri Parisi, gecə panoramlı mənzərəsi ilə görə biləcək və ən məşhur Champs Elysees -i gəzmək fürsəti əldə edəcəksiniz. Gecə gəzintisindən sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
2-cü gün PARİS
Səhər yeməyindən sonra Paris şəhər turunda iştirak edirik. Panoramlı şəhər turumuzda; Opera Meydanı və Binası, Tuilleries Bağları, Concord Meydanı, dünyaca məşhur alış-veriş küçəsi Champs-Elysées, Zəfər qülləsi (Arc De Triomphe), Eyfel qülləsi, Hərbi muzey, Parlament binası, Napoleonun məzarı, Louvre sarayı və muzeyi, Milli Assambleya binası, Madlen kilsəsi, Böyük Saray, Petit Palais, Comedie Francais, Chaillot Palace, Vendome və Trocadero Meydanları görüləcək yerlər arasındadır. Şəhər turundan sonra Paris İkonları Turunda iştirak edəcəyik. Turda şəhərin doyumsuz mənzərəsini seyr etmək üçün Parislə bərabər Fransanın da simvolu olan Eyfel qülləsini ziyarət edəcəyik. Foto fasiləsindən sonra arzu edən qonaqlarımız bilet alaraq Eyfel qülləsinə qalxa bilər Daha sonra bohem həyatının bu gün də davam etdiyi Rəssamlar təpəsi kimi tanınan Montmartre təpəsinə qalxacayiq. Burada Sacre Coure Kilsəsini gördükdən sonra Rəssamlar Təpəsində portret və foto çəkdirmək üçün asudə vaxtınız olacaq. Rəssamlar təpəsini ziyarət etdikdən sonra biz Benlux mağazasına hərəkət edirik, burada vergidən azad ətir, kosmetika və saatlar ala bilərsiniz. Daha sonra St.Germain gəzintisi üçün hərəkət edirik. Filosof Jean-Paul Sartre və yazıçı Simone de Beauvoir kimi bir çox mütəfəkkir və filosofun yaşadığı caz musiqisi və kafeləri ilə məşhur olan, St.Germain-i təcrübə edəcəyik. Lüksemburq bağları, Panteon, St. Michel və daha sonra Notre Dame Katedrali və Sorbonna Universitetini panoramlı olaraq görəcəyimiz yerlərdəndir. Tur başa çatdıqdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
3-cü gün PARİS
Səhər yeməyindən sonra Normandiya Turu üçün oteldən hərəkət edirik. Normandiya bölgəsində ilk dayanacağımız, özümüzü orta əsrlərdə hiss edəcəyiniz Rouen olacaq. Özünə xas gözəl evləri və küçələri olan Rouendə qısa bir gəzintidən sonra Sena çayının İnglis kanalına axdığı Honfleur -a çatırıq. Limanda bir çox balıqçı qayıqlarının göy qurşağı rənginə boyadığı bu dənizkənarı qəsəbədə qısa bir gəzinti etdikdən sonra Deaville qəsəbəsini və sahilini ziyarət edəcəyik. Möhtəşəm mənzərə ilə qısa foto fasilə veriləcək. Turdan sonra otelə transfer olunuruq. Oteldə gecələyirik.
4-cü gün PARİS - BRUGGE - BRÜSSEL
Səhər yeməyindən sonra Brugge gəzintisi həyata keçiriləcək. Suda yerləşən evləri və kanallardan ibarət küçələri sayəsində "Belçikanın Venesiyası" kimi tanınır. İkinci Dünya Müharibəsi illərində təsadüfən zədələnməmiş şəhərin tarixi quruluşu, orta əsr memarlığı bu günə qədər öz bütövlüyünü qoruyub saxlamışdır. Şəhər meydanında yerləşən birmərtəbəli, rəngarəng damlı evlər, kilsələr, heykəllər və daşlı orta əsr şəhəri bizi nağıllar aləminə aparacaq. Daha sonra Brüssel şəhərinə hərəkət edirik və panoramlı şəhər turu həyata keçiriləcək. Belçikanın paytaxtı Brüssel həm də Avropa Birliyi və NATO ilə əlaqəli bir çox quruma ev sahibliyi edir. Tarix boyu bir çox tarixi abidələri qoruyub saxlamağı bacaran bu şəhərdə turumuz zamanı Avropanın ən məşhur və canlı meydanlarından biri olan Grand Place və qotika üslubundakı tarixi, memarlığı ilə məşhur olan bir çox tarixi yer və küçələrə panoramlı şəhər turu təşkil olunacaq. Şəhər turundan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
5-ci gün BRÜSSEL - AMSTERDAM
Səhər yeməyindən sonra otaqları təhvil veririk və Amsterdam istiqamətində hərəkət edirik. Amsterdama çatdıqdan sonra panoramik Amsterdam şəhər turumuz başlayır. Şəhər turunda; Amsterdam Centraal station, Dam Meydanı, Krallıq Sarayı, Milli Abidə görəcəyimiz yerlər arasındadır. Arzu edən qonaqlarımız təşkil olunacaq əlavə Çiçək bazarı və Qırmızı İşıq küçəsi (Red-light district) turuda iştirak edə bilərlər. Sonra Muzey Meydanında qısa foto fasiləsi veriləcək. Daha sonra otelə hərəkət edirik və asudə vaxt. Oteldə gecələyirik.
6-cı gün AMSTERDAM
Səhər yeməyindən sonra tam gün asudə vaxt. Daha sonra Marken&Zaanse Schans&Volendam&Delft Turunda iştirak edə bilərlər. Marken qəsəbəsində balıqçıların sevimli kiçik evlərinini və onların günlük həyatlarını seyr edə bilərsiniz. Yel dəyirmanları ilə sehrli şəhər olan Zaanse Schans-ı görmək və şəkil çəkdirmək fürsəti əldə etdikdən sonra sevimli dənizkənarı Volendam -a hərəkət edirik. "Hollandiyanın əsl gözəlliyini görmək istəyən Volendama getməlidir" mahnısından ilhamlanaraq qədim balıqçı şəhəri Volendamın liman bölgəsində keçirdiyiniz vaxtdan doymaq mümkün olmayacaq. Şəhər turundan sonra otelə transfer olunuruq və asudə vaxt. Oteldə gecələyirik.
7-ci gün AMSTERDAM - İSTANBUL - BAKI
Əlavə Turlar
Otellər otellər aşağıda göstərilən və ya eyni kateqoriyalı oxşar otellərdir.
QİYMƏTƏ DAXİLDİR
- Türk Hava Yolları ilə Bakı - İstanbul - Lüksemburq/ Amsterdam - İstanbul - Bakı ekonom sinif aviabileti
- Aeroport yığımları və digər vergilər
- Hava limanı - otel - hava limanı transferləri
- Xüsusi lyuks avtobus ilə şəhərləri arası nəqliyyat xidməti
- Qeyd olunan kateqoriyalı otellərdə Parisdə 3 gecə, Brüsseldə 1, Amsterdamda 2 gecə olmaqla ümumi 6 gecə gecələmək
- Səhər yeməyi
- Panoramlı Paris, Brüssel, Amsterdam və Lüksemburq şəhər turları
- Bütün tur boyunca türk dilli bələdçi xidməti
- Əlavə turlar
- Viza dəstəyiQİYMƏTƏ DAXİL DEYİL
- Viza rüsumu - 35 EURO
- Viza mərkəzinin xidmət haqqı - 26 EURO
- Səyahət sığortası
Qeyd :
*** AKSİYALI (Təşviq xarakterli) turlarımız satın alındıqdan sonra qonaq tərəfindən dəyişdirilə və ya ləğv edilə bilməz. Buna görə satış müqavilənizi diqqətlə oxuyun.
** 3 nəfərlik otaqlarda əlavə yataq standartı otelə görə fərqli ola bilər..
** əlavə turlarda iştirak etmək məcburi deyildir və yalnız arzu edən, istəyən qonaqlar iştirak edə bilərlər. Ekstra turların günləri dəyişə bilər və ya təşkil olunmaya bilər. Əlavə turların təşkil olunmasına bələdçimizin turdakı ümumi vəziyyətə görə və qonaqlardan asılı olaraq qərar verəcəkdir. Turda iştirak edən qonaqlarımız “yalnız əlavə (ekstra) turlarda iştirak etmək üçün” turda iştirak etdiyini iddia edə bilməzlər.
**Əlavə turlar minimum 20 nəfərin iştirakı ilə həyata keçirilir. 20 nəfərdən az olduğu hallarda da turun qiymətlərində dəyişiklik ola bilər. Kifayət sayda iştirakçı olmadığı təqdirdə yaranacaq qiymət fərqləri saylar əldə edildikdən sonra turdan əvvəl bələdçimiz tərəfindən elan ediləcəkdir.
**Əlavə turların günləri; iştirakçı sayına, muzey və mərasim yerlərinin bağlı olması və digər oxşar halllara görə bələdçi tərəfindən dəyişdirilə bilər.
*** AKSİYALI (Təşviq xarakterli) turlarımızda otellər şəhər mərkəzinə uzaqdırlar.
**Bələdçimiz, turlarımızın məzmunundan asılı olaraq şəhər turu və/və ya əlavə turların günlərində dəyişiklik edə bilər. Bu hal, uçuş saatlarında yarana biləcək dəyişikliklərdə də etibarlı olacaqdır.
**Panoramik şəhər turları muzey və mərasim yerlərinin giriş ödənişlərini əhatə etməyəcəkdir, bu sadəcə şəhər haqqında ümumi məlumat vermək məqsədini daşıyır.
**Triple otaqlarda (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) 3-cü yataq, əlavə yataq və ya sofa bed olub, standart yataqlardan daha kiçikdir.
**Triple otaqlar (3 nəfərlik otaq: iki yataq + əlavə yataq) boş olub-olmamağında asılı olaraq verilir. Boş olduğu halda 3 nəfərlik otaq rezervasiya edilir. Trp otaqlar, iki nəfərlik otaqlardan daha kiçikdir.
**Double+Child (2 böyük+1 uşaq) otaqlarda uşaq üçün ayrı yataq olmaya bilər.
**Uşaqlar üçün endrim 2 böyük ilə eyni otaqda gecələdiyi halda etibarlıdır.
**Otellərdə ümumillikdə check in saatı 14:00 (bəzi ölkələrdə saat 15:00-dir), check out saatı isə 10:00-dur. (bəzi ölkələrdə saat 09:00-dur)
**Proqramımız qrup proqramını ehtiva edir, otellərdən qrup üçün rezervlər edilir. Qrup üçün səhər yeməyinin tərkibi fərdi səhər yeməyinin tərkibindən fərqli ola bilər. Gedilən ölkələrin otellərindəki səhər yeməyinin tərkibi Türk/Azərbaycan yeməkləri deyildir. Qruplar üçün nəzərdə tutulan səhər yeməkləri ümumillikdə kontinental şəkildə ayrı lojalarda verilə bilər. Kontinental səhər yeməyi əsasən çay və ya qəhvə, marmalat və kruasandan ibarətdir, ölkələrdən asılı olaraq fərqliliklər ola bilər.
**Təyyarəsiz qrupa daxil olan qonaqlarımızın, qrup ilə eyni təyyarədə olmayacaqları üçün, qrupla hava limanı otel-hava limanı transferində və şəhər turunda iştirak etməyə bilərlər. Fərqli təyyarələrdə gəlsələr belə otelə çatdırılma xərcləri müştərinin öhdəliyində olacaqdır. Belə hallar əvvəlcədən CASABLANCA TRAVEL-a bildirilməlidir.
**Türkiyəyə üzərindən Avropayı səyahət edən təyyarələrin ümumi baqaj çəkisi 20 Kq-dır. Bu çəki təyyarə firması və gediləcək ölkəyə görə fərqli ola bilər. Gediləcək ölkədə daxili xətt üzrə uçuşlar mövcuddursa,bu daxili xətt üzrə uçuşlarda baqajın çəkisi 15 Kq ola bilər. Baqajın çəkisi normadan artıq olarsa müvafiq qiymət tarifləri hava yolları tərəfindən təyin ediləcək və bu qiymətlər üçün Casablanca Travel məsuliyyət daşımayacaqdır.
**CASABLANCA TRAVEL, qonaqlarımız və konsulluq arasında vasitəçi qurum olub, vizaların alınmağına zəmanət vermir. Konsulluğun viza verməməyi və ya imtina etməyində CASABLANCA TRAVEL məsuliyyət daşımayacaqdır.
**Pasportlar səyahət tarixinin başa çatmağı əsas götürülərək, minimum 6 ay etibarlı olmalıdır. 6 aydan az müddət ilə səyahət edən qonaqlarımız ölkənin pasport polisləri tərəfindən ölkəyə buraxılmama halları ilə qarşılaşa bilər.
**Mobil telefonlarınızdan ölkəxaricində istifadə etmək üçün Azərbaycan Respublikasından çıxmazdan əvvəl telefonunuzun ölkəxaricində açıq olub-olmayacağını müştəri xidmətlərndən dəqiqləşdirməyiniz tövsiyə olunur.
**Sərgi, konqres, konsert kimi xüsusi və sıx zamanlarda mehmanxanalarımız mərkəzə uzaq olaraq istifadə olunacaqdır.
Qiymətlər AVRO (EUR) ilə göstərilmişdir. Tur paketin qiyməti tədricən pilləli olaraq artmaqdadır. Tur paketin qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik məzənnə dəyişikliyinə əsasən dəyişə bilər. Tur paketi əldə edərkən ödəniş o günkü tarixə olan məzənnəyə əsasən yalnız Azərbaycan Manatı (AZN) ilə həyata keçiriləcəkdir.
Alternativ Tarix və Qiymətlər
3* - 4* OTELLƏR
- Əlavə Yataq
- 1989.00
- Bir Nəfər
- 2509.00
- Uşaq Qiymətləri
- 0 - 2 Yaş
2 - 12 Yaş 1929.00